Mirzəli Hüseynzadə
Mirzəli Hüseynzadə | |
---|---|
Doğum tarixi | 31 dekabr 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 15 mart 2002 (62 yaşında) |
Təhsili | |
Fəaliyyəti | şair, publisist |
Üzvlüyü |
Hüseynzadə Mirzəli Mirzəhüseyn oğlu (31 dekabr 1939, Astraxanbazar rayonu – 15 mart 2002) — publisist, şair, nasir. 1980-ci ildən SSRİ Yazıçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin, Respublika Ziyalılar Cəmiyyətinin üzvü .[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Mirzəli Hüseynzadə 1939-cu il dekabrın 31-də Azərbaycan SSR-in Astraxanbazar (indiki Cəlilabad) rayonunun Qaralı kəndində anadan olmuşdur. Cəlilabad şəhərindəki Nizami adına məktəbdə orta təhsil almışdır. BDU-nun filologiya fakültəsini bitirmişdir.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]İlk şeirləri " Yeni gün " (keçmiş " Taxılçı ") qəzetində çap olunmuşdur. O, bir müddət Cəlilabad şəhərində mədəniyyət şöbəsinin, rayon təhsil işçiləri evinin müdiri, kənd təsərrüfati işçiləri həmkarlar ittifaqı komitəsinin sədri vəzifələrində işləmişdir. Baki şəhərinə köçdükden sonra Azərbaycan Dövlət Nəşriyyatında, Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində redaktor," Nəsimi " ("Azərbaycan dünyası") qəzetində şöbə müdiri vəzifəsində çalışmışdır. SSRİ Yazıçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvü, " Qızıl Qələm ", mükafatı laureatı idi. Şeirləri " Ədəbiyyat ", "Azərbaycan müəllimi ", " Baki " qəzetlərində , " Azərbaycan ", " Ulduz ", " Kirpi " jurnallarinda çap olunmuşdur.
Kitabları
[redaktə | mənbəni redaktə et]- Sevgi illəri, B., Gənclik, 1978, 3.000 nüs.
- Göytəpə, B., Yazıçı, 1978, 4.500 nüs.
- Güldən ləçəyi, qardan çiçəyi,[1] B., Yazıçı, 1981, 7.000 nüs.
- Nigaranam, B., Yazıçı, 1983, 5.000 nüs.
- Sənsiz darıxırıq, torpaq, B., Gənclik, 1983, 10.000 nüs.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-30.
- 31 dekabrda doğulanlar
- 1939-cu ildə doğulanlar
- Cəlilabad rayonunda doğulanlar
- 15 martda vəfat edənlər
- 2002-ci ildə vəfat edənlər
- 62 yaşında vəfat edənlər
- Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunları
- SSRİ Yazıçılar İttifaqının üzvləri
- Azərbaycan Yazıçılar Birliyinin üzvləri
- Əlifba sırasına görə yazıçı və şairlər