Münəvvər Məmmədquluzadə

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Münəvvər Məmmədquluzadə
Şəxsi məlumatlar
Doğum tarixi 1897
Doğum yeri
Vəfat tarixi 1965
Fəaliyyəti siyasətçi
Atası Cəlil Məmmədquluzadə

Münəvvər Cəlil qızı Məmmədquluzadə (1897, Nehrəm1965) — Cəlil Məmmədquluzadənin qızı, SSRİ Ali Sovetinin II çağırış deputatı.

Cəlil Məmmədquluzadə 1896-cı ildə Nehrəm kəndindən olan Həlimə Nağı qızı ilə ailə həyatı qurmuşdur. Bu nikahdan yazıçının birinci övladı Münəvvər Məmmədquluzadə dünyaya gəlmişdir.

Cəlil Məmmədquluzadənin vəfatından sonra uzun müddət Nehrəm kəndində mamaça, sonra isə səhiyyə məntəqəsinin müdiri vəzifəsində işləmişdir. SSRİ Ali Sovetinin II çağırış deputatı olmuşdur[1].

  1. Abbas Zamanov, "Şərhlər". Həmidə Məmmədquluzadə, "Mirzə Cəlil haqqında xatirələrim", "Azərnəşr", 1967. səh. 195-də