Portal:Tibb

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
redaktə  

"Medicus curat, natura sanat - Təbiət sağaldır, həkim kömək edir".



Tibb portalına
xoş gəlmisiniz!


redaktə  

Seçilən məqalə

Ürək (lat. cor; yun. καρδίαkardia) — döş qəfəsində yerləşən, təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzv. Ürəkətrafı ciblərlə – ürək kisəsilə əhatə olunmuşdur. Ürək kisəsinin daxilində bir neçə millilitr həcmində qan plazması xassəli maye vardır ki, bu da ürək işlərkən onun ətraf toxumalarla sürtünməsinin qarşısını alır. Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibarətdir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır. Ürəyin forması yaş, cins, bədən quruluşu, sağlamlıq və patologiya kimi amillərdən asılıdır.


redaktə  

Seçilən şəkil

Ärztliche Instrumenten 2-3 Jh.n. Chr. 3.JPG
Qədim Roma dövrünə aid tibbi alətlər, e.ə. 2-3 əsr, Dövlət antik kolleksiyası, Münhen


redaktə  

Dərman bitkiləri

Əkin keşnişi — çətirçiçəklilər fəsiləsinə aid bitki növü. Birillik ot bitkisi olub, sıra ilə düzülmüş uzun saplaqlı və yumurtaşəkilli yarpaqlara mənsubdur. Çiçək tacı çəhrayı rəngdədir. Keşniş bitkisi kök boğazı ətrafında birbirinə yaxın sıx, lakin növbə ilə düzülmüş yarpaq qrupları əmələ gətirir. Tez yetişən sortları zəif, gec yetişənləri isə qüvvəli yarpaqlar əmələ gətirir. Bitkisi silindrik, üzəri qabırğalı, torpaq səthində düz duran, yaxud dirsəkvarı buğumlu, əyilmiş gövdəli olur. Hündürlüyü şəraitdən asılı olaraq 130 sm və daha artıq olur. Xırda, bir evli, ikicinsli çiçəkləri mürəkkəb çətir Ģəklində gövdəsinin baĢında yerləĢir. Çiçəkləri ilk önсə sadə çətirli, sonra isə 3-5-ci sıralarında baş gövdə və budaqların uclarında yerləşən mürəkkəb çətir əmələ gətirir. Ləçək yarpaqları 5 ədəd, bir-birindən aralı olur. Ləçəkləri açıq-çəhrayı rəngli olanlar geniş yayılmışdır. Dişiciyi iki yuvalı, aşağı yumurtalıqlıdır və hər yuvasında bir yumurtacığı olur.


redaktə  

Dərmanlar

Morfin (yun. Μορφεύς; Μορφέας) — xaş-xaşın tərkibində olan opiumun (tiryək) əsas alkoloidi. Təbabətdə ən qüvvətli təbii ağrıkəsici kimi istifadə edilir. Morfin ilk dəfə 1804-cü ildə əczaçı Fridrix Vilhelm Adam Sertürner tərəfindən Almaniyanın Paderborn şəhərində əldə edilmişdir. Fridrix Vilhelm Adam Sertürner əldə etmiş olduğu bu maddənin adını qədim yunan mifologiyasında tanrı Hipnosun oğlu yuxugətirən tanrı Morfeyin adından götürmüşdür. 1848-ci ildə isə Avqust Lavrenti tərəfindən onun düzgün molekul formulu təyin edilmişdir. Morfin inyeksiya iynələri 1853-cü ildən tətbiq edilməyə başlanılmışdır. Amerikada vətəndaş müharibəsi dövründə geniş istifadə edilməsi nəticəsində 400 min insan "ordu xəstəliyinə" (morfin asılılığı) düçar olmuşdur. 1874-cü ildə Londonun Müqəddəs Mariya hospitalının nəzdnində olan tibb məktəbində çalışmış ingilis kimyaçısı Rayt Alder tərəfindən morfindən hal-hazırda heroin kimi tanınan diasetilmorfin sintez olunmuşdur


redaktə  

Bilirsinizmi

  • Süni qan dövranı aparatı - 1937-ci ildə amerikalı Con Gibbon ing. John Gibbon ekstrakorporal qan dövranını uğurla sınaqdan keçirmişdir.
  • Süni ürək - ilk dəfə 2 dekabr 1982-ci ildə Robert Yarvikə mənsub alm. Jarvik-7‎ modelli süni ürək Uat universitet klinikasında təqaüdçü diş həkimi Barney Klark (21 yanvar 1921 - 23 mart 1983) üzərində ürək cərrahı Uilyam De Vries tərəfindən aparılan yeddi saatlıq əməliyyat zamanı köçürülmüşdür.
  • Ebşteyn anomaliyası nadir anadangəlmə ürək qüsuru, üçtaylı qapaq anomaliyası, rastgəlmə tezliyi digər anadangəlmə ürək qüsurları ilə müqayisədə 1%-dir.
  • Fallo tetradasının yeganə müalicəsi cərrahi yolladır.
  • Spermatozoidin sürəti 0,1 mm/san və ya təqribən saatda 30 sm-dir. Insanda eyakulyasiyalı koitusdan 1-2 saat sonra spermatozoidlər uşaqlıq borularının, mayalanmanın baş verdiyi, ampulyar hissəsinə yetişmiş olurlar. İnsanın orqanizmində spermatozoidlər qeyri aktiv formada olurlar. Onların aktivliyi prostat şirəsinə qarışdıqdan sonra oradakı fermentlərin təsirindən baş verir. Onların qadın cinsiyyət yolundakı hərəkəti müstəqil şəkildə, maye axınının əks istiqamətində olur. Mayalanma üçün spermatozoid 20 sm məsafə (servikal kanal - 2 sm, uşaqlıq boşluğu - 5 sm, uşaqlıq boruları - 12 sm) qət etməlidir. İnsan orqanizmində spermotozoidlər yetişdiyi gündən başlayaraq 30-64 gün həyat qabiliyyətli olurlar. Eyakulyasiyadan sonra mühitdən asılı olaraq 24 saat sağ qala bilirlər. Uşaqlıq dəhlizində spermatozoidlər bir neçə saata məhv olurlar. Uşaqlıq boynunda, uşaqlıqdauşaqlıq borusunda 3 günə qədər sağ qala bilirlər.
  • Dalaq qanyaradıcı üzvlərin ən böyüyüdür; uzunluğu 10-12 sm, eni sm, qalınlığı 4 sm, çəkisi 150-200 q-dır. Zahiri şəkli qəhvə toxumuna bənzəyir, özü yumşaq və rəngi tünd qırmızıdır.
  • Akonit (lat. Aconítum, yun. Aconae - ox, oxlu) çoxillik, lat. Ranunculaceae fəsiləsindən olan zəhərli bitki, Yunan mifologiyasına görə bu bitki, Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən göyərmişdir. Bu hadisə Akoni şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır.
  • Yetkin şəxsin canlı sümüyü kimyəvi tərkibcə 50%-i su, 28%-i üzvi və 22%-i qeyri-üzvi maddədən ibarətdir. Maserasiya olmuş (yağı alınmış, yumşaq toxumalardan ayrılmış qurudulmuş) sümük 33,3%-i üzvi və 66,7%-i qeyri-üzvi maddədən ibarətdir.


redaktə  

Tibbin şöbələri

A

C

D

E

F

G

H

İ

K

Q

L

M

N

O

P

R

S

T

U

Ü

V


redaktə  

Tibbi indekslər: Xəstəliklər • Simptomlar • Sindromlar • Dərmanlar • Terminlər • Müdaxilələr • Ləvazimatlar

0–9 A B Ç C D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


redaktə  

Hippokrat andı

Apollona - loğman Asklep, HigeyaPanakeya və bütün tanrıların şahidliyində and içirəm ki, verdiyim sözə və götürdüyüm öhdəliklərə gücüm və dərrakəm çatdığı qədər əməl edəcəyəm: bu sənətdə müəllimimi valideynlərim kimi tanıyacağam, qazandığımı onunla bölüşəcək və ehtiyaclarında ona köməkçi olacağam; onun övladlarını özümə qardaş bilib, öyrənmək istədikləri təqdirdə onlara bu sənəti bir ödəniş və ya sənəd almadan öyrədəcəyəm; şifahi dərsləri və təbabət biliklərini öz və müəllimimim övladlarına və ancaq təbabət qaydalarına sadiq və həkim andı içən şagirdlərimə öyrədəcəyəm. Bunlardan başqa bir kimsəyə öyrətməyəcəyəm. Gücüm çatdığı qədər müalicəmi heç bir vaxt pislik üçün deyil kömək üçün istifadə edəcəyəm. Məndən istifadə üçün zəhər istəyənə onu verməyəcəyim kimi, belə bir hərəkət tərzini belə tövsiyə etməyəcəyəm. Bunun kimi bir hamilə qadına uşaq salması üçün kömək etməyəcəyəm. Həyatımı, sənətimi tərtəmiz bir şəkildə istifadə edəcəyəm. Sidik kisəsi daşından əziyyət çəkənləri yarmayacaq və onları bu işlə məşğul olanlara həvalə edəcəyəm. Hansı evə daxil olaramsa, ancaq xəstənin xeyrini düşünəcəyəm, qəsdli olan bütün pisliklərdən qaçacağam, istər azad istər kölə olsun, kişi və qadınların bədənini sui-istifadə etməkdən çəkinəcəyəm. İstər sənətimin icrası, istərsə də sənətim xaricində insanlarla münasibətdə baş verənləri, görüb eşitdiklərimi bir sirr olaraq saxlıyacağam və kimsəyə açmayacağam. Andıma sadiq olaramsa qoy həyatımda və sənətimdə nəsibim xoşbəxtlik və insanların rəğbəti, olmaramsa bunun əksi olsun.

Məqaləni oxu...



redaktə  

Təqvim


redaktə  

Mərhəmət

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım. Qətlə yetirilənlərin sayı 613 nəfər, bunlardan 63 uşaq, 106 qadın və 70 qoca olmuşdur. 8 ailə tam məhv edilmiş, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirmiş, 487 yaralının 76-sı uşaqlar olmuş, 1275 nəfər əsir alınmış, 150 nəfər itkin düşmüşdür. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.


redaktə  

Kateqoriyalar


redaktə  

Əlaqəli portallar


Tibb Vikixəbərdə  Tibb Vikisitatda  Tibb Vikikitabda  Tibb Vikimənbədə  Tibb Vikilüğətdə  Tibb Vikiversitetdə  Tibb Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar