Əhməd Cənnəti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əhməd Cənnəti
İran Ekspertlər Şurasının üzvü[d]
Vəzifədədir
15 avqust 1983-cü ildən
Şəxsi məlumatlar
Doğum tarixi 22 fevral 1927(1927-02-22) (97 yaş)
Doğum yeri İsfahan, İran
Partiya
  • Kombatant Ruhaniləri Assosiasiyası[d]
Fəaliyyəti axund, ilahiyyatçı, siyasətçi
Dini şiəlik
Elmi fəaliyyəti
Elm sahəsi siyasətçi, Ayətullah
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhməd Cənnəti və ya Ayətullah Əhməd Cənnəti, (fars. احمد جنتی‎; 22 fevral 1927, İsfahan) — İranlı din xadimi, siyasətçi və hakimdir.

O, Konstitusiyanın Müdafiəsi ŞurasıEkspertlər Məclisinin sədri, həmçinin də Tehranın müvəqqəti imam-cüməsidir. Xalq Mücahidləri Təşkilatının üzvü olmuş olan oğlu Hüseyn Cənnəti İran təhlükəsizlik qüvvələri tərəfindən küçə qarşıdurması nəticəsində öldürülmüşdür.[1] Digər oğlu olan Əli Cənnəti isə İrşad və Mədəniyyət Naziridir. Hakkani Mədrəsəsinin yaradıcılarından biri olan Əhməd Cənnəti 1980-ci ildən bəri Konstitusiyanın Müdafiəsi Şurasının üzvü, 1992-ci ildən bəri isə sədri vəzifəsindədir. O, eyni zamanda da Ekspertlər şurasının sədri vəzifəsini də icra edir.[2] Məhz bu səbəblərə görə də İran siyasətini formalaşdıran şəxslərdən biri hesab edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "نامه محسن مخملباف به مصطفی تاج‌زاده (درباره جنتی)" (Farsca). news.gooya.com. 24 noyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2017.
  2. "İran Uzmanlar Meclisi Başkanlık Seçimi" (Türk dili). haberler.com. 24 may 2016. 16 yanvar 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2017.