Əl-Xarəzmi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əl-Xarəzmi
İbn Əl-Xarəzmi
SSRİ poçt markası (1983)
SSRİ poçt markası (1983)
Doğum adı أبو عبد الله محمد بن موسى الخوارزمي
Doğum tarixi təq. 780[1][2][…]
Doğum yeri
  • bilinmir
Vəfat tarixi təq. 850[1][2]
Vəfat yeri
  • bilinmir
Milliyyəti İran
Elm sahələri Astronomiya, Fizika, Riyaziyyat
Elmi dərəcəsi Alim
Elmi adı Cəbr
İş yeri Hikmətlər evi
Tanınır Alim
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əl-Xarəzmi (fars. محمد بن موسی خوارزمی‎, təq. 780[1][2][…], bilinmirtəq. 850[1][2], bilinmir) — riyaziyyat, astronomiyacoğrafiya sahələrində fəaliyyət göstərmiş məşhur Xarəzmli alim[3]. Riyaziyyat sahəsindəki çalışmaları müasir cəbr elminin inkişafına böyük təkan vermişdir.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əl-Xarəzmi böyük mədəni və elmi yüksəliş dövründə anadan olmuşdur.[4] İbtidai təhsilini MavəraünnəhrinXarəzmin görkəmli alimlərindən almışdır. Vətənində hind və yunan elmi ilə tanış oldu və tam formalaşmış bir alim kimi Bağdada gəldi.[5]

819-cu ildə əl-Xarəzmi Bağdad ətrafında Kattrabbulaya köçdü.[6] O, həyatının əhəmiyyətli bir dövrünü Bağdadda keçirərək, xəlifə əl-Məmunun (813-833) dövründə “Hikmətlər evi”nə (ərəbcə: Beytül-Hikmə) rəhbərlik etmişdir. Xəlifə olmamışdan əvvəl əl-Məmun xilafətin şərq əyalətlərinin valisi idi və 809-cu ildən etibarən əl-Xarəzminin əl-Mumunun saray alimlərindən biri olması istisna edilmir.[6] Əl-Xarəzmi yazılarının birində Məmunu tərifləyərək, onun “elmə olan sevgisini və alimləri özünə yaxınlaşdırmaq, onları öz himayədarlıq qanadı altına almaq və onlara aydın olmayan şeyləri aydınlaşdırmaqda və onlar üçün çətin olanı asanlaşdırmaqda kömək etmək istəyini” qeyd edib.[7]

“Hikmətlər evi” Suriyadan, Misirdən, Farsdan, Xorasandan, Mavəraünnəhrdən alimlərin çalışdığı bir növ Elmlər Akademiyası idi.[5] Burada çoxlu sayda qədim əlyazmaların olduğu kitabxana və astronomik rəsədxana yerləşirdi. Burada bir çox yunan fəlsəfi və elmi əsərləri ərəb dilinə tərcümə edilmişdir.[4] Eyni zamanda orada Həbəş əl-Həsib, əl-Fərqani, İbn Türk, əl-Kindi və başqa görkəmli alimlər çalışıblar.

Xəlifə əl-Məmunun tapşırığı ilə əl-Xarəzmi yerin həcmini və çevrəsini ölçmək üçün alətlərin yaradılması üzərində işləyirdi.[8]. 827-ci ildə Sincar səhrasında əl-Xarəzmi antik dövrdə tapılmış Yerin çevrəsini dəqiqləşdirmək üçün yerin meridianının qövs dərəcəsinin uzunluğunu ölçməkdə iştirak etmişdir.[7] Sincar səhrasında aparılan ölçmələrin nəticəsi 700 il ərzində ən dəqiq hesablama olaraq qaldı.[5]

Təxminən 830-cu ildə Məhəmməd ibn Musa əl-Xarəzmi cəbrə dair ilk məlum ərəb traktatını yaratdıdı. Əl-Xarəzmi iki əsərini Bağdad alimlərinə himayədarlıq edən xəlifə əl-Məmuna həsr etmişdir.[4] Xəlifə əl-Vasiqin (842-847) dövründə əl-Xarəzmi xəzərlərə qarşı ekspedisiyaya rəhbərlik edirdi.

Onun haqqında son qeyd 847-ci ilə aiddir.

Dünya elminə töhfəsi[redaktə | mənbəni redaktə et]

Əl-Xarəzmi cəbri ilk dəfə xəttikvadrat tənliklərin həllinin ümumi üsulları haqqında müstəqil elm kimi təqdim etmiş və bu tənliklərin təsnifatını vermişdir.

Elm tarixçiləri əl-Xarəzminin həm elmi, həm də populyarlaşdırıcı fəaliyyətini yüksək qiymətləndirirlər. Məşhur elm tarixçisi Corc Sarton onu “öz dövrünün ən böyük riyaziyyatçısı və bütün şərtlər nəzərə alınmaqla bütün zamanların ən görkəmlilərindən biri” adlandırmışdır.

Əl-Xarəzminin əsərləri ərəb dilindən latın dilinə, sonra isə yeni avropa dillərinə tərcümə edilmişdir. Onların əsasında müxtəlif riyaziyyat dərslikləri yaradılmışdır. Əl-Xarəzminin əsərləri İntibah dövründə elmin inkişafında mühüm rol oynamış, Şərq və Qərb ölkələrində orta əsrlər elmi fikrinin inkişafına səmərəli təsir göstərmişdir.[5]

Riyaziyyat[redaktə | mənbəni redaktə et]

Əl-Xarəzmi sinus, kosinus, tangenskotangens funksiyalarını ehtiva edən ətraflı triqonometrik cədvəllər hazırladı. XII-XIII əsrlərdə əl-Xarəzminin kitabları əsasında latın dilində yazılmış “Karmen de Alqorismo” (lat. Alexander de Villa Dei) və “Alqorismus vulqaris” (lat. Johannes de Sacrobosco) əsərləri uzun əsrlər boyu öz aktuallığını saxlamışdır. XVI əsrə qədər onun hesab üzrə kitablarının tərcümələri Avropa universitetlərində riyaziyyat üzrə əsas dərslik kimi istifadə olunurdu.[8].

Astronomiya[redaktə | mənbəni redaktə et]

Əl-Xarəzmi astronomiyaya dair ciddi əsərlərin müəllifidir. Əsərlərində təqvimlərdən, planetlərin həqiqi mövqelərinin hesablanmasından, parallakstutulmaların hesablanmasından, astronomik cədvəllərin tərtibindən (Zic), Ayın görünməsinin müəyyən edilməsindən və s. bəhs edilir. Onun astronomiyaya dair əsərləri hind astronomlarının əsərlərinə əsaslanırdı. O, Günəşin, Ayınplanetlərin mövqelərinin, Günəş tutulmalarının hərtərəfli hesablamalarını aparmışdır. Əl-Xarəzminin astronomik cədvəlləri Avropa və daha sonra Çin dillərinə tərcümə edilmişdir.[8]

Coğrafiya[redaktə | mənbəni redaktə et]

Coğrafiya sahəsində əl-Xarəzmi “Yerin şəklinin kitabı” (“Kitab surət əl-ərd”) kitabını yazıb və orada Ptolemeyin bəzi fikirlərinə aydınlıq gətirib. Kitabda dünyanın təsviri, xəritə və ən vacib yerlərin koordinatlarının siyahısı var idi. Əl-Xarəzminin xəritəsinin qədim yunan astronomunun xəritəsindən daha dəqiq olmasına baxmayaraq, onun əsərləri Avropada istifadə edilən Ptolemey coğrafiyasını əvəz etməmişdir. Əl-Xarəzmi öz kəşflərindən istifadə edərək Ptolemeyin coğrafiya, astronomiyaastrologiyaya dair araşdırmalarına düzəliş etdi. “Məlum dünyanın” xəritəsini tərtib etmək üçün əl-Xarəzmi 70 coğrafiyaşünasın əsərlərini tədqiq etmişdir.[8]

Tarix[redaktə | mənbəni redaktə et]

Məhəmməd ibn Musa əl-Xarəzmi Orta Asiyalı tərəfindən tərtib edilmiş ümumdünya tarixinə dair ilk kitabın müəllifidir. Onun “Tarix kitabı” (“Kitab ət-tə’rix”) günümüzə ancaq fraqmentlər şəklində gəlib çatmışdır. “Tarix kitabı”ndan çıxarışlar silsiləsi əl-Xarəzminin əsərinin annallar, yəni salnamə şəklində yazıldığını müəyyən etməyə imkan verir. Ondakı hadisələr ardıcıllıqla, ilbəil təqdim edilirdi. Məsələn, Makedoniyalı İskəndərin anadan olduğu vaxt haqqında, İslamın banisi Məhəmmədin doğum tarixi, “peyğəmbərlik” fəaliyyətinin başlanğıcı və vəfatı haqqında məlumat verib. Məhəmmədin ölümü, xəlifə Əbu Bəkrin hakimiyyətinin başlanğıcı, 631-653-cü illərdə ərəblərin Bizansİrana qarşı hərbi hərəkətləri, Suriya, İraq, İran və Mavəraünnəhrin ərəblər tərəfindən zəbt edilməsi, 728-731-ci illərdə ərəblər və xəzərlər haqqında məlumat verib. Tarix kitabı təxminən 830-cu ildə onun tərəfindən tamamlandı.[9]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Orta əsrlərdə İslam ölkələrində riyaziyyat

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Brentjes S. Khwārizmī: Muḥammad ibn Mūsā al‐Khwārizmī (ing.). Springer Science+Business Media, 2007.
  2. 1 2 3 4 O'Connor J., Robertson E. Abu Ja'far Muhammad ibn Musa Al-Khwarizmi. 1994.
  3. "Arxivlənmiş surət". 2022-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  4. 1 2 3 "Аль хорезми - создатель алгебры". wasat.ru. 2013-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-03.
  5. 1 2 3 4 "Мухаммад ибн Муса аль-Хорезми (783—850)". testhistory.ru. 2013-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-03.
  6. 1 2 "Муса аль-Хорезми". safarisilkroad.com. 2013-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-03.
  7. 1 2 "Аль-Хорезми". ziyonet.uz. 2013-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-03.
  8. 1 2 3 4 Ибрагим Сеид. "Аль-Хорезми – отец алгебры". !. 2016-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-03.
  9. П. Г. БУЛГАКОВ, Б. А. РОЗЕНФБЛЬД «КНИГА ИСТОРИИ» АЛ-ХОРЕЗМИ // Общественные науки в Узбекистане. № 7, 1983, с.18-22