Tuçi xaqan

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Tuçi xaqan
阿史那俀子
693 – 700
ƏvvəlkiCuçi xaqan
Şəxsi məlumatlar
Vəfat tarixi ?
Atası Aşina Yuankin
Dini Tenqriçilik

Tuçi xaqanAşina sülaləsindən şahzadə, xaqanlığa iddiaçı.

Aşina Yuankinin oğlu idi. Atasının edamından sonra üsyana başlamışdı. Həmin il özünü Ton Yabqu Xaqan adı ilə xaqan elan etdi.

692-ci ildə Tibet ordusundan dəstək alan xaqan Trinrinq Tsendro, Taqu Risum və Qar Tsenyen Qunqton adlı üç qardaş sərkərdə ilə birlikdə Çinin hücumlarına qarşı mübarizə aparmağa başladı. 694-cü ildə Vanq Hsiaoçi rəhbərliyindəki Çin ordusu Tibetliləri bir daha məğlub etdi və xaqan Tibetə qayıtmalı oldu.

700-cü ildə Tuçi xaqan Tibetdən çıxaraq İkinci Göytürk Xaqanlığına getdi.