Portal:Cənubi Azərbaycan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
redaktə  

Heydərbaba, ildırımlar şaxanda, Sellər, sular şaqqıldayıb axanda, Qızlar ona səf bağlayıb baxanda, Salam olsun şövkətüzə, elüzə, Mənim də bir adım gəlsin dilüzə
— Şəhriyar


Cənubi Azərbaycana
xoş gəlmisiniz!



redaktə  

Seçilmiş məqalə

Midiya, Mada və ya Maday (yun. Μηδία) — E.ə. 728-ci ildən – E.ə. 549-cu ilədək mövcud olmuş qədim dövlət, şərqdə ilk imperiya. Dövlət ilkin dövrdə tarixi Azərbaycan və ya Şimali İran ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı. Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri — madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir. Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri idi.[24][25] Midiya (Maday, Matay, Amaday) adına ilk dəfə e.ə. IX əsr qaynaqlarında rast gəlinmişdir. Midiya ərazisi e.ə. IX-VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən idarə edilirdi. Mannanın Gizilbunda vilayəti hər iki ərazinin sərhəddini təşkil edirdi


redaktə  

Seçilmiş şəkil


Blue Mosque of Tabriz.jpg
Təbrizin Göy məscidi


redaktə  

Seçilmiş şəxsiyyət

Səttar xan — İranda Məhəmmədəli Şah hakimiyəti diktaturasına qarşı Məşrutə inqilabının görkəmli xadimi, xalq qəhrəmanı. Səttar xan 1866-cı ildə İranın Cənubi Azərbaycan bölgəsinin Qaradağ vilayətinin Bişək kəndində tacir ailəsində anadan olmuşdur. 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatı Səttar xanı böyük sərkərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbrizin Əmirxiz mahalının azadlıq fədailərinə rəhbərlik edən Səttar xan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı və şücaəti ilə azadlıq fədailərinin sevimli sərkərdəsinə çevrilir.


redaktə  

Xarici keçidlər



redaktə  

Təqvim

May


redaktə  

Tarixə nəzər

Səfəvilər İmperiyası,Səfəvilər Dövləti1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, cənubi Türkmənistan və şərqi Türkiyə ərazilərini əhatə etmiş, Azərbaycanın varisi olduğu tarixi Azərbaycan dövləti. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan Qızılbaşlar ordusunun nüvəsini türkdilli tayfalar təşkil etmişdir. Səfəvilər dövləti həmçinin müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır. Dövlətin adı onu idarə edən sülalə ilə bağı olaraq "Səfəvilər dövləti" və ya sonradan ərazisinin xeyli genişlənmsi səbəbilə Səfəvilər İmperiyası adlandırılmışdır.


redaktə  

Mədəni irsi

Seyid Həmzə türbəsiTəbriz şəhərində müqəddəs məkan və memarlıq abidəsi. Təbrizin müqəddəs sayılan yerlərindən biri də Seyid Həmzə türbəsidir. Seyid Həmzə İmam Museyi Kazımın nəslindəndir. Tarixi mənbələrdə qeyd olunur ki, Seyid Həmzə Sultan Mahmud Qazan xan zamanı böyük məqam sahibi - şahın vəziri idi. Casuslar Seyid Həmzəni şaha çuğulladıqlarından şah onun ölümünə fitva vermişdi. Deyilənlərə görə, hələ qədim zamanlardan kim bura pənah gətirsəymiş, onun günahı bağışlanarmış. Seyid Həmzənin qəbrinin üzərində Həzrət Əli tərəfindən yazıldığı söylənilən, nəfis tərtibatlı bir Quran da qoyulub. Türbənin giriş qapısında Quranın bu ayəsi yazılıb: "Varid olurlar sələmətli və əmin bir yerə". Onun yanında isə Məhəmməd peyğəmbərin "Ey qapıları açan Allah" sözləri yazılıb. Türbənin yanında bir sıra görkəmli şəxsiyyətlərin də qəbirləri var.


redaktə  

Mərhəmət

Fayl:Xocalı soyqırımı008.jpg

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım. Qətlə yetirilənlərin sayı 613 nəfər, bunlardan 63 uşaq, 106 qadın və 70 qoca olmuşdur. 8 ailə tam məhv edilmiş, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirmiş, 487 yaralının 76-sı uşaqlar olmuş, 1275 nəfər əsir alınmış, 150 nəfər itkin düşmüşdür. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.


redaktə  

Kateqoriyalar


redaktə  

Əlaqəli portallar


Error: Must specify an image in the first line.

Azərbaycan Qarabağ Qafqaz Albaniyası Azərbaycan tarixi Təbriz


Cənubi Azərbaycan Vikixəbərdə  Cənubi Azərbaycan Vikisitatda  Cənubi Azərbaycan Vikikitabda  Cənubi Azərbaycan Vikimənbədə  Cənubi Azərbaycan Vikilüğətdə  Cənubi Azərbaycan Vikiversitetdə  Cənubi Azərbaycan Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar