Azəri-Press Agentliyi
APA | |
---|---|
Azəri-Press Agentliyi | |
Ümumi məlumatlar | |
Təsis tarixi | 16 noyabr 2004 |
Baş qərargahın yeri | |
Rəhbərlik | |
Təsisçi | |
apa.az |
Azəri-Press Agentliyi və ya qısa olaraq APA — 2004-cü ildən fəaliyyət göstərən Azərbaycanın informasiya agentliyi. "APA Group" media holdinqinin tərkibinə daxildir.
Haqqında[redaktə | mənbəni redaktə et]
"Azəri-Press" Agentliyi MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və həmin il noyabr ayının 16-da fəaliyyətə başlamışdır.[1]
"APA" Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. Agentliyin Azərbaycanın bütün bölgələrində, eləcə də Türkiyə, Rusiya, Gürcüstan, Böyük Britaniya və İranda fəaliyyət göstərən ofisləri vardır. "APA"-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı "APA-Economics" bölməsi də fəaliyyət göstərir. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial və digər sahələr üzrə xəbərlər, təhlillər bu bölmədə öz əksini tapır.[1]
"APA" informasiya agentliyi Azərbaycan Mətbuat Şurasına üzv təşkilatdır.[2]
APA Group[redaktə | mənbəni redaktə et]
3 oktyabr 2012-ci ildə "Azəri-Press" Agentliyi MMC-nin əsasında "APA Holding" təsis olunmuşdur.[3] Holdinq bir neçə media strukturu və struktur törəmələrinin birləşməsindən təşkil olunmuş qurumdur. Onun tərkibinə "Azəri-Press" Agentliyi (APA) MMC, "Lent.az", "Vesti.az", "APASport.az" informasiya agentikləri, "APA SERVİS" MMC və "APAmark" MMC daxildir. "APA Servis" MMC-nin tərkibində "APA TV" internet televiziyası, "Lent.az" İnformasiya Agentliyi MMC-nin tərkibində isə "Kulis.az" və "Ailəm.az" törəmə strukturları fəaliyyət göstərir.[4]
2018-ci ilin avqust ayında "APA Holding" bir müddət fəaliyyətini dayandırmış[5] və 2019-cu ildən fəaliyyətini bərpa etmişdir.[6] Həmin vaxtdan holdinq "APA Group" adı ilə fəaliyyət göstərir.
"APA Group"un rəhbəri Vüsalə Mahirqızı, direktorlar şurasının sədri isə Nurşən Quliyevdir.
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 "APA-nın yaranmasından 18 il ötür". oxu.az. İstifadə tarixi: 27 may 2024.
- ↑ "Mətbuat Şurasına üzv təşkilatlar". presscouncil.az. İstifadə tarixi: 27 may 2024.
- ↑ Т.Максутов. "ООО "APA Holding" — восемь лет" (rus). Эхо. 17 ноября 2012. səh. 4. İstifadə tarixi: 27 may 2024.
- ↑ ""APA Group" haqqında". apagroup.az. İstifadə tarixi: 27 may 2024.
- ↑ ""APA Holding" tamamilə bağlandı". modern.az. 30 avqust 2018. İstifadə tarixi: 27 may 2024.
- ↑ "APA fəaliyyətini bərpa etdi". oxu.az. İstifadə tarixi: 27 may 2024.