Dəməşq şəhərindəki İran səfirliyinin İsrail tərəfindən bombalanması

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dəməşq şəhərindəki İran səfirliyinin İsrail tərəfindən bombalanması
Əsas münaqişə: Suriya vətəndaş müharibəsi zəmnində İran-İsrail münaqişəsi
Raket hücumundan sonra Dəməşqdə yerləşən İran səfirliyi
Raket hücumundan sonra Dəməşqdə yerləşən İran səfirliyi
Əməliyyatın yeri İran səfirliyi, Dəməşq, Suriya
Planlaşdıran İsrail İsrail
Hədəf Hadisə vaxtı İranın Suriyadakı səfirliyində olan yüksək rütbəli İslam İnqilabı Keşikçiləri Korpusu mənsubları
Tarix
  • 1 aprel, 2024
  • 17:00
İtkilər 13
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dəməşq şəhərindəki İran səfirliyinin İsrail tərəfindən bombalanması - 2024-cü il 1 aprel tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən İran İslam Respublikasının səfirliyinə İsrail tərəfindən gerçəkləşdirilmiş bombalama hücumu. İran hücuma görə məsuliyyəti İsrailAmerika Birləşmiş Ştatlarının daşıdığını açıqlayıb.[1][2]

İran mediası bildirib ki, zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələri birləşməsinin yüksək rütbəli komandiri, briqada generalı Məhəmmədrza Zahidi və digər yeddi SEPAH zabiti də daxil olmaqla ümumilikdə 13 nəfər həlak olub.[3]

Arxa plan[redaktə | mənbəni redaktə et]

2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri Yaxın Şərqdə bir çox beynəlxalq güclər tərəfindən müxtəlif təyinatlı hava hücumları həyata keçirilib. 2023-cü ilin oktyabr ayında Qəzza bölgəsində başlanmış müharibə bir çox siyasi şərhçilər tərəfindən Suriya vətəndaş müharibəsi zəmnində İran-İsrail münaqişəsinin bir parçası olaraq görülməkdədir. Suriyada məskunlaşmış İran Silahlı Qüvvələrinə mənsub hərbi birləşmələr, HizbullahİraqƏfqanıstandan olan xarici milislər sözügedən hərbi toqquşmalarda aktiv olaraq iştirak etməkdədirlər.[4]

2023-cü ilin 19 fevral tarixində Suriyanın Dəməşq şəhərində yerləşən bir sıra hərbi obyektlər İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyi ehtimal edilən hava hücumları nəticəsində vurulub və hücumlardan sonra bir sıra yaşayış məntəqəsi də ciddi formada zədələnib.[5] Fevraldakı hücumlarda 5 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.[6]

Hücumlar 2023-cü ilin fevral ayında Hizbullahın yüksək rütbəli səhra komandirlərindən biri olan İmad Muğniyənin 2008-ci ildə öldürüldüyü ərazidə baş verib.[7] 2023-cü ilin 7 oktyabr tarixində HƏMAS tərəfindən İsrailə qarşı başladılmış qəfil hərbi əməliyyatlardan sonra İran HƏMAS birliklərini açıq formada dəstəkləyib və nəticədə İsrail və İran arasında növbəti döyüş əməliyyatlarının başladılması üçün zəmin yaranıb.[8] 2023-cü ilin 12-22 oktyabr tarixləri arasında İsrail tərəfindən Suriyadakı hərbi təyinatlı hava limanlarına, xüsusi ilə Dəməşq və Hələb şəhərlərindəki ən azı üç hədəfə doğru hücumlar təşkil edilib.[9][10]

2024-cü ilin 20 yanvar tarixində Suriyada fəaliyyət göstərən Qüds qüvvələri hərbi birləşməsinin kəşfiyyat üzrə zabitlərindən biri briqada generalı Sadiq Omidzadə və digər dörd nəfər SEPAH mənsubu sözügedən İsrail hücumu nəticəsində həlak olublar.[11][12][13]

Hücum[redaktə | mənbəni redaktə et]

2024-cü ilin 1 aprel tarixində yerli vaxtla günorta saat 5-də İran İslam Respublikasının Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən səfirliyinin binasına bitişik İran konsulluğunun yardımcı binasına İsrail Hava Qüvvələri tərəfindən raket hücumu həyata keçirilib. Hücum nəticəsində bina ciddi formada dağılıb. Suriyadakı İran səfiri Hüseyn Əkbəri açıqlamasında bildirib ki, hücum Lockheed Martin F-35 Lightning II tipli qırıcı təyyarələri tərəfindən icra edilib və həmin təyyarələr səfirlik binasına 6 raket atıblar.[14]

Hədəf[redaktə | mənbəni redaktə et]

İran tərəfinin iddialarına görə hücumun əsas hədəflərindən biri SEPAH-ın Qüds qüvvələrinin komandirlərindən briqada generalı Məhəmmədrza Zahidi olub. İtkilər arasında Zahidinin müavini Sərdar Hacı Rəhimi və digər beş İran rəsmisi də var. Həmin şəxslər Hüseyn Aman Əlahi, Seyid Mehdi Cəlaləti, Əli Ağa Babayi, Seyid Əli Salehi Ruzbahani və Möhsün Sədaqət adlı rəsmilərdir.[15] Hadisədən bir necə saat sonra İran dövlət mediaları ölənlər arasında 6 Suriya vətəndaşı olmaqla ümumilikdə 13 nəfərin hücumlar nəticəsində həlak olduğunu açıqlayıblar.[16]

Reaksiyalar[redaktə | mənbəni redaktə et]

Yerli[redaktə | mənbəni redaktə et]

İran İran İslam Respublikasının 2-ci Ali Rəhbəri Əli Xamenei hücuma sərt cavab verəcəyini vəd edib. Xameneinin siyasi müşaviri Əli Şamxani açıqlamasında ifadə edib ki, hücumun arxasında dayanan ölkələrdən biri də ABŞ-dır.[17] İran rəsmisinin açıqlasmında o da qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasına müraciət edilərək baş vermiş hadisə ilə bağlı qətiyyətli tədbirlər görməyi tələb edəcəklər.[18]

İranın bir sıra şəhərlərində, o cümlədən paytaxt Tehranda, həmçinin Təbriz, İsfahan, KirmanşahCənubi Xorasan ostanında böyük izdiham kütlələri Fələstinİran bayraqlarını dalğalandıraraq, baş vermiş hücuma görə dərhal qisas tələbi ilə toplaşıblar.[19][20]

Suriya Suriya Xarici İşlər Naziri Faysal Mekdad baş vermiş hava hücumunu pisləyib və bunu günahsız insanların ölümünə səbəb olan terror hücumu adlandırıb.[21]

İsrail İsrail rəmsiləri baş vermiş hücumla bağlı verdikləri ilkin açıqlamalarda hücumun İsrail tərəfindən gerçəkləşdirildiyini qismən də olsa qəbul ediblər. Belə ki, İsrail Silahlı Qüvvələrinin sözçüsü Daniel Haqari jurnalistlərə verdiyi açıqlamasında bildirib; Bizdə olan kəşfiyyat məlumatlarına görə həmin bina nə konsulluq, nə də səfirlikdir. Vurulan hədəf Dəməşq şəhərində mülki struktur kimi maskalanmış Qüds qüvvələrinə məxsus hərbi okyektdir.[22]

Beynəlxalq[redaktə | mənbəni redaktə et]

Çin ÇXR Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin baş vermiş hücumu pisləyib; Diplomatik nümayəndəliklərin təhlükəsizliyi pozula bilməz və Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir.[23]

ABŞ ABŞ tərəfinin ilkin açıqlamasında hücumun İsrail tərəfindən gerçəkləşdirilməsi ilə bağlı tutarlı sübutların və ya iştirakın olmadığı qeyd olunub.[24]

Rusiya Rusiya Xarici İşlər Nazirliyi tərəfindən dərc edilmiş bəyanatda hücum qətiyyətlə pislənib və baş vermiş hadisəni qəbuledilməz olaraq qiymətləndirib. Rusiya eyni zamanda BMT Təhlükəsizlik Şurasının növbəti iclasında baş vermiş hücum aktını geniş müzakirə etməyi təklif edib.[25] Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Qətər, Oman, Səudiyyə Ərəbistanı, Misir, İraq, İordaniya, KüveytƏrəb Liqası bəyanat yayaraq hücumu pisləyib və həlak olanların ailələrinə başsağlığı veriblər.[26][27][28][29][30][31][32]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bowen, Jeremy; Gritten, David. "Israel accused of deadly strike on Iranian consulate in Syria". BBC News. April 1, 2024. 1 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2024.
  2. "Iran vows response after strike it blames on Israel demolishes consulate in Syria". ABC News (ingilis). 2024-04-01. 2024-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
  3. "Iran Media Say Death Toll Rises To 13 In Syria Consulate Strike". Barron's. 2 April 2024. 2 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2024.
  4. "Exclusive: Iran's Guards pull officers from Syria after Israeli strikes". Reuters. 2024-02-01. 2024-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2024.
  5. Al-Khalidi, Suleiman. "Israeli missile strikes building in central Damascus, several casualties". news.yahoo.com. 2023-02-18. 12 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2024.
  6. "شهداء وجرحى جراء العدوان الإسرائيلي على أحياء سكنية في دمشق" [Martyrs and wounded as a result of the Israeli aggression on residential neighborhoods in Damascus]. Syrian Arab News Agency (ərəb). 2023-02-19. 4 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2024.
  7. Fabian, Emanuel. "Syria says 5 killed, 15 wounded in Israeli strike on Damascus residential area". The Times of Israel. 19 February 2023. 21 February 2023 tarixində arxivləşdirilib.
  8. "Israel shifts to deadlier strikes on Iran-linked targets in Syria". Reuters. 8 January 2024. 13 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2024.
  9. "Syria says Israeli missiles hit Damascus, Aleppo airports". Reuters. 12 October 2023. 12 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2023.
  10. "Israeli attack on Syrian Aleppo airport puts it out of service". Reuters. 14 October 2023. 16 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2023.
  11. "Israeli airstrike in Syria kills senior Iranian Revolutionary Guards member". Reuters. 26 December 2023. İstifadə tarixi: 2 April 2024.
  12. "At least 4 killed in Israel strike on Damascus, Syrian media". Ynetnews (ingilis). 2024-01-20. 6 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-20.
  13. "Iranian general killed in Syria, says IRGC's source". Trend.Az (ingilis). 2024-01-20. 1 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-20.
  14. Hande Atay Alam; Adam Pourahmadi; Tara John; Lauren Kent. "Iran accuses Israel of killing Iranian military commander and others in airstrike on consulate in Syria". CNN (ingilis). 2024-04-01. 1 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
  15. Chao-Fong, Léonie. "Middle East crisis live: Iran says it holds Israel responsible for Damascus consulate attack and will 'reciprocate when we want'". The Guardian. 1 April 2024. 1 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2024.
  16. Presse, AFP-Agence France. "Iran Media Say Death Toll Rises To 13 In Syria Consulate Strike". www.barrons.com (ingilis). 2024-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
  17. Hafezi, Parisa. "Iran vows revenge on Israel after Damascus embassy attack". Reuters. 2024-04-02. İstifadə tarixi: 2024-04-02.
  18. "UN Security Council to review Iran's demand to condemn Israeli strike". TASS. 2024-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
  19. "Iran vows deadly suspected Israeli airstrike on its consulate in Damascus "will not go unanswered" - CBS News". www.cbsnews.com (ingilis). 2024-04-02. 2024-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
  20. Fassihi, Farnaz. "Iran Says the Deadly Israeli Strike in Damascus Will Not Go Unanswered". The New York Time. 2024-04-02. 2024-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
  21. "Iranian consulate in Damascus flattened in suspected Israeli air strike". Reuters. 1 April 2024. 2024-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
  22. "Iran vows revenge as it accuses Israel of deadly airstrike on Syria consulate in deepening Middle East crisis". CNN. 2 April 2024. 2 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2024.
  23. "China denounces Israeli strike on Iranian consulate in Syria". Al Arabiya News (ingilis). 2024-04-02. 2024-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
  24. Ravid, Barak. "U.S. tells Iran it "had no involvement" in Israel strike". Axios. 2 April 2024. 2 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2024.
  25. "Russia accuses Israel of 'unacceptable' strike on Iranian embassy in Damascus". Times of Israel. Agence France-Presse. 1 April 2024. 1 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2024.
  26. "UAE Condemns Targeting of Iranian Diplomatic Mission". Ministry of Foreign Affairs (United Arab Emirates). 2024-04-01. 1 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
  27. "Qatar Strongly Condemns the Targeting of Iranian Consulate in Damascus". Ministry of Foreign Affairs (Qatar). 2024-04-01. 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
  28. "Oman condemns attack on Iran consulate in Damascus". Kuwait News Agency. 2024-04-01. 1 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
  29. "Saudi Arabia condemns targeting of Iranian consulate in Syria". Arab News (ingilis). 2024-04-02. İstifadə tarixi: 2024-04-01.
  30. "Kuwait deplores Israeli occupation's attack on Iranian consulate in Syria". Kuwait News Agency (ingilis). 2024-04-02. 2024-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
  31. "Pakistan condemns Israeli airstrikes on Iranian consulate building in Syria-Xinhua". english.news.cn. 2024-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
  32. "League condemns Israeli attack on Iranian Consulate in Damascus, viewing it a violation of Syria's sovereignty". Arab League. 2024-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.