Cümə məscidi (Salyan)
Cümə məscidi | |
---|---|
39°35′54″ şm. e. 48°59′06″ ş. u. | |
Ölkə | Azərbaycan |
Status | Ölkə əhəmiyyətli tarixi abidə |
Şəhər | Salyan |
Yerləşir | AZ5200 Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi 83. |
Memar | Kərbəlayi Əli Əkbər |
Tikilmə tarixi | 1865 |
Üslubu | islam memarlığı |
Günbəzləri | 18 |
Vəziyyəti | Restavrasiya olunub (2012—2013) |
İstinad nöm. | 4956 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Cümə məscidi — Azərbaycanın Salyan rayonunun inzibati mərkəzində yerləşən tarixi-memarlıq abidəsi[1].
Haqqında
[redaktə | mənbəni redaktə et]Cümə məscidi 1283-cu ildə (miladi təqvimi ilə 1865-ci il) Hacı Mehdinin oğlu Ağahüseynin şərəfinə usta Kərbəlayi Əli Əkbər tərəfindən inşa edilib.[2] Əsas giriş qapısının sol tərəfində divara vurulmuş dəmir lövhədə yazılmışdır:
"1865. Məscidi usta Kərbəlayı Əli Əkbər Hacı Mehdinin oğlu Ağa Hüseynin adına tikmişdir."[3]
Cümə məscidinin ustası Kərbəlayı Əli Əkbər Hindistanda, eləcə də Ərdəbildə də məscid tikmişdir. O, əslən ərdəbillidir.[3]
18 günbəzdən ibarət olan Cümə məscidi sovetlər dönəmində repressiya qurbanına çevrilib. Yol çəkilişi adı altında abidənin bir hissəsi sökülüb və məscid kimi fəaliyyət göstərilməsinə qadağa qoyulub.[2]
1969-cu ildə tarixi abidə statusu alan bu məsciddən anbar, rəsm qalareyası və digər məqsədlər üçün istifadə olunub.[2]
Cümə məscidi 2003-cü ildə Kür daşqınlarına məruz qalıb. Nəticədə 15 günbəzdən 9-u uçub, 6-sı isə qəzalı vəziyyətə düşüb.[2]
8 il qapıları bağlı qalan Cümə məscidi tamamilə uçulub yox olmaq təhlükəsi qarşısında qalıb. Nəhayət 2012-ci ildə dövlət səviyyəsində bu tarixi abidənin əsaslı təmir və bərpasına başlanılıb. Təmir və bərpa işləri Respublika Mədəniyyət və Turizm Nazirliyinin 5 saylı tikinti idarəsi tərəfindən həyata keçirilib.[2]
Tikinti xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Divarları daş plitələrlə üzlənmiş məscidin həyətyanı sahəsi 21x20 metr, iç sahəsi isə 21x12 metrdir. Məscid vaxtilə 18 günbəzə malik olduğu halda, indi 15 günbəz qalmışdır. Həmin 3 günbəz 1930-cu ildə sökülmüşdür. Məscidin günbəzləri 10 ədəd daş sütun üstündə dayanıb. Sütunlar isə sal daşlardandır.[3]
Məscidin iç divarları qırmızı kərpiclə işlənib. Salyan Cümə məscidi əsasən olduğu kimi saxlanılsa da, vaxtilə tikilmiş minarəsi sökülmüşdür. İndiki minarənin hündürlüyü isə 8 metrdir. Minbəri taxtadandır və beşpilləlidir.
Kitabələr
[redaktə | mənbəni redaktə et]Giriş qapısının yan tərəflərində 2 daş kitabə, habelə giriş qapısından içəridə daha bir daş kitabə həkk olunub.[3]
Mehrabının kənarlarında ərəbcə kitabələr həkk edilib.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "e-qanun.az". 2014-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-12. (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 3 4 5 "Salyan cümə məscidi tarixi abidə statusu alıb". ANSPRESS (az.). anspress.com. 11 Fevral, 2013. İstifadə tarixi: 2015-11-12.[ölü keçid]
- ↑ 1 2 3 4 5 "Məscid və minarələr: Cümə məscidi" (az.). gomap.az. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-12. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)