Radiallahu anhu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

RadiAllahu anhu (Ərəbcə: رضي الله عنه) kişilərə aid edilərək Allah ondan razı olsun deməkdir. Qadına "RadiAllahu anhə", onlardan razı olsun kimi "RadiAllahu anhum" kəlməsi işlədilir. Sünnilər Muhəmməd peyğəmbərin ﷺ səhabələri haqqında danışanda "Allah on(lar)dan razı olsun" deyirlər. Tövbə surəsinin 100-cü ayəsində ilk hicrət edən mühacirlərə enən ayədə "RadiAllahu anh" kəliməsi keçir.

"Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur." (Tovbə surəsi 100)