Markar xan Davidxanyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Markar xan Davidxanyan
Şəxsi məlumatlar
Fəaliyyəti siyasətçi

Markar xan Davidxanyanİranın maliyyə naziri, Qacar İranının ikinci kralı Fətəli şah Qacarın yaxın müşaviri və Davidxanyan ailəsinin üzvü.[1] Davidxanyan maliyyə naziri kimi Böyük oyun zamanı İranın iqtisadi siyasətini formalaşdırmışdır.[2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Saraydakı vəzifəsinə qədər Davidxanyan xaricdə, Kembricdə təhsil almışdır.[2] Davidxanyan 1804-cü ildən 1848-ci ilə qədər qırx dörd il Fətəli şah Qacarın maliyyə nəzarətçisi və ya satınalma rəisi vəzifəsində çalışmışdır. Onun üzərinə düşən vəzifəni dəqiqliklə yerinə yetirdiyi diqqətə çatdırılmışdır.[3] O, həm də on beş il İranın maliyyə naziri vəzifəsində çalışmışdır.[2]

Davidxanyan 1804-cü ildə, Böyük PyotrNadir şahın imperiyalarından qalan Cənubi Qafqazda hökmranlıq uğrunda mübarizə olan Rusiya–İran müharibəsi başlayandan bir il sonra baş maliyyə müşaviri təyin edilmişdir. Həm çar Aleksandr, həm də Fətəli şah Gürcüstanda mübahisəli əraziləri birləşdirməyə ümid edirdilər. İran döyüş meydanında say üstünlüyünə malik olsa da, Rusiyanın üstün texnologiyası, təlimi və strategiyası var idi. İranın Napoleonla ittifaqına baxmayaraq, Fransa İrana çox az konkret kömək göstərə bilmiş və 1813-cü ilin əvvəlində İran indiki Dağıstanı, Gürcüstanı və Azərbaycan Respublikasının böyük hissəsini buraxaraq Gülüstan müqaviləsini imzalamışdır. Həmçinin, Rusiya İran daxilində ticarət hüququ qazanmışdı.[4][5]

Müharibədən sonra on üç il sülh hökm sürməsinə baxmayaraq, İran iqtisadiyyatı bərbad vəziyyətdə idi və Davidxanyan xarici subsidiyalara bel bağlamağa məcbur olmuşdu. 1826-cı ilin iyulunda Rusiya Gülüstan müqaviləsini pozaraq iki dövlət arasında müharibəni yenidən alovlandırmışdır. İran 1828-ci ilin fevralında müharibəni bitirmək üçün Türkmənçay müqaviləsini imzalamış və bu müqavilə Davidxanyanı 20 milyon rubl gümüş ödəməyə məcbur etmişdir. İran potensial olaraq Britaniyanın köməyi ilə İran Azərbaycanını bütünlüklə itirməkdən və ya hətta Rusiyanın vassalı olmaqdan potensial olaraq xilas olmuşdu. Müharibədən sonra Qacar dövləti bir daha heç vaxt Rusiya ilə bərabər səviyyədə qarşılaşmamış və Avropa ölkələri tərəfindən bərabərhüquqlu kimi qəbul edilməmişdir. Hər halda, Rusiya İranda təsir dairəsini artırmış və Davidxanyan şahın azalan maliyyə axınının qarşısını almağa çalımışdır. O, xarici kreditlər təşkil etmiş və daxili iqtisadi qeyri-sabitliyi idarə etmişdir.[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Rain, Ismail. Armenian Iranians. Amirkabir Publishing Institute, Tehran: Helmand Publications.
  2. 1 2 3 Navasargian, Alice. The Immortals. 2012.
  3. Hovian, Andranik. Armenians of Iran. International Center for Western Dialogue, Tehran: Hermes Publications.
  4. Baddeley, John F. The Russian Conquest of the Caucasus. London: Green and Co. 1908. 90.
  5. Fisher, William Bayne. The Cambridge History of Iran. Cambridge University Press. 1991. 145–146.
  6. Bournoutian, George A. Armenians and Russia, 1626-1796: A Documentary Record. Mazda Publishers. 2001. ISBN 9781568591322.