III Qarabulaq nekropolu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

III Qarabulaq nekropolu — Qarabulağa gedən yolun sağ kənarında, birinci nekropoldan şimal-şərqdə yerləşir. Qəbirlər kromlexlə əhatə olunmuş daş qutulardan ibarətdir. Burada təsərrüfat işləri görülərkən dağıdılmış qəbirlərdən Kür-Araz mədəniyyəti üçün xarakterik olan boz rəngli keramika məmulatı əldə edilmişdir. Bəzi qab parçalarının üzərində yarımşarşəkilli qulplar vardır. Aşkar olunmuş tapıntılara əsasən nekropolu е.ə. III minilliyə aid etmək olar[1].

  1. Bахşəliyеv, Vəli. Nахçıvаnın аrхеоlоji аbidələri (PDF) (az.). Bakı: "Elm". 2008. 301s. 2019-04-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-12.