Bataqlıq ağtərəsi
Bataqlıq ağtərəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Bataqlıq ağtərəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bataqlıq ağtərəsi (lat. Parnassia palustris) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin ağtərə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir - NT. Azərbaycanın nadir növüdür.
Botaniki xarakteristikası[redaktə | mənbəni redaktə et]
Çoxillik ot bitkisidir. Gövdəsi 7-40 sm hündürlükdədir. Kökətrafı yarpaqları ürəkvari əsaslı, yumurtavari – dairəvi, tam kənarlı, gövdə yarpağı tək, gövdəni bürüyən va ya gövdədə yarpaqlar yoxdur. Çiçəkləri təpədə təkdirlər. Kasacıq əsasa qədər yumurtavari-lansetşəkilli va ya lansetvari-xətti hissəciklərə bölünmüşdür. Ləçəkləri ağdır, enli yumurtavari va ya ellipsşəkilli, 5–12 mm uzunluqdadır. Staminodilər enli, çoxlu hissələrə ayrılmış, sapvari hissəciklidir. Toxumları çoxsaylıdır.
Bioloji, ekoloji ve fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]
İyun və iyul ayları çiçəkləyir va toxumlayır. Yuxarı dağ qurşağının rütubətli yerlərində rast gəlinir. Mezofit bitkidir.
Yayılması[redaktə | mənbəni redaktə et]
Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri, Kiçik Qafqazın cənub, şimal və mərkəzi hissələri, Naxçıvanın dağlıq hissəsidir.
Sayı ve tendensiyası[redaktə | mənbəni redaktə et]
Populyasiyanın təbii bərpasında mənfi təsirlərin dəyişilməsindən asılılığı müşahidə olunur, azalma tendensiyasına meyllidir.
Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]
Antropogen amillər (otarılma, tapdalanma) və iqlim amillərinə həssaslıqdır.
Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]
Populyasiyanı nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması tələb olunur.
Yarımnövləri[redaktə | mənbəni redaktə et]
- Parnassia palustris var. izuinsularis H.Ohba
- Parnassia palustris var. palustris
- Parnassia palustris var. yakusimensis (Masam.) H.Ohba
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 273.