Fuciko Hemminq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Fuciko Hemminq
Ümumi məlumatlar
Doğum adı Ingrid Fujiko von Georgii-Hemming
Doğum tarixi 5 dekabr 1931(1931-12-05)[1]
Doğum yeri
Vəfat tarixi 21 aprel 2024(2024-04-21)[2] (92 yaşında)
Vəfat səbəbi mədəaltı vəzin xərçəngi[2]
Vətəndaşlığı
Atası Gösta Georqi-Hemminq[d]
Musiqiçi məlumatları
Fəaliyyəti pianoçu, klassik pianoçu[d]
Fəaliyyət illəri 1950–2024
Janrlar klassik musiqi, caz
Musiqi aləti piano
Albom şirkətləri Decca Records[d]
Təhsili
  • Tokio İncəsənət Universiteti[d]
fuzjko.net

İnqrid Fuciko Georqi-Hemminq (5 dekabr 1931[1], Berlin, Almaniya Reyxi[d][2]21 aprel 2024[2]) – isveçəsilli AlmaniyaYaponiya pianoçusu.

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

5 dekabr 1931-ci ildə Almaniyanın Berlin şəhərində doğulmuşdur. Pianoçu olan yapon anası Toako Otsuki Berlin İncəsənət Universitetində təhsil almışdır. Atası Frits Gösta Georqi-Hemminq rusəsilli isveçli memar idi. 1933-cü ildə ailəsi ilə birlikdə Yaponiyaya köçmüşdür.[4] Beş yaşından etibarən anasından, daha sonra isə Leoind Kreytserdən piano dərsləri almağa başlamışdır. Məktəbdə oxuyarkən bir sıra müsabiqələrin qalibi olmuşdur.[5]

16 yaşında olanda qulaq infeksiyasına görə sol qulağının eşitmə qabiliyyətini müvəqqəti olaraq itirmişdir.[6] Tokio İncəsənət Universitetindən məzun olduqdan sonra 1960-cı ildə Avropaya qayıtmış, Vyana və Berlində təhsil almışdır.[5] Qripdən müalicə alarkən növbəti dəfə sol qulağının eşitmə qabiliyyətini müvəqqəti olaraq itirmiş,[6] karyerasını Stokholmda davam etdirməyə məcbur olmuşdur. Qulağında müalicə aldığı dövrdə müəllim kimi işləmiş, bir sıra Avropa şəhərlərində konsertlər vermişdir.[5]

1995-ci ildə anasının ölümündən sonra Yaponiyaya qayıtmışdır.[6] 1999-cu ildə Yaponiyanın NHK kanalının onun həyatı haqqında çəkdiyi sənədli filmdən sonra məşhurlaşmışdır. Növbəti il buraxdığı debüt albomu "La Campanella" 2 milyon nüsxə satılmış və 2000-ci ildə keçirilmiş Yaponiya Qızıl Disk Mükafatının İlin Klassik Albomu kateqoriyası üzrə qalibi olmuşdur. Hemminq növbəti illərdə bu mükafatı 3 dəfə daha qazanmışdır.[5]

Hemminq 2001-ci ildə Nyu-Yorkda yerləşən Karneqi-hollda debüt etmişdir.[7] O, karyerası ərzində Moksva Filarmonik Orkestrı kimi orkestr və sənətçilərlə əməkdaşlıq etmişdir.[5] Ferens List, Frederik Şopen, Moris Ravel kimi bəstəkarların əsərlərində ixtisaslaşmışdır.[6]

Hemminq 2024-cü ilin yazında Nyu-Yorkda yerləşən Karneqi-hollda konsert verməyi planlaşdırsa da, sağlamlığındakı problemlərə görə planını təxirə salmışdır. 2024-cü ilin martında ona mədəaltı vəzin xərçəngi diaqnozu qoyulmuşdur. 21 aprel 2024-cü ildə ölmüşdür.[5]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Atası memar və rəssam olduğu üçün Hemminq rəssamlığa da həvəs göstərmişdir. Pişiklər, itlər, çiçəklər, musiqiçilərin rəsmlərini çəkmişdir.[7]

  1. 1 2 大月フジ子 // Ongaku Nenkan (yap.). 音楽之友社, 1950. C. 昭和26年版. S. 136.
  2. 1 2 3 4 5 ピアニストのフジコ・ヘミングさん死去 「ラ・カンパネラ」で旋風. Asahi Shimbun Company, 2024.
  3. 1 2 https://gendai.media/articles/-/109574?page=3.
  4. "Fujiko Hemming, Deaf Pianist". Kyoto Journal (ingiliscə). 26 oktyabr 2011. 21 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2024.
  5. 1 2 3 4 5 6 "Renowned pianist Fujiko Hemming dies at 92". The Mainichi (ingiliscə). 2 may 2024. 3 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2024.
  6. 1 2 3 4 "Renowned pianist Fuzjko Hemming dies at 92". The Japan Times (ingiliscə). 2may 2024. 3 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2024.
  7. 1 2 "Pianist Fuzjko Hemming dies after remarkable life of 92 years". The Asahi Shimbun (ingiliscə). 2 may 2024. 3 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]