Rəfail Əlizadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rəfail Əlizadə
Rəfail Həsənalı oğlu Əlizadə
Doğum tarixi
Doğum yeri Cəbrayıl
Vətəndaşlığı Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Həsənalı Əlizadə
Elm sahəsi Riyaziyyat
Elmi adı professor
İş yeri ADA Universiteti
Təhsili Lomonosov adına Moskva Dövlət Universiteti
scholar.google.se/citati…

Rəfail Həsənalı oğlu Əlizadə — Riyaziyyat elmlər doktoru, professor

Həyatı[redaktə | mənbəni redaktə et]

1956-cı ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Ailəlidir, 3 övladı var.

Təhsili[redaktə | mənbəni redaktə et]

1963–1973-cü illərdə Cəbrayıl şəhər Maksim Qorki (indiki Mehdizadә) adına mәktәbdә oxumuşdur. Azərbaycan Respublikası Riyaziyyat olimpiadalarında 1971-ci ildə qızıl, 1972-ci ve 1973-cü illərdə gümüş medal almışdır. 1972-ci ve 1973-cü illərdə Rusiyada nəşr olunan "Kvant Populyar Riyaziyyat və Fizika" jurnalının məsələlər guşəsinin qaliblərindən olmuşdur. 1973–1978-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsində təhsil almış, sonradan bu təhsil müəssisəsində aspiranturada da oxumuşdur.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1978–1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda, 1990–1993-cü illərdə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində elmi və pedaqoji fəaliyyətini davam etdirmişdir. 1994–2022-ci illəri arasında Türkiyənin İzmir şəhərindəki ingilisdilli ali təhsil müəssisələrində dərs vermişdir: 1994–2000-ci illərdə Dokuz Eylül Universitetində, 2001–2010-cu illərdə İzmir Yüksək Texnologiya İnstitutunda və 2010–2022 illərdə özəl Yaşar Universitetində professor vəzifəsində fəaliyyət göstərmişdir. 2023-cü ilin yanvar ayında Azərbaycana dönmüş və hazırda ADA universitetində elmi və pedaqoji fəaliyyətinə davam etməkdədir. 28 magistr, 10 elmlər doktoru işinə elmi rəhbərlik etmişdir. Aralarında İngiltərə, İraq, NigeriyaPakistan vətəndaşları da olan yetişdirdiyi şagirdləri arasında 5 professor və 4 dosent var. Təhsildəki prinsipinin belə ifadə edir: "Quyuya su tökmək deyil, quyunun özünün su verməsini təmin etmək". Hədəfi, fəaliyyət göstərdiyi hər sahədə özündən daha yaxşı mütəxəssis yetişdirməkdir. Üç kitab ve çox sayda beynəlxalq səviyyəli jurnallarda nəşr olunmuş elmi məqalənin müəllifidir. Ünal Ufuktepe ilə birlikdə hazırladığı, keçən il beşinci nəşri çap olunan "Sonlu Matematik" dərsliyi Türkiyədə və Azərbaycanda olimpiadalara hazırlaşan şagirdlərin başucu kitaplarındandır. Çoxsaylı beynəlxalq konfranslarda (bunlardan bəzilərində dəvətli məruzəçi olaraq) iştirak etmişdir. Türkiyə Milli komandasının Beynәlxalq Riyaziyyat Olimpiadasına (International Mathematics Olympiad, IMO) hazırlıq kamplarında dərs verən müəllimlərdin biridir. Bəzi illərdə Azərbaycan milli komandasının IMO-ya hazırlanmasında da iştirak etmişdir. Bir çox beynəlxalq yarışmalarda Türkiyə milli komandasının lideri olmuşdur. Bilavasitə hazırlaşdırdığı şagirdlər (bunların arasında Türkiyənin IMO’da ilk qızıl medal alan məktəblisi də var) IMO-da 4 qızıl və çox sayda gümüş medal almışlar. Türkiyədə 30 ildən çox yayınlanan "Matematik Dünyası" populyar riyaziyyat jurnalında 2001-dən bəri "Problemler ve Çözümler" guşəsinin aparıcısıdır. Türkiyədə Ali Nesindən sonra dərgidə ən çox yazısı olan ikinci yazardır. TÜBİTAK’ın lisey müəllimləri üçün təşkil etdiyi riyaziyyat olimpiadası kurslarının həm koordinatoru, həm də müəllimi olmuşdur. Nəsirəddin Tusinin adı verilən bu kurslarda yetişən müəllimlər indi Türkiyənin aparıcı liseylərində şagirdləri riyaziyyat olimpiadalarına hazırlaşdırırlar. Türkiyə Riyaziyyat Yarışmasının və Türkiyədə keçirilən bir çox riyaziyyat olimpiadalarının münsiflər heyətinin üzvüdür. Xüsusiylə pandemiya zamanında bir çox universitet və liseylərdə populyar riyaziyyat mövzularında online mühazirə oxumuşdur. Amerika Riyaziyyat Cəmiyyətinin (American Mathematical Society) "Mathematical Reviews" jurnalının rəyçisi olmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://en.wikipedia.org/wiki/International_Mathematical_Olympiad
  2. https://tr.wikipedia.org/wiki/Matematik_D%C3%BCnyas%C4%B1
  3. https://www.turkiyematematikyarismasi.com/
  4. https://en.wikipedia.org/wiki/American_Mathematical_Society
  5. https://en.wikipedia.org/wiki/Mathematical_Reviews