Qaziantep Püstə Muzeyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qaziantep Püstə Muzeyi
Xəritə
Əsası qoyulub 2018
Açılış tarixi 21 sentyabr 2018
Mövzu əsl püstə
Ölkə
Yerləşir Qaziantep
37°03′30″ şm. e. 37°20′31″ ş. u.

Qaziantep Püstə Muzeyi (türk. Gaziantep Fıstık Müzesi) – Türkiyənin Qaziantep şəhərində yerləşən və püstəyə həsr olunmuş muzey. Dünyada püstəyə həsr olunmuş ilk və yeganə muzeydir.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Püstə Qaziantep coğrafiyası üçün əsas kənd təsərrüfatı məhsulu hesab olunur. Türkiyədə püstə yetişdirməklə məşğul olan əsas vilayət Qaziantepdir. Muzey püstənin Qaziantep tarixində və iqtisadiyyatındakı əhəmiyyətini əks etdirmək, eləcə də, Antep püstəsini dünyaya tanıtmaq məqsədilə Qaziantep Böyükşəhər Bələdiyyəsi tərəfindən 2018-ci ildə inşa edilmiş, 21 sentyabr 2018-ci ildə açılmışdır.[2][1][3]

Muzeyin fəaliyyətinin ilk 5 ili ərzində 180 min nəfər tərəfindən ziyarət edilmişdir. Muzey 2019-cu ildə Tarixi Şəhərlər Birliyi tərəfindən "Yaşayan muzey" mükafatına layiq görülmüşdür.[1][3]

Xüsusiyyətlər[redaktə | mənbəni redaktə et]

Püstə Araşdırmaları İnstitutunun ərazisində yaradılmış Püstə Parkında yerləşən və püstə formasında dizayn edilmiş muzey 9 bölmədən ibarətdir: püstənin tarixi, yetişdiyi bölgələr, püstə cinsinə daxil olan digər bitkilər, texniki göstəricilər, biçin prosesi, püstənin növləri, qida dəyərləri, tətbiq sahələri və şifahi tarix.[2] Muzeydə püstənin emal prosesi mexatronik heykəllərlə nümayiş etdirilir. Püstə istehsalçıları, biznesmenləri və alimlər ilə birlikdə hazırlanan şifahi xalq araşdırmaları da muzeyin eksponatlarından biridir.[4] Burada Qaziantepdə yetişdirilən 10 püstə növünün hamısı sərgilənir.[1] Muzeyin bağçasında müxtəlif püstə ağacları əkilmişdir.[5] Muzeydə turistlərə pulsuz terenbit püstəsi qəhvəsi servis olunur.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 "Dünyanın ilk ve tek fıstık müzesi Gaziantep'te". Habertürk (türkcə). 14 sentyabr 2023. 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2024.
  2. 1 2 "Gaziantep Fıstık Müzesi". Mədəniyyət və Turizm Nazirliyi (Türkiyə) (türkcə). 9 aprel 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2024.
  3. 1 2 3 "TKB'den Fıstık Müzesi'ne ödül". Pusula Gazetesi (türkcə). 18 avqust 2019. 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2024.
  4. "Fıstık Müzesi". Gaziantep Büyükşehir Belediyesi (türkcə). 4 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2024.
  5. "Dünyanın ilk ve tek fıstık müzesi Gaziantep'te". TRT Haber (türkcə). 26 noyabr 2020. 9 aprel 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2024.