Namiq Qaraçuxurlu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Namiq Qaraçuxurlu
azərb. Namiq Hilal oğlu Şükürov
Ümumi məlumatlar
Ləqəbi Qaraçuxurlu
Doğum tarixi (45 yaş)
Doğum yeri Qaraçuxur, Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Partnyoru
Musiqiçi məlumatları
Fəaliyyəti meyxanaçı
müğənni
söz yazıçısı
bəstəkar
Fəaliyyət illəri 1993–h.h.
Janr pop
Musiqi aləti piano
Boyu 1.87 sm[1][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Namiq Qaraçuxurlu[3] (8 noyabr 1978, Bakı) — azərbaycanlı meyxanaçı, müğənni.

Həyatı[redaktə | mənbəni redaktə et]

Namiq Qaraçuxurlu 8 noyabr 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur.[4][5][6]

İlk meyxanasını 1993-cü ildə deyən meyxanaçı sonralar müəyyən səbəblərdən bir neçə il sənətinə fasilə vermişdir.

1997-ci ildə Şəhriyar adına mədəniyyət sarayında keçirilən meyxana müsabiqəsində ikinci yer tutub, laureat olmuşdur.[mənbə göstərin] Fəaliyyəti ilə o gündən mütəmadi məşğul olan meyxanaçının 1999-cu ildə ilk kaseti işıq üzü görüb.

2001-ci ildə "And içmişdik" adlı albomu çıxandan sonra meyxanaçının və meyxana sənətinin həyatında böyük rol oynayan "Rəvayət" klipi çəkilib. Klipinin təqdimatı bir vaxtlar meyxanaçının laureat olduğu Şəhriyar adına mədəniyyət sarayında konsert şəklində səsləndirib. Azərbaycanın müxtəlif bölgələrində konsert verən meyxanaçı 7900 nəfərlik tamaşaçı tutumu olan "Şəfa" stadionunda solo konsert vermişdir. Mütəmadi olaraq Hollandiya, Almaniya, İran[7][8]Rusiyanın bir çox şəhərlərində və o cümlədən paytaxt Moskvada konsert vermişdir.

Uzun müddət Aygün Kazımova[9][10] ilə duet[11] oxumuşdur.

Sözləri Namiq Qaraçuxurluya aid olan "Yine Tek" mahnısını Türkiyənin məşhur sənətcisi Ajda Pekkan ifa etmişdir.

Son illərdə populyar ifalarından olan "Bir arzu tut"[12] adlı mahnısı bir çox sənətçi tərəfindəndə ifa olunmuşdur. Bununla yanaşı "Soyuqdur"[13] və "Ürəyimin oğrusudur"[14] mahnıları bir çox ölkələrdə sevilmiş və YouTube trendinə daxil olmuşdur. Son aylarda "Tez elə" adlı mahnısına Türkiyədə klip çəkdirmiş bir daha ölkə trendində birinci pilləni tutmuşdur.[15][16]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Bir vaxtlar müğənni Aygün Kazımova ilə romantik münasibətdə olub, sonralar münasibətlərində problemlər yaranıb və ayrılıblar. Namiq Qaraçuxurlu[17] 12 oktyabr 2015-ci ildə ailə həyatı qurmuş və bir qız[18] övladı dünyaya gəlmişdir.

Diskoqrafiyası[redaktə | mənbəni redaktə et]

Sinqlları[redaktə | mənbəni redaktə et]

Kliplər[redaktə | mənbəni redaktə et]

Duetlər[redaktə | mənbəni redaktə et]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Toy gecəsi (serial, 2013)[20]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycanlı məşhurların boy fərqi- - 1.92, 1.50...+Fotolar". 2023-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-19.
  2. "Azərbaycan müğənnilərinin boy və çəkiləri "nəhs" reytinqdə (FOTO)". 2023-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-20.
  3. "- Meyxanaçı Namiq Qaraçuxurlu sabah konsert ilə çıxış edəcək". 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-01.
  4. "- "Намик Гарачухурлу и участница шоу "Холостяк" Таша Турова в клипе "Soyuqdur" — ФОТО – ВИДЕО"". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26.
  5. "- "Namiq gecəyarısı bulvarda — fotolar"". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26.
  6. "- Namiq Qaraçuxurlu ilə müsahibə". 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26.
  7. "- "Namiq Daha 3 Şarkıcıyla Sahne Alacak"". 2020-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26.
  8. "- "Müğənnilərimiz İranda konsert verdilər — fotolar+video"". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26.
  9. "- Namiq Qaraçuxurlu Aygün Kazımova ilə bağlı hansı xəbəri təsdiqlədi?". 2011-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26.
  10. "- "Айгюн Кязимова и Намик Гарачухурлу вновь вместе — ФОТО"". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-28.
  11. "- Namiqle Aygün yeniden bir araya geldi". 2019-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26.
  12. "- "Bir arzu tut" - Namiq". 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-23.
  13. "- Namiq Qaraçuxurlu Türkiyə mediasında - FOTO". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-23.
  14. "- Namiq iki sevən gənci birləşdirdi - Video". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-23.
  15. "- Namiq Qaraçuxurludan "Tez elə" - Klip". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-23.
  16. "- Namiq Qaraçuxurlu bu klip üçün Türkiyəyə getdi". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-23.
  17. "- "Женился Намик Гарачухурлу – ФОТО — ВИДЕО"". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-28.
  18. "- "Uşağıma tənqid yazanı boğub öldürərəm"". 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26.
  19. "- "Bu da Namiqlə əkizlərin dueti — audio"". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26.
  20. "- Namiq Qaraçuxurlu seriala çəkilir". 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26.