Pallet

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Taxta palet

Paletlər və taxta paletlər qutuların vacib bir hissəsi olmaqla yanaşı, paketlənmiş məhsul və malların avtokarın köməyi ilə etibarlı və asan bir şəkildə daşınması üçün hazırlanmış məhsuldur.[1]

Palet xarici qablaşdırmanın ən vacib hissəsidir və qablaşdırılmış məhsulların forklift və ya transpaletlə asanlıqla daşına bilməsi üçün ağac, plastik, metal və ya bu materialların birləşməsindən hazırlanır.

Ümumiyyətlə taxta materialdan hazırlanan altlıqlar daha davamlı olması üçün qabırğalı xüsusi mismarlarla birləşdirilir. Xarici ticarətlə artan palet dövriyyəsində zərərli həşərat və zərərvericilərin başqa ölkəyə keçməsinin və o ölkənin bitki sağlamlığına zərər verməsinin qarşısını almaq üçün paletlər fumiqasiya və ya istilik müalicəsi ilə zərərvericilərdən təmizlənir. Bu məsələ ilə bağlı ciddi beynəlxalq qaydalar tətbiq edilib.

Palet standartları[redaktə | mənbəni redaktə et]

Ölçülər[redaktə | mənbəni redaktə et]

Palet üçün verilən birinci ölçü uzununa dayaq kimi yerləşdirilən uzununa parçanın uzunluğunu, ikinci ölçü isə eninin ölçülməsini verir. Kvadrat və ya kvadrata yaxın paletlərdəki yük devrilməyə daha davamlıdır.

Universal standartlaşdırılmış palet ölçüsü yoxdur; şirkətlər və təşkilatlar ehtiyaclarından asılı olaraq müxtəlif ölçülərdə paletlərdən istifadə edirlər. Bununla belə, bəzi palet ölçüləri digərlərindən daha geniş istifadə olunur.

Avropa paletləri[redaktə | mənbəni redaktə et]

Euro Pallet

Ən çox istifadə olunan növlər[redaktə | mənbəni redaktə et]

Adı Ölçüləri(mm)
EUR Pallet 800 x 1200
EUR 2 Pallet 1200x1000
EUR 3 Pallet 1000x1200
EUR 6 Pallet 800x600

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "TAXTA PALET NÖVLƏRİ". azpim.az (az.). 2024-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-30.