Ferhan və Ferzan Öndər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ferhan və Ferzan Öndər
Ferhan Önder
Ferzan Önder
Ferhan və Ferzan Öndər 2017-ci ildə
Ferhan və Ferzan Öndər 2017-ci ildə
Ümumi məlumatlar
Doğum tarixi (58 yaş)
Doğum yeri Türkiyə Tokat, Türkiyə
Vətəndaşlığı Türkiyə Türkiyə Avstriya Avstriya
Musiqiçi məlumatları
Fəaliyyəti Pianoçu
Fəaliyyət illəri 1975–h.h.
Janr Klassik musiqi
Musiqi aləti Piano
Təhsili Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyası, Vyana Musiqi və Təsvir İncəsənət Universiteti
Mükafatları ECHO Klassik
ferhan-and-ferzan.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ferhan və Ferzan Öndər (2 oktyabr 1965, Tokat) — Türk-avstriyalı əkiz pianoçular.

Eyni əkizlər Ferhan və Ferzan Öndər, beynəlxalq səviyyədə tanınan piano duetidir. Öndər qardaşları klassik musiqi ilə yanaşı, modern musiqi repertuarında olan əsərlər də ifa edirlər. Onlar nadir hallarda fərdi fortepiano konsertləri də verirlər.[1]

Həyatları [redaktə | mənbəni redaktə et]

Ferhan və Ferzan Öndər Tokatın kiçik bir kəndində anadan olduqlarını söyləyirlər. Böyük qardaşları Ömər Öndər(tr)in Ankara Dövlət Konservatoriyası(ru)nda musiqi təhsili almağa başlamasından sonra ailə Ankaraya köçüb. Əkiz bacılar 10 yaşında fortepiano dərsləri almağa və ifa etməyə başladılar və əvvəldən piano dueti kimi yetişdirdilər. 14 yaşında onlar İtaliyanın Terni şəhərində Concorso Pianistico Internazionale Alessandro Casagrande münsiflər heyətinin xüsusi mükafatını qazandılar. Onlar əvvəlcə Ankaradakı Hacettepe Universitetində, 1985-ci ildən isə Vyana Musiqi və Təsvir İncəsənət Universiteti(ru)nde Noel Flores(fi)in və Paul Badura-Skodanın ustad dərslərində təhsil alıblar.[1]

Bu duet dünya üzrə konsert turları və dünyaca məşhur orkestrlərlə müntəzəm çıxışları ilə tanınır. Onlar həmçinin Salzburq Festivalı(ru), Beynəlxalq Bethoven Festivalı(ru), Vyana Festivalı(en), Rheingau Musiqi Festivalı(en) və Şlezviq-Holşteyn Musiqi Festivalı(ru) kimi musiqi festivallarında çıxış edirlər.[1]

Duetin repertuarında BaxVivaldiMotsartPulenkBartokStravinskiVitold Lutoslavski və Fazıl Sayın əsərləri yer alır.[1]

Onların ilk CD olan "Vivaldi Reflections" (2001), 2002-ci ildə ECHO Klassik(en) mükafatını aldı. Onların ikinci albomu "1001 Nights" (2003) adlanırdı. 2002-ci ildə Drezden Sakson Dövlət Kapellası(ru) (Heyvanların karnavalı(ru), spiker: Günter Yaux(ru)) ilə əməkdaşlığın canlı səsyazması yayımlandı.[1]

Öndər qardaşları 2003-cü ildə Türkiyənin UNICEF komitəsi tərəfindən UNICEF-in xoşməramlı səfiri təyin edilib[2] və uşaq layihələrində iştirak edirlər.[3] Onların hər ikisi Vyanada yaşayır.[4]

Şəxsi həyatları[redaktə | mənbəni redaktə et]

  • Ferhan Önder avstriyalı pianoçu Riko Qulda(de) ilə evli olub və onların bir qızı var.[5]
  • Ferzan Önder əvvəlcə Vyanalı sahibkarla evli olub.[1][6] O, 2009-cu ildən avstriyalı multi-zərb alətləri instrumentalisti Martin Qrubinger(ru) ilə evlidir və onların bir oğlu var.[7]

Diskoqrafiya [redaktə | mənbəni redaktə et]

  • 1998: Saint-Saens - Bethoven (Pan Classics)
  • 2001: Vivaldi Reflections (EMI)
  • 2002: Karneval der Tiere
  • 2003: 1001 Nights (EMI)
  • 2015: Carmina Burana (SONY)
  • 2019: Karneval der Tiere (SONY)
  • 2019: Ferhan&Ferzan Önder play Fazıl Say (WINTER&WINTER)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 "Interview mit Ferzan Önder" (alman). Club-Carriere.com. 2016-01-09. İstifadə tarixi: 2024-05-20.
  2. (türk). Unicef Türkiye Milli Komitesi. 2016-01-30 https://www.unicefturk.org/haber_inside.php?id=12 (#bare_url_missing_title). 2016-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  3. "Ferhan & Ferzan Önder" (alman). RSB-Online.de. 2016-01-30. 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  4. "Interview mit Ferhan & Ferzan Önder" (alman). Concerti.de. 2011-06-11. 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  5. "Der Sohn Friedrichs des Großen erobert Hamburg" (alman). Die Welt. 2006-04-04. 2024-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  6. "Arxivlənmiş surət" (alman). Wirtschaftsblatt.at. 1997-08-22. 2013-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  7. "Ferhan und Ferzan Önder im Interview: „Ihr seid Türkinnen und spielt Klavier?"" (alman). Nachrichten.at. 2011-06-11. İstifadə tarixi: 2024-05-20.

Xarici keçidlər [redaktə | mənbəni redaktə et]