Rauf İsmayılov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Rauf İsmayılov
Doğum tarixi 28 iyun 1957(1957-06-28)
Doğum yeri
Vəfat tarixi 14 aprel 2021(2021-04-14) (63 yaşında)
Fəaliyyəti rəssam
Təhsili
Mükafatları "Humay" mükafatı — 2002 "Soltan Məhəmməd" mükafatı — 2005

Rauf Əbdülhüseyn oğlu İsmayılov (28 iyun 1957, Mingəçevir14 aprel 2021) — Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Reklamçılar İttifaqının üzvü, keçəçi rəssam, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi.

1957-ci ildə Mingəçevir şəhərində anadan olub. 1974–1976-cı illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, 1980–1986-cı illərdə Muxina adına Sankt-Peterburq Rəssamlıq İnstitutunun hazırlıq şöbəsində, 1986–1991-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin rəssamlıq fakültəsində təhsil alıb.

Keçədən hazırlanan yüzlərlə əsərin müəllifi olan Rauf İsmayılov "Ana məhəbbəti", "Hünər meydanı", "Fəryad", "Gəl rəqs edək", "Gecə görüntüləri", "Qurtuluş", "Məhəbbət sorağında", "Tənha ağac" və s. əsərlərin müəllifidir. 2002-ci ildə "Humay" milli mükafatına, 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqının təsis etdiyi Soltan Məhəmməd adına xüsusi mükafata, 2005–2006-cı illərdə İran İslam Respublikasının, 2006-cı ildə Alman səfirliklərinin xüsusi diplomlarına layiq görülüb. 2006-cı ildə Bakı şəhərində "Həyatın bir anı", 2009-cu ildə "Ulu sənət", 2010-cu ildə "Ulu xalq – ulu sənət" adlı fərdi sərgiləri təşkil olunmuşdur.