Seyidbəyli (Xocalı)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Seyidbəyli
39°59′05″ şm. e. 46°41′42″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 958 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Seyidbəyli xəritədə
Seyidbəyli
Seyidbəyli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seyidbəyli (əvvəlki adı: Seyidişen) — Azərbaycan Respublikasının Xocalı rayonunun Seyidbəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Seyidişen kəndi Seyidbəyli kəndi adlandırılmışdır.[1] 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Seyidbəyli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.

Seyidbəyli kəndi Qarabağ silsiləsindədir. XIX əsrin əvvəllərində köçüb gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra kəndi Seyidişen adlandırmışdılar. 1992-ci ildə kəndin keşmiş adı bərpa edilmişdir. Oykonim Seyidbəy adlı şəxsin adı ilə bağlıdır. Ərazidə eyniadlı çay da var.[2] Ermənilər tərəfindən kənd Xaçın adlandırılır.

2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Seyidbəyli kəndinin əhalisinin faktiki sayı 352 nəfər, qeydiyyatdakı əhalinin sayı 369 nəfər təşkil edirdi[3].

  1. "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  2. Seyidbəyli (Xocalı) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. İnzibati-ərazi bölgüsü və cinsinə görə azırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine — səh. 1