Nitrat turşusu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nitrat turşusu
Molekulyar modelin şəkli
Ümumi
Sistematik adı Nitrat turşusu
Kimyəvi formulu HNO3
Nisbi mol. kütl. 63.012 а. k. v.
Molyar kütlə 63.012 q/mol
Fiziki xassələri
Aqreqat halı (n.ş.) maye
Sıxlıq 1,522 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi -41 °S
Qaynama nöqtəsi 86 °S
Əmələgəlmə entalpiyası (n.ş.) -174,1 kC/mol
Xüsusi buxarlanma istiliyi 39,1 C/kq
Xüsusi ərimə istiliyi 10,47 C/kq
Buxarın təzyiqi 56 qPa atm
Kimyəvi xassələri
Turşunun dissosasiya sabiti −1,64
Suda həllolma qarışır q/100 ml
Optik xüsusiyyətlər
Sındırma əmsalı 1.397
Quruluşu
Dipol anı 2.17 ± 0.02 Debay
Təsnifatı
CAS-da qeyd. nöm. 7697-37-2
PubChem
EINECS-də qeyd. nöm. 231-714-2
SMILES O[N+](=O)[O-]
BS-də qeydiyyat nömrəsi 231-714-2
RTECS QU5775000
ChEBI 48107
BMT nömrəsi 2031
ChemSpider
Toksikologiya
LD50 430 mq/kq
Zəhərliliyi

Nitrat turşusu (HNO3) – birəsaslı, qüvvətli turşu.

Adi şəraitdə rəngsiz mayedir. Kimya sənayesinin ən mühüm məhsullarından biridir. Susuz Nitrat turşusunun sıxlığı 1,522 q/sm3-dir, —41°C-də donur, 86°C-də qaynayır. Su ilə istənilən nisbətdə qarışır və azeotrop qarıqiıq əmələ gətirir.

İki kristalhidratı məlumdur: HNO3·H2O və HNO3·3H2O. Susuz nitrat turşusu davamlı deyildir, adi temperaturda işıqda parçalanaraq oksigen çıxarır (4HNO3=4NO2-2H2O + O2). Nitrat turşusu qüvvətli oksidləşdiricidir, kükürdü sulfat turşusuna çevrilincəyə qədər oksidləşdirir, yalnız qızıla, tantalaplatin fəsiləsinin bəzi metallarına təsir etmir. Metallarla reaksiyaya girib azot 2-oksid çıxarır. Durulaşdırılmış nitrat turşusunda asan həll olan bəzi metallar, məsələn, dəmir, xrom, alüminium, metalın səthində qoruyucu oksid təbəqəsi əmələ gətirdiyi üçün qatı nitrat turşusuna qarşı davamlıdır. Bu xüsusiyyət qatı nitrat turşusunu polad qablarda saxlamağa və daşımağa imkan verir. Qatı nitrat turşusu ilə xlorid turşusunun qarışığına (1:3) zərhəl (çar arağı) deyilir. O hətta qızılı və platini də həll edir. Üzvi birləşmələr nitrat turşusunun təsirildən oksidləşir və ya nitrolaşır (nitro qrupu—NO2+ üzvi birləşmədə hidrogenin yerini tutur). Nitrat turşusunun duzları nitrat, Na, K, Ca və NH4+ duzları isə həm də şora adlanır.

Nitrat turşusu XIII əsrdə kalium şorasını zəy, dəmir kuporosu və gil ilə birgə qızdırmaqla alınırdı. XVII əsrin ortalarından etibarən o sənayedə kalium və ya natrium şorası ilə qatı sulfat turşusundan alınmağa başlandı. İndi ammonyakın hava oksikeni ilə katalitik oksidləşdirilməsi yolu ilə istehsal olunur. Nitrat turşusu, əsasən, azot gübrəsi, kombinə edilmiş gübrə, partlayıcı maddə (trinitrotoluol və s.) və üzvi boya istehsalında işlədilir.

Üzvi sintezdə qatı nitrat turşusu ilə sulfat turşusunun qarışığından (nitrolayıcı qarışıq) geniş istifadə edilir. Kimya sənayesində (sulfat və fosfat turşuları istehsalında) və metallurgiyada hər il külli miqdarda nitrat turşusu sərf olunur. Nitrat turşusunun buxarları ilə nəfəs almaq zəhərlənməyə səbəb olur. Dəriyə və paltara düşdükdə (xüsusən qatı nitrat turşusu) yandırır. Sənaye binalarının havasında (N2O5-ə görə hesaoladıqda) nitrat turşusu-nun miqdarının 50 mq/m3-dən artıq olmasına icazə verilmir. Qatı nitrat turşusu üzvi maddələrə toxunduqda yanğına və partlayışa səbəb olur.