Mkrtum Ovnatanyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mkrtum Ovnatanyan
erm. Մկրտում Հովնաթանյան
Doğum tarixi 1779[1]
Doğum yeri
Vəfat tarixi 1845[1]
Vəfat yeri
Dəfn yeri
  • Xocivank panteonu[d]
Uşaqları
Fəaliyyəti rəssam
Janr portret rəssamlığı[d][1]
Tələbəsi Hakob Mkrtum Hovnatanyan

Mkrtum Ovnatanyan (erm. Մկրտում Հովնաթանյան; 1779[1], Tiflis[1]1845[1], Tiflis[1]) — erməni rəssamı, Akop Ovnatanyanın oğlu, Tiflisdə yaşayıb-yaratmışdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Mkrtum Ovnatanyanın atası Ovnatan Ovnatanyanla birlikdə bərpa etdiyi və əlavə etdiyi Üçkilsə kafedralının rəsmi.

Mkrtum Ovnatanyan 1779-cu ildə irsi erməni rəssamı ailəsində anadan olmuşdur. O, Ovnatan Ovnatanyanın oğlu olduğu üçün onunla birlikdə Tiflisdə yaşayıb işləyirdi. O, kilsə rəsmlərini çəkmiş, erməni padşahlarının və hərbi rəhbərlərinin bir sıra şəkillərini çəkmişdir. Bunlardan ən populyarı Ermənistan İncəsənət Qalereyasında saxlanılan "Padşah Trdat"dır. O, atasına ulu babası Nağaş Ovnatanın çəkdiyi Üçkilsə kafedralının rəsmini bərpa etməkdə və tamamlamaqda kömək etmişdir. Ovnatan Ovnatanyanın başladığı Noraşen kilsəsinin rəsmini bitirmişdir. O, həmçinin Sion kafedralında rəsm əsərlərini çəkmişdir. Mkrtum Ovnatanyan ailəsinin digər nümayəndələri ilə birlikdə erməni rəssamlığının inkişafına töhfələr vermişdir. Onun əsərləri milli adət-ənənələrə, tarixə məhəbbətlə aşılanmışdır. Mkrtum 66 yaşında Tiflis şəhərində vəfat etmişdir. Orada, Xocivank erməni qəbiristanlığında dəfn olunmuşdur.[2][3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. «Популярная художественная энциклопедия» 2-я книга, издательство «советская энциклопедия», 1986 г.
  3. М. Казарян «Художники Овнатаняны» Москва, 1969 г.