Darin müqaviləsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Darin müqaviləsi
İmzalanma tarixi 26 dekabr 1915
Tərəflər NəcdBritaniya imperiyası

Darin müqaviləsi və ya Darin paktı — 1915-ci ildə Birləşmiş Krallıq ilə Nəcd və Həsa əmirliyinin hökmdarı Əbdüləziz Səud arasında bağlanmış müqavilə.

Müqavilə Tarut adasında[1] yerləşən Darində 26 dekabr 1915-ci ildə Britaniya hökuməti adından Ser Persi Koks ilə Əbdüləziz Səud tərəfindən imzalanmışdır.[2]

Əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Müqavilə yenicə formalaşmaqda olan Səudiyyə dövlətini beynəlxalq səviyyədə tanıyan ilk müqavilə idi. Nəcd tarixində ilk dəfə olaraq danışıqlarlı sərhəd anlayışı ortaya atılmışdı.[3] Bundan əlavə, Britaniyanın məqsədi Fars körfəzindəki protektoratlarını təmin etmək idi, lakin bu müqavilə qonşu ərazilərdə Səudiyyə nəzarətini qanuniləşdirmək kimi gözlənilməz nəticə vermişdir.[3] Müqavilə 1927-ci ildə Ciddə müqaviləsi ilə əvəz olunmuşdur.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. S. Abdul-Razzak. International Boundaries of Saudi Arabia. Galaxy Publications. 1997. səh. 32. ISBN 978-81-7200-000-4.
  2. Abdullah I of Jordan; Philip Perceval Graves. Memoirs. 1950. səh. 186.
  3. 1 2 Kiren Aziz Chaudhry. The Price of Wealth: Economics and Institutions in the Middle East. Cornell University Press. 1997. səh. 53. ISBN 978-0-8014-8430-8.
  4. Butera, Anita C. The Kingdom of Saudi Arabia Through the Eyes of Saudi Women. Lexington Books. 2021. səh. 12. ISBN 978-1-7936-0725-6. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.