Azəri-Press Agentliyi

Vikipediya, azad ensiklopediya
(APA Holdinq səhifəsindən istiqamətləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
APA
Azəri-Press Agentliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Təsis tarixi 16 noyabr 2004
Baş qərargahın yeri
Rəhbərlik
Təsisçi
apa.az

Azəri-Press Agentliyi və ya qısa olaraq APA — 2004-cü ildən fəaliyyət göstərən Azərbaycanın informasiya agentliyi. "APA Group" media holdinqinin tərkibinə daxildir.

Haqqında[redaktə | mənbəni redaktə et]

"Azəri-Press" Agentliyi MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və həmin il noyabr ayının 16-da fəaliyyətə başlamışdır.[1]

"APA" Azərbaycan, rusingilis dillərində xəbər xidməti göstərir. Agentliyin Azərbaycanın bütün bölgələrində, eləcə də Türkiyə, Rusiya, Gürcüstan, Böyük Britaniyaİranda fəaliyyət göstərən ofisləri vardır. "APA"-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı "APA-Economics" bölməsi də fəaliyyət göstərir. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial və digər sahələr üzrə xəbərlər, təhlillər bu bölmədə öz əksini tapır.[1]

"APA" informasiya agentliyi Azərbaycan Mətbuat Şurasına üzv təşkilatdır.[2]

APA Group[redaktə | mənbəni redaktə et]

3 oktyabr 2012-ci ildə "Azəri-Press" Agentliyi MMC-nin əsasında "APA Holding" təsis olunmuşdur.[3] Holdinq bir neçə media strukturu və struktur törəmələrinin birləşməsindən təşkil olunmuş qurumdur. Onun tərkibinə "Azəri-Press" Agentliyi (APA) MMC, "Lent.az", "Vesti.az", "APASport.az" informasiya agentikləri, "APA SERVİS" MMC və "APAmark" MMC daxildir. "APA Servis" MMC-nin tərkibində "APA TV" internet televiziyası, "Lent.az" İnformasiya Agentliyi MMC-nin tərkibində isə "Kulis.az" və "Ailəm.az" törəmə strukturları fəaliyyət göstərir.[4]

2018-ci ilin avqust ayında "APA Holding" bir müddət fəaliyyətini dayandırmış[5] və 2019-cu ildən fəaliyyətini bərpa etmişdir.[6] Həmin vaxtdan holdinq "APA Group" adı ilə fəaliyyət göstərir.

"APA Group"un rəhbəri Vüsalə Mahirqızı, direktorlar şurasının sədri isə Nurşən Quliyevdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "APA-nın yaranmasından 18 il ötür". oxu.az. İstifadə tarixi: 27 may 2024.
  2. "Mətbuat Şurasına üzv təşkilatlar". presscouncil.az. İstifadə tarixi: 27 may 2024.
  3. Т.Максутов. "ООО "APA Holding" — восемь лет" (rus). Эхо. 17 ноября 2012. səh. 4. İstifadə tarixi: 27 may 2024.
  4. ""APA Group" haqqında". apagroup.az. İstifadə tarixi: 27 may 2024.
  5. ""APA Holding" tamamilə bağlandı". modern.az. 30 avqust 2018. İstifadə tarixi: 27 may 2024.
  6. "APA fəaliyyətini bərpa etdi". oxu.az. İstifadə tarixi: 27 may 2024.