Futbol tarixi
(Futbol xronologiyası səhifəsindən istiqamətləndirilmişdir)
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Tarixöncəsi (e.ə 7000- b.e.1200)
[redaktə | mənbəni redaktə et]- E.ə 7000 - İlk top oyunları meydana çıxdı.
- E.ə. III əsr - Çində futbola bənzər "Tsutsyu" oyunu yarandı.
- E.ə. 100 - Yunanıstanda "Episkires" oyunu ortaya çıxdı.
- 600 - Kiotoda futbola bənzər "Kemani" oyunun yaradılması.
- X əsr - Türklərin "Təpük" oyununu oynamağa başladı.
- 1170 - İngiltərə arxivləri ilk dəfə futbol oyunundan bəhs etdi.
Orta Əsrlər (1200-1863)
[redaktə | mənbəni redaktə et]- 1314 13 aprel - İngiltərə kralı II Edvard Londonda futbolu qadağan etdi.
- 1365 - İngiltərə kralı III Eduard futbolu qadağan etdi.
- 1389 - İngiltərə kralı III Riçard futbola qadağa qoydu.
- 1409 - İngiltərədə futbol oynayan hər şəxs 20 pens ödəməli və 6 günlük həpsə girməli idi.
- 1424 - Şotlandiya kralı Ceyms futbolu qadağan etdi.
- XVI əsr - Florensiya şəhərində "Calcio Fiorentina" oyunu yarandı.
- XVII əsr - İngiltərə kralı II Karl`ın "Calcio" futbolunu İtaliyadan İngiltərəyə gətirdi.
- 1526 - İngiltərə kralı VIII Henri futbol ayaqqabısı sifariş etdi.
- 1535 - Oksford Universitetində futbol qadağan edildi.
- 1574 - Kembric Universitetində futbol qadağan edildi.
- 1739 - Florensiyada son rəsmi futbol oyunu keçirildi.
- 1747 - Eton Kol Universitetində futbol qadağan edildi.
- 1749 - Vestminster Universitetində futbol qadağan edildi.
- 1819 - Hakimlər meydanın qırağında oyunu idarə etməyə başladı.
- 1823 - Futbolun reqbidən ayrılması.
- 1830 - İlk dəfə hakimlər meydanda görsənməyə başladı.
- 1835 - London küçələrində futbol oynamağa qadağa qoyuldu.
- 1841 - Topun kürə şəklində olması qəbul olundu.
- 1848 - "Kembric Qanunları"nın yaradıldı.
- 1848 - İlk dəfə 1-i tribunada, 2-si meydanda 3 hakimdən istifadə edilməyə başlandı.
- 1855 - İngilislər ilk dəfə Almaniyada futbol oynadı.
- 1857 24 oktyabr - Dünyada ilk futbol klubu - "Şeffild" klubunun yaradıldı.
- 1860 26 avqust - İlk derbi - "Şeffild" - "Hallam" oyunu baş tutdu.
- 1862 - Günümüzə qədər dayanan ən qədim klub - "Nots Kauinti" quruldu.
- 1862 - "Trinq Qanunları" yaradıldı.
Yeni Dövr (1863-2014)
[redaktə | mənbəni redaktə et]İbtidai futbol (1863-1904)
[redaktə | mənbəni redaktə et]- 1863 - Dünyada ilk futbol qurumu - İngiltərə Futbol Asassosiyasının yaradıldı.
- 1865 - Ofsayd qərarı qeyri-rəsmi qəbul olundu.
- 1867 - Futbol ilk dəfə Avropadan kənarda - Argentinada, ingilis dəmiryolçuları tərəfindən oynandı.
- 1867 12 fevral - Dünyanın ilk futbol turniri - Youdan kuboku başladı.
- 1867 5 mart - Bremeyl Leyn stadionunda Youdan kubokunun finalı keçirildi: Hallam çempion, Norfolk ikinci oldu.
- 1868 1 fevral - İkinci ən qədim turnir - Kramvel Kuboku başladı.
- 1868 15 fevral - Kramvel Kubokunun finalı keçirildi: "Şeffild Yunayted" birinci, Qarrik ikinci oldu.
- 1869 - Əllə oynamağa qadağa qoyuldu.
- 1870 - İngilislər futbolu Portuqaliyaya gətirdi.
- 1870 5 mart - Kenninqton Oval stadionunda ilk beynəlxalq oyun - İngiltərə - Şotlandiya (0:0) oyunu keçirildi.
- 1870 20 iyul - Londonda keçirilən iclasda Villiam Alkok FA Kuboku məsələsini ortaya atdı.
- 1871 - Qapıçıya meydanın istənilən yerində əllə oynamağa icazə verildi.
- 1871 - "Royal Encineyers" klubu tərəfindən futbola "qapıçı", "driblinq", "pas oyunu" terminləri daxil oldu.
- 1871 - İngiltərə kubokunun başladı.
- 1872 - FA-nin üzvlərinin sayı 15-ə çatdı.
- 1872 - Futbol meydanın standart ölçüləri qəbul olundu.
- 1873 13 mart - Şotlandiya Futbol Federasiyası quruldu.
- 1874 - İlk baldırqoruyucular yaradıldı.
- 1874 10 fevral - İFA hakimlərə oyunçuları meydandan qovmaq ixtiyarı verdi.
- 1874 21 mart - Şotlandiya kubokunun ilk finalı - "Kuinz Park" - "Klayders" (2:0) oyunu keçirildi.
- 1875 - Uels Futbol Federasiyası quruldu.
- 1875 - Qapıya üst dirəyin qoyulması və topa başla zərbə endirməyə icazə verilməsi qərara alındı.
- 1875 - İngilislər futbolu Türkiyəyə - Selanik`ə gətirdi.
- 1876 - Oyunlar iki hissə şəklində keçirilməyə başlandı.
- 1876 - Künc zərbələrinin yaradıldı.
- 1878 - Hakimlər fitdən istifadə etməyə başladı.
- 1878 14 oktyabr - Dünyada ilk işıqlandırma sistemi Şeffild Birliyi tərəfindən Şeffild şəhərindəki "Bremeyl Leyn" stadionunda quraşdırıldı.
- 1879 - Qlazqodan Daven`ə futbolçu gəlməsi ilə peşəkarlığın əsası qoyuldu.
- 1881 - FA-nin üzvlərinin sayı 128-ə çatdı (80-i cənub, 41-i şimal, 6-sı şotland, 1-i avstraliya)
- 1882 - Futbol qaydalarını dəyişmək hüququna malik "İnternational Board" yaradıldı.
- 1882 - Qapılarda tordan istifadə edilməyə başlanıldı.
- 1883 - Aut`un əllə atılması başlandı.
- 1884 - İngiltərə, Şotlandiya, Uels və Şm.İrlandiyanın qatılımı ilə ilk milli yarış "Vətən çempionatı" ("Home Championship") başladı.
- 1885 - İngiltərədə peşəkar futbol yaradıldı.
- 1886 - Ofsaydin tədbiqi qərara alındı.
- 1888 13 mart - Londonun "Anderson" otelində Villiam MakQreqor liqa təklif etdi.
- 1888 17 aprel - İngiltərənin 12 klubu "Mançestr Royal" otelində toplaşaraq ilk milli liqa yaratmaq qərarını verdilər.
- 1888 8 sentyabr - İngiltərə çempionatının başladı.
- 1889 - Hollandiya və Danimarkada futbol federasiyaları yaradıldı.
- 1890 - Şotlandiya çempionatı başladı.
- 1890 - Hakimlər meydana çıxmağa başladı.
- 1891 - Penalti yaradıldı.
- 1892 - İngiltərədə 2-ci Liqa yaradıldı.
- 1893 - C.Amerikada ilk futbol federasiyası Argentinada quruldu.
- 1895 - İngiltərədə qadınlararası ilk oyunun keçirilməsi.
- 1896 - Futbol Yay Olimpiya Oyunlarının programına qeyri-rəsmi salındı.
- 1896 16 mart - İngiltərə Uelsə 9:1 qalib gəldi.
- 1898 8 may - "Cenoa" ilk İtaliya çempionu oldu.
- 1899 - Futbolun 90 dəqiqə davam etməsi qəbul olundu.
- 1899 8 yanvar - "Frayburq" Cənubi Almaniya çempionu oldu.
- 1899 20 mart - "Sürix" ilk İsveçrə çempionu oldu.
- 1900 28 yanvar - Almaniya Futbol Federasiyası Lipzinq şəhərində quruldu.
- 1901 - "Şeffild Yunayted" - "Tottenhem" oyununu 110802 nəfər izlədi.
- 1901 16 may - Cənubi Amerikada ilk rəsmi oyun - Uruqvay - Argentina (2:3) keçirildi.
- 1902 - İngiltərədən başqa ilk beynəlxalq oyun - Avstriya - Macarıstan (5:0) oyunu keçirildi.
- 1903 - Top - fərqinin tədbiqi qərara alındı.
Müasirləşmə(1904-1950)
[redaktə | mənbəni redaktə et]- 1904 - FİFA quruldu.
- 1906 - Qitələrarası ilk oyun - CAR - Braziliya (5:0) oyunu keçirildi.
- 1907 - Futbolçunun öz yarısahasında ofsayda düşməməsi qərara alındı.
- 1908 - Futbol Yay Olimpiya Oyunlarının proqramına salındı.
- 1913 - Qapıçıya ancaq cərimə meydanında əllə oynamasına qərar verildi.
- 1927 - Kornerdən birbaşa qapıya zərbə endirməyə icazə verildi.
- 1930 - Dünya çempionatı başladı.
Ən yeni futbol(1950-2014)
[redaktə | mənbəni redaktə et]- 1991 - Hakimlər ilk dəfə başqa rəngdə forma geyməyə başladı.
- 1994 - Süni örtüklü meydanda rəsmi oyunların keçirilməsinə icazə verildi.