Cavad bəy Şıxlinski

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cavad bəy Şıxlinski
Cavad bəy Məmməd Ağa oğlu Şıxlinski
Şəxsi məlumatlar
Doğum tarixi 3 yanvar 1874(1874-01-03)
Doğum yeri
Vəfat tarixi 1959
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Azərbaycan AXC
 İran
Qoşun növü artilleriya[d]
Rütbəsi general-mayor
Döyüşlər Birinci Dünya Müharibəsi
Gəncə Üsyanı
Təltifləri 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni

Cavad bəy Şıxlinski (3 yanvar 1874, Aşağı Salahlı, Qazax qəzası1959, Türkiyə) — Çar ordusunun zabiti, Azərbaycan Cümhuriyyəti Ordusunun general-mayoru, Qacar ordusunda Ərdəbil qarnizonunun komandiri.

Birinci Dünya Müharibəsində iştirak edib. "Müqəddəs Anna", "Müqəddəs Stanislav", "Müqəddəs Vladimir" ordenlərinin müxtəlif dərəcələri ilə təltif olunub.

Azərbaycan Cümhuriyyəti dövründə Qafqaz İslam Ordusunun tərkibində döyüşlərdə iştirak edib, Birinci piyada diviziyasının komandiri olub. Zəngəzur ekspedisiyasına rəhbərlik edib, Gəncə üsyanının təşkilatçılarından biri olub.

Həyatı və döyüş yolu[redaktə | mənbəni redaktə et]

Çar Rusiyasında[redaktə | mənbəni redaktə et]

Şıxlinski Cavad bəy Məmməd ağa oğlu 1874-cü il yanvarın 3-də Qazax qəzasının Aşağı Salahlı kəndində anadan olub.[1][2] Tiflis Kadet Korpusundakı təhsilini bitirdikdən sonra 1892-ci il avqustun 28-də Sankt-Peterburqda yerləşən Konstantinovsk Artilleriya Məktəbinə daxil olub.[3] Buranı birinci dərəcə ilə bitirdikdən sonra 1894-cü il avqustun 8-də 39-cu artilleriya briqadasında tədris işləri üzrə müəllim vəzifəsinə təyin olunub.[2] 1895-ci il avqustun 18-də briqadaya at seçmək üçün Qazax qəzasına göndərilib. 1897-ci ilin noyabr ayından 3-cü batareyanın baş zabiti olub. QarsAleksandropolda xidmət edib.[2] 1898-ci il iyulun 1-də poruçik, 1901-ci il avqustun 19-da ştabs-kapitan, 1909-cu il yanvarın 1-də isə kapitan rütbəsinə yüksəlib.[4] 1904-cü il martın 28-də Qarsda yerləşən 5-ci batareyanın komandiri təyin olunub. Nümunəvi xidmətlərinə görə 1908-ci il martın 16-da III dərəcəli "Müqəddəs Anna" ordeni,[5] 1911-ci il martında II dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunub.[2] 1912-ci ildə kapitan rütbəsində 39-cu artilleriya briqadasının 1-ci rotasının komandiri olub.[6][7] 1913-cü il fevralın 21-də Romanovlar sülaləsinin 300 illiyi münasibətilə xatirə medalı və podpolkovnik rütbəsi alıb. 1913-cü ildə 23-cü iri çaplı artilleriya diviziyonunun komandiri təyin olunub. Birinci Dünya Müharibəsində iştirak edib.[8][9] Bu dövrdə iki dəfə Ali Baş komandanlığın mükafatı ilə təltif olunub.[10][11] 1914-cü il fevralın 15-də II dərəcəli "Müqəddəs Anna", 1915-ci il yanvarın 31-də IV dərəcəli "Müqəddəs Vladimir", 1915-ci il sentyabrın 29-da IV dərəcəli "Müqəddəs Vladimir" (qılınc və bantla birgə) ordenləri ilə təltif olunub.[5] 1916-cı il fevralın 10-da isə 45-ci artilleriya briqasında dördüncü batareyanın komandiri təyin olunub. 1916-cı il oktyabrın 21-də II dərəcəli "Müqəddəs Anna" (qılıncla birgə), 1916-cı il dekabrın 2-də II dərəcəli "Müqəddəs Stanislav" (qılıncla birgə) ordeni ilə təltif olunub.[5] 1917-ci ildə 45-ci artilleriya briqadasının 1-ci divizionuna komandir təyin olunub. 1917-ci il aprelin 22-də polkovnik rütbəsi alıb.[12] 1917-ci il oktyabrın 3-də III dərəcəli "Müqəddəs Vladimir" ordenləri ilə təltif olunub.[13][8]

Azərbaycan Cümhuriyyətində[redaktə | mənbəni redaktə et]

Cavad bəy Şıxlinski 1917-ci ilə qədər

1918-ci ilin yayında Azərbaycana gəlib. Əlahiddə Azərbaycan Korpusunda  2-ci piyada alayının komandiri təyin olunub.[14] Qafqaz İslam Ordusunun tərkibində döyüşlərdə iştirak edib.[9] 1918-ci il sentyabrın 3-də döyüşlərdə göstərdiyi şücaətə görə Nuru paşa tərəfindən medalla təltif olunub.[15][16] Hərbi nazirin 31 dekabr 1918-ci il tarixli 39 №-li əmri ilə “polkovnik” hərbi rütbəsində 27 dekabr 1918-ci il tarixdən Artilleriya idarəsi rəisinin artilleriya qoşunlarının təftişi üzrə müavini vəzifəsinə təyin olunub.[17] 1919-cu ilin fevralın 17-də hərbi nazirin əmri ilə Gəncə qarnizonunun rəisi vəzifəsinə təyin olunub.[18] 1919-cu il fevralın 22-də Birinci piyada diviziyasının komandiri təyin təyin olunub.[3][17] Diviziyanın formalaşmasında və möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Nazirlər Şurasının 1919-cu il 25 iyun tarixli qərarı ilə Cavad bəy Şıxlinskiyə general-mayor rütbəsi verilib.[17][19] 1919-cu il iyunun 27-də hərbi nazirin verdiyi əmrlə iyulun 1-dən Gəncə şəhər qarnizonunun komandiri təyin olunub.[20]

Cavad bəy 1919-cu ildə Azərbaycan Cümhuriyyəti hökumətinin qərarı ilə daşnakların Zəngəzur mahalında həyata keçirdiyi müsəlman qətliamlarının qarşısını almaq üçün yaradılmış Zəngəzur ekspedisiyasına komandir təyin olunur.[21][22] Zəngəzur ekspedisiyası iki kolondan ibarət idi. Birinci kolona general-mayor Davud bəy Yadigarov, ikinci kolona isə polkovnik Vladimir Levestam başçılıq edirdi.[23] Cavad bəy burada Qarabağla, Zəngəzuru birləşdirən yolları ələ keçirmək niyyəti ilə hərəkətə başlayır. Müxtəlif istiqamətlərdən irəliləyən həm birinci kolon, həm də ikinci kolon Dığ yaşayış məntəqəsinə doğru irəliləyirlər. Daha sonra isə ekspedisiyaya Sultan bəy Sultanovun partizan dəstələri də qoşulur.[24] Döyüşlərdən sonra noyabrın 23-də Azərbaycan–Ermənistan sazişi imzalanıb.[25]

1920-ci il aprelin 10-da Gəncə bölgəsində müdafiənin gücləndirilməsi üçün müdafiə naziri Səməd bəy Mehmandarovun əmri ilə Birinci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski Gəncə möhkəmləndirilmiş rayonunun rəisi təyin olunub.[17][26][27]

Gəncə üsyanı[redaktə | mənbəni redaktə et]

Aprel işğalından sonra may ayında Cavd bəy Şıxlinski, Cahangir bəy Kazımbəyli və Gəncə komendantı Məhəmməd Mirzə Qacar tutduqları vəzifələrindən azad olunurlar.[28] Azərbaycanın bolşeviklər tərəfindən işğalına etiraz olaraq Gəncə şəhərində yerləşən Azərbaycan hərbi hissələri və əhali üsyana başlayırlar. Gəncə üsyanın təşkilatçılarından biri də Cavad bəy Şıxlinski olur.[29] O, bu üsyanda dağıdılmış artilleriya qurğularının bərpası və artilleriya işinin təşkilində məsul olur.[30][31]

1920-ci il iyunun 3-də Xalq Daxili İşlər Komissarlığının Bakıya göndərdiyi raportda yazılırdı:

" 18 mayda fövqəladə komissar Həmid Sultanov 6 təlimatçı ilə birgə Gəncəyə gəlib. 25 may, gecə saat 3-də bir artilleriya atəşindən sonra üsyan başlanıb. Səhər saat 5-də İnqilab Komitəsinin təlimatçıları və dövlət işçiləri küçəyə çıxdıqda tutulub həbsxanaya doldurulmuşlar. Həmin vaxt şəhərdə şiddətli mübarizə gedirmiş. Üsyançıların ön sıralarında general Şıxlinski, polkovnik Kazımbəyov, Şahzadə Məmməd Mirzə Qacar, Xoyski qardaşları, tanınmış QəmbərƏləkbər və III Gəncə alayının əsgərləri dururdular[32]. "

Üsyanın məğlub olmasından bir neçə saat əvvəl Cavad bəy artilleriya atəşindən ağır yaralanıb.[3][33] Daha sonra isə onu mühasirədən çıxarıb Aşağı Salahlı kəndinə aparırlar. Orada qalmaq təhlükəli olduğu üçün qohumu Mədət bəy Alqanov tərəfindən əvvəlcə Qarayazı meşəsinə daha sonra isə Tiflisə aparılıb.[8]

Mühacir həyatı[redaktə | mənbəni redaktə et]

Tiflisi tərk etdikdən sonra İrana gedib.[3] Peşəkar hərbiçi olduğun üçün Ərdəbil qarnizonunun komandanı vəzifəsinə təyin olunub.[9] Lakin orada yaşadığı dövrdə bolşeviklər tərəfindən təqib olunduğu üçün Türkiyəyə mühacirət etməli olur. Ömrünün sonunadək Türkiyədə yaşayıb. 1959-cu ildə 84 yaşında dünyasını dəyişib.[9][34]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Cavad bəy Şıxlinski Hüseyn Əfəndi Qayıbovun nəvəsi, Əliağa Şıxlinskinin qardaşı oğlu[3], Rüstəm Şıxlinskinin qardaşı[35], yazıçı İsmayıl Şıxlının isə dayısıdır.[8] Ailə qurub Çingiz, Nazir adlı oğulları, Göhvər adlı qızları dünyaya gəlib.[8]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Şahbazov, Atamalı. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabit və hərbi məmurları (az.). Bakı: Maarif nəşriyyatı. 2020. 542. ISBN 978-9952-37-141-3. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-27.
  2. 1 2 3 4 Nəzirli, Şəmistan. 1920-ci ildə Qarabağ döyüşləri (PDF) (az.). Bakı. 2009. 88. 2023-04-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-13.
  3. 1 2 3 4 5 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 382. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  4. Общий список офицерским чинам Русской Императорской Армии. Составлен на 1-е января 1909 г. (PDF) (rus). Sankt Peterburq: Военная типография. 1909. 663. 2023-11-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-14.
  5. 1 2 3 "Шихлинский Джавад Бек". ria1914.info. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
  6. Кавказский календарь на 1912 год (rus). Tiflis: Гл. упр. Кавказ. наместника. 1912. 489. 2018-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-16.
  7. Nəzirli, Şəmistan. 1920-ci ildə Qarabağ döyüşləri (PDF) (az.). Bakı. 2009. 82. 2023-04-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-13.
  8. 1 2 3 4 5 Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə Quberniyasından olan dövlət xadimləri (PDF) (az.). Gəncə: Elm nəşriyyatı. 2018. 310. 2022-12-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
  9. 1 2 3 4 Rıhtım, Mehmet; Süleymanov, Mehman. Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu (az.). Bakı: Qafqaz Araşdırmaları İnstitutu. 2008. səh. 338. ISBN 9952-426-23–2. 2023-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-24.
  10. "Шихлинский Джавад-Бек (Джавад-Бек Мамед-Ага оглы)". grwar.ru. 2012. 2023-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
  11. "Высочайшие приказы". ria1914.info. 2023-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
  12. Nəzirli, Şəmistan. 1920-ci ildə Qarabağ döyüşləri (PDF) (az.). Bakı. 2009. 89. 2023-04-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-13.
  13. "Приказ Армии и Флоту о чинах военных от 3 октября 1917 г." 1917-10-03. 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
  14. Ağayev, Yusif; Əhmədov, Səbuhi. İstiqlal yürüşü - 1918 (az.). Bakı: Altun kitab. 2009. 93. ISBN 978-9952-24-041-2. 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
  15. Süleymanov, Mehman. Azərbaycan Ordusunun tarixi: I cild: 1917-1918 (az.). I. Bakı: Maarif nəşriyyatı. 2018. 330. ISBN 978-9952-37-138-3. 2024-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-13.
  16. Ağayev, Yusif; Əhmədov, Səbuhi. İstiqlal yürüşü - 1918 (az.). Bakı: Altun kitab. 2009. 148. ISBN 978-9952-24-041-2. 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
  17. 1 2 3 4 Şahbazov, Atamalı. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabit və hərbi məmurları (az.). Bakı: Maarif nəşriyyatı. 2020. 543. ISBN 978-9952-37-141-3. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-27.
  18. Адрес-календарь Азербайджанской Республики на 1920-й год. Баку, 1920 (PDF) (rus). Bakı: Nağıl evi. 2011. 303. ISBN 978995221073-6. 2021-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-14.
  19. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 282. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  20. Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики: Май - декабрь 1919 (rus). II. Bakı: Maarif nəşriyyatı. 2018. 76. ISBN 978-9952-445-20-13.
  21. Nəzirli, Şəmistan. 1920-ci ildə Qarabağ döyüşləri (PDF) (az.). Bakı. 2009. 19. 2023-04-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-13.
  22. Süleymanov, Mehman. Azərbaycan Ordusunun tarixi: II cild: noyabr 1918-aprel 1920 (az.). II. Bakı: Maarif nəşriyyatı. 2018. 551. ISBN 978-9952-37-139-0. 2024-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-13.
  23. Süleymanov, Mehman. Azərbaycan Ordusunun tarixi: II cild: noyabr 1918-aprel 1920 (az.). II. Bakı: Maarif nəşriyyatı. 2018. 552. ISBN 978-9952-37-139-0. 2024-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-13.
  24. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 459. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  25. Charlotte, Hille. State Building and Conflict Resolution in the Caucasus (ingilis). Leiden: Brill. 2010. 167. ISBN 978-90-474-4136-6. 2024-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  26. Süleymanov, Mehman. Azərbaycan Ordusunun tarixi: II cild: noyabr 1918-aprel 1920 (az.). II. Bakı: Maarif nəşriyyatı. 2018. 609. ISBN 978-9952-37-139-0. 2024-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-13.
  27. Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики: Т. 3: Январь - апрель 1920 (rus). III. Bakı: Maarif nəşriyyatı. 2018. 334. ISBN 978-9952-445-20-14. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
  28. İbrahimli, Xaləddin. Azərbaycan mühacirət tarixi (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2012. 45. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  29. Nəzirli, Şəmistan. Topoqraf - general İbrahim ağa Vəkilov (az.). Bakı: Zaman. 2002. 97. 2023-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-27.
  30. Quliyev, Vilayət. Из наследия политической эмиграции Азербайджана в Польше: 30-ые годы XX века (rus). Torun: Изд-во Адама Маршалека. 2010. 299. ISBN 978-83-7611-754-6. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-27.
  31. Turan, Anar. Gəncə üsyanının təşkilatçısı və ideoloqu (PDF) (az.). Bakı: Xalq qəzeti. 2017-07-13. 2019-11-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
  32. X. Bayramov, “Gəncə üsyanı”, Bakı, 2010, s.93;
  33. İbrahimli, Xaləddin. Azərbaycan mühacirət tarixi (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2012. 47. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  34. Nəzirli, Şəmistan. General Əliağa Şixlinski ömrü (PDF) (az.). Bakı: Uğur nəşriyyatı. 2005. 112. 2022-07-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-14.
  35. Şahbazov, Atamalı. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabit və hərbi məmurları (az.). Bakı: Maarif nəşriyyatı. 2020. 544. ISBN 978-9952-37-141-3. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-27.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]