Lidiya Rəsulova
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Lidiya Rəsulova | |
---|---|
2 sentyabr 1993 – 13 sentyabr 1997 | |
Əvvəlki | qurum yaradılıb |
Sonrakı | Misir Mərdanov |
5 fevral 1991 – 10 dekabr 1992 | |
Əvvəlki | qurumun adı dəyişdirilib |
Sonrakı | qurum ləğv edilib |
26 dekabr 1988 – 5 fevral 1991 | |
Əvvəlki | Məmməd Qazıyev |
Sonrakı | qurumun adı dəyişdirilib |
24 yanvar 1981 – 27 mart 1989 | |
Əvvəlki | Züleyxa Hüseynova |
Sonrakı | Rüfət Ağayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 dekabr 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 5 fevral 2012 (70 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Lidiya Xudat qızı Rəsulova (4 dekabr 1941, Bakı – 5 fevral 2012, Bakı) — Azərbaycanın dövlət xadimi
Həyatı[redaktə | mənbəni redaktə et]
Lidiya Rəsulova 1941-ci il dekabr ayının 4-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirərək o, 1959–1965-ci illərdə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1958-ci ildə Bakının ümumtəhsil və məktəbdənkənar tədris müəssisələrində başlayan Lidiya Rəsulova 1962–1981-ci illərdə gənclər təşkilatlarında, partiya və sovet orqanlarında ayrı-ayrı vəzifələrdə çalışmışdır.
Lidiya Rəsulova 1981–1988-ci illərdə Azərbaycan Respublikası Həmkarlar İttifaqları Şurasının sədri, 1988–1992-ci illərdə Azərbaycan Respublikasının sosial təminat naziri olmuş, daha sonra Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi sədrinin müavini, 1993-cü ildən etibarən Azərbaycan Respublikasının təhsil naziri işləmişdir. Səhhətində yaranmış problemlərlə əlaqədar 1997-ci ildə təhsil naziri vəzifəsindən azad olunan
Lidiya Rəsulova bir neçə çağırış SSRİ və Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.
Lidiya Rəsulova bir çox orden və medallarla təltif edilmiş, dövlət quruculuğunda fəal iştirakına görə Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeninə layiq görülmüşdür. 2002-ci ildən prezident təqaüdçüsü olub.[1]
Lidiya Xudat qızı Rəsulova 2012-ci il fevralın 5-də vəfat etmişdir.
Xatirəsi[redaktə | mənbəni redaktə et]
2023-cü ildə tanınmış ictimai-siyasi xadim Lidiya Rəsulovaya həsr olunan və Dilarə Rüstəmin müəllifi olduğu "Tarixə yazılmış ömür" kitabı işıq üzü görmüşdür[2].
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.
- ↑ Real TV. ""Tarixə yazılmış ömür" kitabı təqdim edildi" (az.). Youtube.com. 08.06.2023. 2023-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-09.
- 4 dekabrda doğulanlar
- 1941-ci ildə doğulanlar
- Bakıda doğulanlar
- 5 fevralda vəfat edənlər
- 2012-ci ildə vəfat edənlər
- 70 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- "Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər
- "Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycanın qadın nazirləri
- Azərbaycanın elm və təhsil nazirləri
- SSRİ Ali Sovetinin XI çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları
- Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirləri
- Azərbaycan Kommunist Partiyası Nəsimi Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədrləri