Portal:Coğrafiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
redaktə  

Coğrafiya

A Terra, planeta dinâmico em que vivemos.
A Terra, planeta dinâmico em que vivemos.

Coğrafiya (yun. γεωγραφία, yerin təsviri, γεια – Yer, torpaq və γραφειν – yazmaq, təsvir etmək) — təbii və istehsal ərazi komplekslərini və onların komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və ictimai coğrafiya elmlərinin vahid sistem şəklindəki birliyi.

İlk əvvəl coğrafiya Yer haqqında ensiklopedik elm olmuşdur. Diferensasiya prosesində birinci növbədə iki əsas qola ayrıldı: fiziki coğrafiya və iqtisadi coğrafiya. Bunun səbəbi həmin elimlərin öyrəndiyi obyektlərin müxtəlifliyi idi. Fiziki coğrafiya təbiət elmlərinin kəşf etdikləri qanunları rəhbər tutur, iqtisadi coğrafiya isə ictimai elmdir. İqtisadi coğrafiya ictimai istehsalat-sənayeni, kənd təsərrüfatını, həmçinin əhalini, onların yerləşməsini və istehsalat-ərazi komplekslərini öyrənir. İqtisadi coğrafiya da fiziki coğrafiya kimi ümumi və regional hissələrə ayrılır.

Coğrafiya elmləri sisteminə həmçinin kartoqrafiya daxildir. Bu elm texniki elmdir, lakin o, coğrafiyanın inkişafına səbəb olmuş, hətta bəzən onu qabaqlamışdır. Onun əsas məqsədi təbiət obyektlərinin, hadisələrinin və cəmiyyətin məkanca yerləşməsini, uyğunlaşmasını, qarşılıqlı əlaqəsini, dəyişməsini əks və tədqiq etməkdən ibarətdir.

redaktə  

Qitələr

redaktə  

Seçilmiş məqalə

Qars vilayəti (rus. Карсская область) — Cənubi Qafqazda, 3 mart (19 fevral Yuli təqvimi)  187814 sentyabr (1 sentyabr Yuli təqvimi)  1917-ci illərdə Rusiya İmperiyası, 14 sentyabr (1 sentyabr Yuli təqvimi) – 7 noyabr (25 oktyabr Yuli təqvimi) 1917–ci ildə Rusiya Respublikası, 22 aprel (9 aprel Yuli təqvimi) – 26 may 1918–ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Qars şəhəri idi. Hazırda bu ərazi Türkiyə Respublikasının əsasən ƏrdəhanQars illərinə, qismən isə Ərzurum ilinəErmənistan Respublikasının Şirak mərzinə daxildir.

redaktə  

Yaxşı məqalə

Vrangel adasıRusiyaya məxsus olan, Şimal Buzlu okeanında, Şərqi Sibir dənizi ilə Çukot dənizi arasında yerləşən ada. Ada rus dənizçisi və dövlət xadimi, XIX əsrdə yaşamış Ferdinand Pyotr Vrangelin şərəfinə аdlandırılmışdır. Vrangel şərqqərb yarımkürələrinin qovuşduğu yerdə yerləşir və 180-ci meridianla təxminən iki bərabər hissəyə bölünür. Ada Çukot yarımadasından Lonq boğazı vastəsi ilə ayrılır. Boğazın ən dar yerində məsafə 140 km təşkil edir. Herald adasından 60 km qərbdə yerləşir. Ada inzibati cəhətdən Çukotka Muxtar Dairəsinin İultinski rayonuna daxildir. Vrangel adasının ərazisində eyni adlı qoruq yaradılmışdır. Vrangel adası UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.

redaktə  

Şəxs

İbn-Bəttutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancı (24 fevral 1304-1377) — ərəb səyyah və tacir. Digər ərəb səyyahlarından fərqli olaraq, olduğu ölkələrin əhalisi ilə daha çox maraqlanmışdır. İbn-Bətutə orta əsrlərin bütün müsəlman ölkələrində, həmçinin müsəlmanların hakimiyyəti altında olan ərazilərdə yeganə səyyah olmuşdur. Onun əsas məqsədi XIV əsrin II yarısında mövcud müsəlman cəmiyyətini əsərlərində işıqlandırmaqdan ibarət idi. Ömrünün 30 ilini (1325-1354) səyahətə həsr etməklə o, coğrafiya tarixində özündən sonrakı nəsillər üçün müsəlman ölkələri haqqında möhtəşəm bir abidə qoyub getmişdir.

redaktə  

Bilirsinizmi?

redaktə  

Kateqoriyalar

redaktə  

Seçilən şəkil

redaktə  

Təbiət möcüzələri

İquasu şəlaləsi (isp. Cataratas del Iguazu, port. Cataratas do Iguaçu) — Cənubi Amerika qitəsində, Braziliya ilə Argentinanın sərhəddində, İquasu Milli Parkının ərazisində yerləşən, 1984 cü ildə UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmiş təbiət abidəsi. “Iguazu” quarani dilində “I” - su və “guasu” - böyük deməkdir. Şəlalə ətrafı ərazilərinin yerli sakinləri quaranilər və kaynqanqlar sayılırlar.

redaktə  

Bu ayda...

redaktə  

Maraqlı faktlar

Seybl adası yeganə adadır ki, hərəkət edir. Onun hərəkət sürəti ildə 200 metrdir.

redaktə  

Seçilmiş məzmun

redaktə  

Vikimediya

Coğrafiya Vikixəbərdə  Coğrafiya Vikisitatda  Coğrafiya Vikikitabda  Coğrafiya Vikimənbədə  Coğrafiya Vikilüğətdə  Coğrafiya Vikiversitetdə  Coğrafiya Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar