Mehdixan Kəlbəcərli

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Mehdixan Kəlbəcərli
Mehdixan Həmid oğlu İbrahimov
Doğum tarixi
Doğum yeri Zar, Kəlbəcər rayonu, Azərbaycan SSR, SSRİ
Atası Həmid İbrahimov
Fəaliyyəti şair

Mehdixan Kəlbəcərli – şair.

Mehdixan Kəlbəcərli (Həmid oğlu İbrahimov) 1940-cı ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olub. Orta məktəbin 7 ilini həmin kənddə, qalan 3 ilini isə rayon məktəbində oxuyub. 1965-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə qəbul olub, 1969-cu ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirib. 1969-cu ildən 1993-cü ilin aprel ayına qədər öz doğma kəndi olan Zardakı orta məktəbdə ixtisas müəllimi, daha sonra isə bir müddət həmin məktəbin direktoru vəzifəsində çalışmışdır. 1993-cü ildən bəri məcburi köçkün kimi Bakı şəhərində məskunlaşan el şairi müəllimlik peşəsində çalışmaqla yaradıcılığını uğurla davam etdirir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]