Vaqif Fərzəliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vaqif Fərzəliyev
Doğum tarixi 19 dekabr 1939(1939-12-19) (84 yaş)
Doğum yeri
Elm sahəsi kimya
Elmi dərəcəsi
Elmi adları
İş yeri
Üzvlüyü
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2009 Azərbaycan Respublikasının Dövlət Mükafatı — 2024 XTNS qızıl medalı — 1971 XTNS qızıl medalı — 1977 XTNS bürünc medalı — 1981
"Şərəf" ordeni — 2019 "Şöhrət" ordeni — 2005 "Əmək veteranı" medalı — 1987 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Əmək igidliyinə görə" medalı — 1986 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

Vaqif Məcid oğlu Fərzəliyev (19 dekabr 1939, Bakı) — kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, professor, kimya elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar elm xadimi(2009), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2024).[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Vaqif Fərzəliyev 1939-cu il dekabrın 19-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 189 saylı məktəbdə aldıqdan sonra, 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) Kimya fakültəsinə qəbul olunub. Elmi-tədqiqat işinə hələ tələbə ikən maraq göstərən Vaqif Fərzəliyev birinci kursda Tələbə Elmi Cəmiyyətinə üzv olmuş və "Duz-su sisteminin analizi" mövzusunda elmi işlər aparmışdır. İkinci kursda oxuyarkən TEC-in sədri seçilmiş və neft kimyası sahəsində ilk tədqiqatlarını aparmağa müvəffəq olmuşdur. Lenin təqaüdçüsü V. Fərzəliyevin əldə etdiyi elmi nəticələr uğurlu olduğundan 1962-ci ildə "ADU-nun elmi xəbərləri" məcmuəsində məqalə halında dərc edilmişdir.

1963-cü ildə Azərbaycan Dövlət Universitetini qırmızı diplomla bitirdikdən sonra təyinatla Azərbaycan Neft-Kimya Prosesləri İnstitutuna göndərilib, həmin il aspiranturaya daxil olub. 1968-ci ildə "Sürtkü yağlarına polimer aşqarların sintezi və tədqiqi" mövzusunda namizədlik dissertasiya mövzusu müdafiə etmişdir. 1986-cı ildə "Sürtkü yağlarına yüksək təsirli kükürdlü aşqarların işlənib hazırlanmasının elmi əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsi, 1987-ci ildə isə professor elmi adını almışdır.

Vaqif Fərzəliyev aşqarlar kimyası elminin inkişafı sahəsindəki uğurlarına görə 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. 1967–1987-ci illər ərzində AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik və böyük elmi işçi, "Sürtkü yağlarına polimer aşqarlar" laboratoriyası müdirinin müavini, "Aşqarların sintezi və təsir mexanizminin elmi əsasları" laboratoriyasının rəhbəri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. 1987-ci ildə Aşqarlar Kimyası İnstitutuna direktor əvəzi təyin edilib, növbəti ildə isə institutun kollektivi tərəfindən direktor seçilib. 2007–2013-cü illərdə AMEA RH-ın akademik-katibi vəzifəsində çalışıb.

Vaqif Fərzəliyev 2019-cu ildə qərargahı Belarus Respublikasi Milli Elmlər Akademiyasında yerləşən Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının "Neft Kimyası" Elmi şurasının üzvü seçilmişdir.

Elmi dərəcələri və elmi adları[redaktə | mənbəni redaktə et]

Vaqif Fərzəliyev 1968-ci ildə "Neft kimyası" ixtisası üzrə kimya elmləri namizədi (kimya üzrə fəlsəfə doktoru), 1986-cı ildə isə həmin ixtisas üzrə kimya elmləri doktoru elmi dərəcəsini almışdır. O, 1974-cü ildə "Neft kimyası" ixtisası üzrə baş elmi işçi (dosent), 1987-ci ildə isə həmin ixtisas üzrə professor elmi adına layiq görülmüşdür. Vaqif Fərzəliyev 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. O, 2018-ci ildə Böyük Britaniyanın Oksford Akademik Birliyinin, 2022-ci ildə isə Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Neft kimyasıüzvi kimya sahəsində alim olan Vaqif Fərzəliyevin elmi fəaliyyətinin əsas istiqaməti müxtəlif təyinatlı sürtkü yağlarına, yanacaq və yağlayıcı-soyuducu mayelərə müxtəlif funksional təsirə malik yeni aşqarların sintezi, yüksək təsirə malik aşqarların məqsədyönlü sintezinin elmi əsaslarının yaradılması məqsədilə onların təsir mexanizminin, həmçinin tərkibi, quruluşu və funksional təsiri arasındakı asılılığın öyrənilməsi, yaradılmış aşqarlar əsasında yüksək keyfiyyətli sürtkü və yanacaq kompozisiyalarının, habelə yağlayıcı-soyuducu mayelərin yaradılması və istehsalata tətbiqi təşkil edir.

Vaqif Fərzəliyev ilk dəfə olaraq oksidləşmənin kombinə təsirə malik inhibitorları olan fenolların, naftolların və aromatik aminlərin kükürdlü törəmələrinin antioksidləşdirici təsir mexanizmini müəyyənləşdirmişdir. Karbohidrogenlərin oksidləşməsi prosesinin kombinə təsirə malik antioksidləşdirici aşqarlarla inhibitləşməsinin elementar reaksiyalarının kinetik qanunauyğunluqları və kəmiyyət xarakteristikaları müəyyənləşdirilmişdir. Nəzəri tədqiqatların nəticələri əsasında sürtkü yağlarına və yanacaqlara yüksək təsirə malik yeni nəsil antioksidləşdirici aşqarlar sintez edilmiş, antioksidantların səmərəli sinergetik kompozisiyaları işlənilmişdir. Bu tədqiqatlar ona yeni elmi istiqamətin – kombinə təsirli antioksidləşdirici aşqarların işlənilməsinin elmi əsasının yaradılması və inkişaf etdirilməsinə imkan vermişdir. Antioksidantlar sahəsində elmə və tətbiq təcrübəsinə verdiyi töhfələrə görə Vaqif Fərzəliyev 2009-cu ildə Rusiya Elmləri Akademiyasının təsis etdiyi "Akademik N. M. Emanuelin xatirəsi" medalı və diplomla təltif edilmişdir.

Vaqif Fərzəliyev tədqiqatlarının bir bölümü yeyilməyə və siyrilməyə qarşı kükürdlü aşqarların sintezi və təsir mexanizminin öyrənilməsinə həsr edilmişdir. O, ilk dəfə olaraq tiiran birləşmələrin yeyilməyə və siyrilməyə qarşı yüksək təsirli aşqarlar olmasını elmi surətdə əsaslandırmaqla irəlicədən söyləmiş və praktiki olaraq üzə çıxarmış, onların funksional təsir mexanizmini öyrənmişdir. Bunlar isə ona xarici analoqlardan bəzi xassələrinə görə üstün olan yeyilməyə və siyrilməyə qarşı bir sıra tiiran tipli aşqarları yaratmağa imkan vermişdir.

Vaqif Fərzəliyev sürtkü yağlarına özlülük, dispersləyici və çoxfunksiyalı polimer aşqarların sintezi, tədqiqi, texnologiyasının işlənilməsi və tətbiqi sahəsində böyük həcmli elmi-tədqiqat işləri aparmışdır. Bunlardan dispersləyici və çoxfunksiyalı aşqarların işlənilməsi sahəsindəki tədqiqatlar xüsusilə diqqətəlayiqdir. O, SSRİ-də ilk çoxfunksiyalı təsirə malik polimer aşqarlarını (ИХП-361, ИХП-388, ИХП-476 və s.) yaratmışdır. Bunlar sürtkü yağlarının eyni vaxtda bir neçə xassəsini, məsələn, özlülük-temperatur, yuyucu-dispersləyici, korroziyaya, oksidləşməyə və yeyilməyə qarşı xassələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Həmçinin polimer aşqarların bir çox növlərinin sintezi reaksiyalarının qanunauyğunluqları müəyyənləşdirilmişdir. Vaqif Fərzəliyevin yaratdığı ИХП-388 çoxfunksiyalı polimer aşqar və onun əsasında işlənilmiş bir sıra motor yağları SSRİ Dövlət Komissiyası tərəfindən istehsala və tətbiqə buraxılmışdır.

Vaqif Fərzəliyevin sintetik yağlara aşqarların, eləcə də xüsusi texnikada istifadə edilən sintetik sürtkü kompozisiyalarının işlənilməsinə dair tədqiqatları da praktiki əhəmiyyətə malikdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra əvvəlki illərdə respublikamıza kənardan gətirilmiş sürtkü yağlarını əvəz etmək üçün Aşqarlar Kimyası İnstitutunda Vaqif Fərzəliyevin rəhbərliyi ilə qısa müddətdə Bakı baza yağları və mövcud aşqarlar əsasında müxtəlif təyinatlı, o cümlədən xüsusi təyinatlı sürtkü yağları yaradılmış və onların istehsalı sənaye və təcrübi-sənaye miqyasında təşkil edilmişdir. Vaqif Fərzəliyevin rəhbərliyi ilə Aşqarlar Kimyası İnstitutu AMEA-nın Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən AMEA-nın Təcrübə-Sənaye Zavodunun inkişafı üçün böyük elmi-texniki işlər yerinə yetirmişdir. Təcrübə-Sənaye Zavodunun fəaliyyətini gücləndirmək üçün institut tərəfindən zavodda müxtəlif təyinatlı sürtkü yağları və sürtkülərin yaradılması, istehsalının təşkili, istehsal və istehlakını təmin edən normativ-texniki sənədlərin işlənməsi, təcrübi sınaqların aparılması sahəsində elmi və praktiki işlər yerinə yetirilir. Belə ki, institutun elmi-texniki yardımı ilə Təcrübə-Sənaye Zavodunda onlarla yeni sürtkü materiallarının istehsalı təşkil edilmişdir.

Vaqif Fərzəliyevin bilavasitə rəhbərliyi ilə yaradılmış "Depressator – AKİ" aşqarı institutun "Aşqar" Elmi İstehsalat Birliyində istehsal olunaraq yüksək parafinli neftlərin (Qazaxıstan və Türkmənistandan Sanqaçal terminalına daxil olan neftlər) Bakı-Ceyhan boru xətti ilə uzaq məsafəyə ötürülməsində istifadə olunur. "Depressator– AKİ" "Məxfi" qriflə Azərbaycan patenti (İ 2016 05M) ilə müdafiə olunmuşdur.

Vaqif Fərzəliyevin rəhbərliyi ilə ekoloji gərginlik yaradan işlənmiş sürtkü yağlarının unikal regenerasiya texnologiyası işlənib hazırlanmış və regenerasiya məhsulu əsasında bir sıra sürtkü kompozisiyalar yaradılmışdır. İşlənmiş sürtkü yağlarının yaradılmış regenerasiya texnologiyası "Məxfi" qriflə Azərbaycan patenti (İ 2016 03M) ilə müdafiə olunmuşdur.

Vaqif Fərzəliyev "Fizioloji fəal birləşmələrin sintezi və tədqiqi" elmi istiqamətin rəhbəri kimi böyük elmi uğurlar əldə etmişdir. Qeyd olunan mövzunun icrası nəticəsində bir sıra yüksək təsirli fizioloji fəal üzvi birləşmələr sintez edilmiş və onların canlı orqanizmdə baş verən bir sıra patoloji proseslərin (bədxassəli şiş, mədə traktı, tənəffüs yollarının iltihabı, Alzheimer xəstəliyi və s.) qarşısını alması müəyyən edilmişdir. Bu istiqamətdə Türkiyənin Atatürk Universiteti, İtaliyanın Florensiya Universiteti və Səudiyyə Ərəbistanının Kral Saud Universiteti ilə apardığı müştərək elmi tədqiqat işlərinin nəticələri "Web of Science" bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda çap olunmuşdur.

Vaqif Fərzəliyevin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri ölkənin müdafiə qüdrətinin yüksəldilməsinə yönəlmiş elmi tədqiqat işləridir. SSRİ dövründə Aşqarlar Kimyası İnstitutu tərəfindən bir sıra xüsusi təyinatlı sürtkü yağları yaradılmış və istehsalı təşkil olunmuşdur. Bu yağlardan biri də Ukraynanın Xarkov şəhərində yerləşən "Завод им. В. О. Малышева"da istehsal olunan T-80 markalı tankda istifadə edilən xüsusi təyinatlı yüksək gücə malik dizel mühərriki üçün yaradılmış М-16ИХП-3 motor yağıdır. ИХП – Aşqarlar Kimyası İnstitutunun rusca qısa adıdır (Институт Химии Присадок). Azərbaycan suverenlik əldə etdikdən sonra Vaqif Fərzəliyevin rəhbərliyi ilə Bakı baza yağları və mövcud aşqarlardan istifadə edərək М-16ИХП-3 motor yağının və digər xüsusi təyinatlı sürtkü yağlarının analoqları yaradılmış, istehsalı institutun nəzdində fəaliyyət göstərən "Aşqar" Təcrübə İstehsalı ilə Xüsusi Texnoloji Büroda (indiki "Aşqar" Elmi İstehsalat Birliyi) təşkil edilmiş və 100 tonlarla Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim edilmişdir. Qeyd olunan xüsusi təyinalı motor yağları Birinci Qarabağ müharibəsində də istifadə olunurdu. "Завод им. В. О. Малышева" yeni nəsil xüsusi təyinatlı yüksək gücə malik dizel mühərrikinin yaradılması ilə əlaqədar zavod nümayəndələri 2019-cu ildə Aşqarlar Kimyası İnstitutuna ezam olunmuş və yeni mühərrikin tələblərinə uyğun, М-16ИХП-3 motor yağına nisbətən daha yüksək keyfiyyətə malik yeni motor yağının yaradılmasını müzakirə etmişlər. Vaqif Fərzəliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə qısa müddətdə qoyulmuş tələblərə uyğun yeni yüksək keyfiyyətli motor yağı yaradıldı və bu yağ М-16ИХП-3у adlandırıldı ("у" – rusca улучщенное, yəni yaxşılaşdırılmış sözünün baş hərfidir). Yaradılmış М-16ИХП-3у motor yağı "Завод им. В. О. Малышева"da geniş sınaqlar üçün tələb olunan miqdarda təcrübi nümunəni almaq üçün yağın texniki şərtləri işlənildi, Azərbaycan Standartlaşdırma İnstitutu PHŞ-də qeydiyyatdan keçirildi (TŞ AZ1500051.083–2021) və istehsalı AMEA-nın Təcrübə-Sənaye Zavodu MMC-də təşkil edildi. "Завод им. В. О. Малышева"da bir neçə mühərrikdə aparılmış stend sınaqları nəticəsində yaradılmış М-16ИХП-3у motor yağının yüksək keyfiyyətə malik olması müəyyən edilmiş və yeni nəsil dizel mühərrikində istifadə üçün tövsiyə edilmişdir. Xüsusi təyinatlı М-16ИХП-3у motor yağı "Məxfi" qriflə Azərbaycan patenti (İ 2021 01M) ilə müdafiə olunmuşdur. Yaradılmış xüsusi təyinatlı М-16ИХП-3у motor yağı Azərbaycan Respublikası Müdafiə Nazirliyində mövcud tankların mühərriklərində müəyyən edilmiş proqram üzrə praktiki sınaqlardan uğurla keçmiş və sınaqların nəticələrinə əsasən sınaq komissiyası М-16ИХП-3у markalı motor yağının tank mühərriklərində istifadəsini məqsədəuyğun hesab etmişdir. Qeyd etmək lazımdır ki, Vaqif Fərzəliyevin rəhbərliyi ilə yaradılmış М-16ИХП-3у motor yağı istismar xassələrinə görə nəinki öz sələfi olan М-16ИХП-3 motor yağından, həmçinin aparıcı xarici ölkələrdə bu məqsədlə geniş istifadə olunan CF-2 motor yağından da üstündür. Elə ona görə də М-16ИХП-3у motor yağı Pakistanın Müdafiə Nazirliyinin marağını doğurmuşdur. Bir sözlə, Vaqif Fərzəliyevin xüsusi təyinatlı sürtkü yağlarının yaradılması istiqamətində apardığı elmi-tədqiqat işlərinin nəticələri təkcə ölkəmizin strateji məhsullara olan tələbatının ödənilməsi və müdafiə qüdrətinin yüksəldilməsinə deyil, həm də müştərək əməkdaşlıq edilən dost və qardaş ölkələrin iqtisadi inkişafına və müdafiə qüdrətinin yüksəldilməsinə müəyyən töhfə vermiş olur. Xüsusən də o ölkələrin strateji məhsullarla təchizat məsələsi meydana gəldikdə, Azərbaycanla analoji problemləri yaşayan və 44 günlük Vətən Müharibəsi zamanı bizi tək qoymayan Türkiyə, Pakistan, Ukrayna kimi qardaş və dost ölkələr üçün bu faydanın miqyası dəfələrlə artmış olur. Vaqif Fərzəliyevin rəhbərliyi ilə bilavasitə iştirakı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamında olan Rusiyanın T-90 tankının yüksək gücləndirilmiş dizel mühərrikinin bütün mövsümlərdə normal işləməsini təmin edən M-53/16Д2 markalı xüsusi təyinatlı motor yağı yaradılmışdır. Yaradılmış motor yağına Azərbaycan patentini almaq üçün iddia sənədləri Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Əmtəə Nişanları və Patent üzrə Ekspertiza Şurasına təqdim edilmişdir.

Beləliklə, Vaqif Fərzəliyevin elmi fəaliyyətinin nəticələri həm neft kimyası və üzvi kimya elmi istiqamətlərin nəzəri məsələlərin həllinə, həm də ölkə iqtisadiyyatının inkişafına və müdafiə qüdrətinin yüksəldilməsinə əvəzsiz töhfələr vermişdir.

Elmi əsərləri[redaktə | mənbəni redaktə et]

Vaqif Fərzəliyevin apardığı çoxşaxəli elmi-tədqiqat işlərinin nəticələri 900-ə yaxın elmi əsərdə, o cümlədən 550-ə yaxın elmi məqalədə (onlardan xeyli hissəsi yüksək impakt faktorlu jurnallarda çap olunmuşdur), 150-dən çox SSRİ müəlliflik şəhadətnaməsi və Azərbaycan patentində, 4 monoqrafiya və 1 kitabda öz əksini tapmışdır. O, 200-ə yaxın Beynəlxalq və Respublika miqyaslı konfranslarda, simpoziumlarda, müşavirələrdə məruzələrlə çıxış etmişdir.

"Web of Science" qlobal informasiya şəbəkəsinin məlumatlarına görə Vaqif Fərzəliyevin tədqiqat sahəsi üzrə 250 elmi əsəri müxtəlif beynəlxalq elektron sistemlərinə daxil olmuş və onlara dünya alimləri tərəfindən 5000-ə yaxın istinad edilmişdir. Vaqif Fərzəliyevin H-indeksi 30-a bərabərdir.

Kitabları[redaktə | mənbəni redaktə et]

  • А.И.Ахмедов, В. М.Фарзалиев, Р. М.Алигулиев. Полимерные присадки и масла. Баку : Элм, 2000. — 174 с.

Monoqrafiyada lazımı xassələrə malik polimer birləşmələrin məqsədyönlü sintezi üçün, vinil monomerləri əsasında olan polimer aşqarların və sintetik yağların işlənir-hazırlanması sahəzində alınan nəticələrı sistemləşdirib ümumiləşdirilməyə cəhd göstərilmişdir. Özlülük aşqarlarının alınması, onların destruksiyası və stabilləşməsi, polifunksional polimer aşqarların, polialfaolefin yağlarının sintezi məsələrinə də toxunulmuşdur.

  • Фарзалиев Вагиф Меджид оглы, Исмайлова Нелуфар Джамал гюзы, Мусаева Минаханум Энвер кызы. Присадки к смазочным маслам: История науки. Баку: "Элм", 2009.-232 с.

Kitab 30 ildən artıq müəlliflər tərəfindən aşqarlar kimyasının inkişaf prosesinin məqsədyönıü və sistematik elmi tarixi tədqiqatı nın davamı, müəyyən mənada isə yekunudur. Başqa sözlə, neft yağlarına, sintetik və qarışıq yağlara aşqarların işlənib hazirlanmasında əldə olunan nəticələrin analizi və nəzəri ümumiləşdirilməsi gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaratmışdir.

  • V. M. Fərzəliyev, M. Ə. Allahverdiyev, K. M. Allahverdiyeva. Kimya və həyat. Bakı, "Elm", 2014, 200 s.

"Kimya və həyat" kitabında respublika kimya elminin inkişafından, onun tədrisinə böyük əmək sərf etmiş alimlərin həyatından bəhs edir. Xüsusilə, müsəlman alimlərinin kimya tarixində oynadıqları rola diqqət yetirilir. Kitabda həmçinin bəzi bioloji aktiv birləşmələrin yaranma tarixi, onların orqanizmdəki roluna xüsusi diqqət yetirilmişdir.

  • В. М. Фарзалиев, М.А. Аллахвердиев. "Химия соединений с малыми гетроциклами" Баку, "Элм", 2015, 320с.

Kitabda tədqiqatçilarının, o cümlədən müəlləflərin oksigen və kükürd saxlayan kiçiküzvlü heterotsiklik birləşmələr sahəsində apardıqları tədqiqatların nəticələri ümumiləşdirilmişdir. Göstərilən birləşmələrin alinma üsulu və onların müxtəlif kimyəvi reksiyalarda çevrilməsi, bunların reaksiya mexanizmi, funksional xassələri və bu xassələrin onların quruluşundan asılılığı göstərilmişdir.

Müəllif şəhadətnamələri[redaktə | mənbəni redaktə et]

  • 1-(3'-Тиетанилоксикарбонил)-2-фторбензол в качестве противоизносной присадки к трансмиссионным маслам // А.с. 1475129 (СССР). ДСП. // Аллахвердиев М.А., Акперов Н.А.,Халилов Ф. С.,Гусейнова Я. Т.
  • 1-(3'-Тиетанилоксикарбонил)-2-хлорбензол в качестве антиокислительной и противоизносной присадки к трансмиссионным маслам // А.с. 1519185 (СССР). ДСП. // Аллахвердиев М.А., Акперов Н.А., Ликша В.Б., Сулейманова Л.Г.
  • 1,2-Эпитио3-(4'-изопропилфенил)-пропан в качестве противозадирной и противоизносной присадки к трансмиссионным маслам // А.с. 1489143 (СССР). ДСП. Аллахвердиев М.А. // Халилова А.З., Халилов Ф. С.
  • Способ получения низкомолекулярного сополимера изобутилена // А.с. 1508547 (СССР). ДСП // .Ахмедов А.И., Керимов К. Т., Агаева М.А., Левшина А. М.
  • Бис (0,0-ди (п-трет-бутилфенил) дитиофосфонилметилизопропионато) ди-н.бутилкарбонилоксиметилен) метан в качестве противоизносной присадки к синтетическому смазочному маслу // А.с. 1609789 (СССР). ДСП. // Бахшизаде А.А., Джангирова К.А., Ибрагимов Н.Ю.
  • 3-Тиетанилизопропилксантатв в качестве антиокислительной присадки к смазочным маслам // А.с. 1575538 (СССР). ДСП. // Аллахвердиев М.А., Акперов Н.А., Ликша В.Б., Сулейманова Л.Г.
  • 3-Стеаралокситиетан в качестве многофункцио-нальной присадки к смазочным маслам // А.с. 1580791 (СССР). ДСП. // Аллахвердиев М.А., Акперов Н.А., Гусейнова А. Т.
  • Бис (2,6-ди-трет-бутилфенил-4-тиометил-изопропионато)-ди-(н.бутилкарбонилокси-метилен)-метан в качестве многофункциональной присадки к синтетическим маслам // А.с. 1589604 (СССР). ДСП. // Аллахвердиев М.А., Акперов Н.А., Гусейнова А. Т
  • 4-Гидрокси-3,5-ди-α-метилбензил-меркаптофенол в качестве антиокислительной присадки к смазочным маслам // А.с. 1594938 (СССР). ДСП. // Садыхов К.И., Мамедова П.Ш., Садыхова Г. К., Джавадова А.А., Аббасова С.А., Тагиева З.Д.
  • Способ получения бис (2-окси-5-нонил-фенил) метана // А.с. 1761742 (СССР)-опубл. в Б.И. 1992, № 34 // Сулетнова Н. Р., Мамедов Ф. Н., Мамедов Ф.А., Ибрагимов Н.Ю.
  • 1,2-Эпитио-4-окса-6,7-тетрафтогептан в качестве противозадирной присадки к трансмиссионным маслам // А.с. 1593169 (СССР). ДСП. // Аллахвердиев М.А., Гусейнова А. Т., Акперов Н.А., Халилов Ф. С.
  • Способ получения многофункциональной присадки к минеральным маслам // А.с. 1721079 (СССР). ДСП. // Зейналова Г.А., Кязимзаде А. К., Нагиева Э.А., Мамедова А. Х., Мамедова Р.А.
  • 1,2-Эпитио-3–1-(1-нафтил) пропан в качестве противозадирной присадки к трансмиссионным маслам // А.с. 1730836 (СССР). ДСП. // Халилова А. Х., Аллахвердиев М.А., Халилов Ф. С.

Patentləri[redaktə | mənbəni redaktə et]

  • Способ получения многофункциональной присадки к смазочным маслам // Патент № 1817789 (СССР), 1993. Б.И. № 19 // Абдуллаев Н.Г., Мустафаев Н.П., Махмудов А.А.
  • Neft məhsullarına antioksidləşdirici aşqar //Azərbaycan patenti i2003 0078 dərc olunub "S. M." 2003,№ 4, səh. 62 // Allahverdiyev M. Ə., Məhərrəmov A. M., Şirinov N. Ə., Rzayeva Y. Ə., Cavadova H. Ə.
  • Gəmi və stasionar dizelləri üçün motor yağı // Azərbaycan patenti i2003 0107 "S. M." 2004, № 1, səh. 60 // Cavadova H. Ə., Mövsümzadə M. M., Mirzəyev R. S., Rəhimov A. R., Axundov Ç. F., İsmayılov M. A., Abdullayev B. İ., İsgəndərova M. İ.
  • 1-(3'-Tietanil)-3-benziltiokarbamid neft məhsullarına antioksidləşdirici kimi // Azərbaycan patenti i2003 0221 "S. M." 2004, № 2, səh. 96 // Allahverdiyev M. Ə., Məhərrəmov A. Ə., Cavadova L. Ə., Şirinova N. Ə., Rzayeva İ. Ə.
  • Allilnaftenatın butilmetakrilatla birgə polimeri neft yağlarına özlülük aşqarı kimi // Azərbaycan patenti i2004 0053 "S. M." 2004, № 4, səh. 73 // Əhmədov Ə. İ., Cavadova H. Ə., Həmidova C. Ş., Şəmilzadə T. Y., İsmayılaova N. C.
  • Gəmi qaz turbinləri üçün yağ // Azərbaycan patenti i2004 0056 "S. M." 2004, № 4, səh. 74 // Mustafayev N. P., Bayramov B. V., Novotorjina N. N., İsmayılov İ. P.
  • Üfürmə və üfürməsiz avtotraktor dizelləri üçün motor yağı // Azərbaycan patenti i2004 0057 "S. M." 2004, № 4, səh. 74 // Cavadova H. Ə., Mustafayev N. P., Mövsümzadə M. M., İsmayılov M. A., Şamilzadə T. İ., Ramazanova Y. B., Yusifzadə G. Q., Abdullayev B. İ.
  • Neftmədən avadanlığının mancanaq dəzgahlarının reduktorlar üçün yağ // Azərbaycan patenti i2005 0033 "S. M." 2005, № 3, səh. 74 // Abdullayev B. İ., Mustafayev N. P., Musayeva B. İ., Qəhrəmanova X. T.
  • 2-izopropil-3-(N-fenil)-5-butoksimetil-1,3-tiarolidin sürtkü yağlarına antimikrob aşqar kimi // Azərbaycan patenti i2005 0034 "S. M." 2005, № 3, səh. 71 // Allahverdiyev M. Ə., Məmmədova T. V., Əliyev Ə. B., İsmiyev A. İ., Hacıyeva M. A.
  • Buxar fazalı xromatoqrafiyada üzvi birləşmələrin ayrılması üçün bərk daşıyıcı // Azərbaycan patenti i2005 0138 "S. M." 2006, № 1, səh. 80 // Əliyeva M. N.
  • Distillə edilmiş neft yanacaqlarına antimikrob aşqarı // Azərbaycan patenti i2005 0139 "S. M." 2006, səh. 76 // Abbasova M. T., Babayeva V. B., Kərimova Y. M., Şahgəldiyeva L. M.
  • 2-metil-5-(dietoksifosforil-fenilxlormetil) oksazolidin sürtkü yağlarına antimikrob aşqar kimi // Azərbaycan patenti i2007 0147 "S. M." 2007, № 4, səh. 81 // Allahverdiyev M. Ə., Məmmədov A. F., Hacıyeva M. A., İsmayılova N. C.
  • 1,5-bis-üçlübutil-1,5-diazotsiklo-3,7-oktandiol sürtkü yağlarına antimikrob aşqar kimi // Azərbaycan patenti i2007 0148 "S. M." 2007,№ 4, səh. 81 // Allahverdiyev M. Ə., Əskərov A. B., Məmmədova P. Ş., Hacıyeva M. A.
  • Pambıq yağının təmizləmə üsulu // Azərbaycan patenti i2007 0149 "S. M." 2007, səh. 84 // Əliyeva M. N., Məmmədov S. Ə., Ladoxina N. P., Fətəlizadə F. A., Kərimova M. K., Seyidov M. M.
  • Sürtkü yağlarına sulfonat aşqarının alınma üsulu // Azərbaycan patenti i2008 0057 "S. M." 2008, № 3, səh. 68 // Ağayev Ə. N., Sadıxov K. İ., Kazımzadə Ə. K., Güləliyev Y. C., Nağıyeva E. Ə.
  • Konsistent sürtkünün alınma üsulu // Azərbaycan patenti i2008 0058 "S. M." 2008, № 3, səh. 67 // Kərimova M. K., Məmmədov S. Ə., Mustafayev N. P. Kərimov K. T., Abdullayev B. Y., Fətəlizadə F. A., Məmmədov C. N., Seyidov M. M., İsmayılov İ. P.
  • Neft məhsullarına antioksidləşdirici aşqar // Azərbaycan patenti i2008 0200 "S. M." 2009, № 1 // Allahverdiyev M. Ə., Rzayeva Y. Ə., Şamxalova S. Ə. İsmayılova N. C.
  • 2-Tiosiantoindolin-3-onun sürtkü yağlarına antimikrob aşqar kimi // Azərbaycan patenti i2012 0036 "S. M." 2012, № 2, səh.129 // Allahverdiyev M. Ə., Əskərov A. B., Niyazova A. Y., Əhmədova Z. Y., Abbasova V. A.
  • Bis-(morfolilmetil) sulfid sürtkü yağlarına mühafizəedici aşqar kimi // Az. Patenti i 2016 0018"S. M." 2016, № 6, səh.9 // Əliyev Ş. R., Babai R. M., Quliyeva Q. M.
  • B-Aroksi-β-tiosianato-propil-fenilsulfidlər sürtkü yağlarına çoxfunksiyalı aşqar kimi // Az. Patenti i 2016 0019"S. M." 2016, № 6, səh.10// Musayeva B. İ., Səfərova M. R., Mustafayev K. N.
  • Sürtkü yağlarına polifunksional aşqarın alınma üsulu // Az. Patenti i 2016 0017 "S. M." 2016, № 6, səh.11 // Kazımzadə Ə. K., Nağıyeva E. Ə., Məmmədova A. X., Məmmədova R. Ə., Nəsirova S. İ.
  • İ 2017 0047 "Motor yağlarına çoxfunksiyalı alkilfenolyat aşqarının alınma üsulu" Kazımzadə Əli Kazım oğlu, Nağıyeva Elmira Əli qızı, Fərzəliyev Vaqif Məcid oğlu, Qədirov Əli Əşrəf oğlu, Əliyeva Mahizər Nəcəf qızı, Abdullayev Bəylər İbrahim oğlu, Məmmədova Rəhilə Əmiraslan qızı, Nəsirova Sahilə İkram qızı, Məmmədyarova Xədicə Nizami qızı, Dadaşova Təranə Adil qızı
  • İ 2018 0045 Tioqlikol turşusunun β-hidroksi-γ-butoksi tiokarboniltiopropil efiri sürtkü yağlarına çoxfunksiyalı aşqar kimi // Fərzəliyev Vaqif Məcid oğlu, Musayeva Bella İskəndər qızı, Qəhrəmanova Qəribə Abbasəli qızı, Novotorjina Nelya Nikolayevna
  • İ 2018 0047 Fenoksisirkə turşusunun β-tioamiletil efiri sürtkü yağlarına antimikrob aşqar kimi // Fərzəliyev Vaqif Məcid oğlu, Məmmədova Pərvin Şamxal qızı, Əliyeva Həyat Şmidt qızı, Babayev Elbəy Rasim oğlu, Sultanova Südabə Əli qızı, Soltanova Züleyxa Qulu qızı, Əzimova Sara Mirabbas qızı
  • İ 2018 0041 Neft mədənlərinin lay suları üçün korroziya inhibitor bakterisidinin alınma üsulu // Fərzəliyev Vaqif Məcid oğlu, Abbasova Məlahət Tələt qızı, Vəliyeva Rəna Qasım qızı, Həmidova Nazilə Sədrəddin qızı, Babayeva Gülşən Bala-Ağa qızı, Səfərova Leyla Ramiz qızı, Əliyeva Nabat Allahverdi qızı
  • Motor yağlarına çoxfunksiyalı aşqarın alınma üsulu // Kazımzadə Ə. K., Nağıyeva E. Ə., Fərzəliyev V. M., Qədirov Ə. Ə., Məmmədova R. Ə., Nəsirova S. İ., Məmmədyarova X. N. – Patent İ 2019 0070. – İddia sənədinin nömrəsi: a 2016 0032. – Verilmə tarixi:15.10.2019
  • 2-Hidroksipropilentritiokarbonat sintetik efir yağlarına siyrilməyə qarşı aşqar kimi // Mustafayev K. N., Əfəndiyeva X. Q., Fərzəliyev V. M., Mustafayev N. P., İsmayılova İ. P. – Patent İ 2021 0004. – İddia sənədinin nömrəsi: a 2018 0075. – Verilmə tarixi:29.01.2021
  • Bis (1,3-butilksantogenato)-2-butoksimetoksipropan sürtkü yağlarına siyrilməyə qarşı aşqar kimi // Mustafayev K. N., Əfəndiyeva X. Q., Fərzəliyev V. M., Mustafayev N. P., İsmayılov İ. P., Mustafayeva Y. S. – Patent İ 2021 0005. – İddia sənədinin nömrəsi: a 2018 0150. – Verilmə tarixi:29.01.2021
  • Alkilksantogen turşularının 3-xlor-2-hidroksipropil efirlərinin alınma üsulu //Mustafayev K. N., Əfəndiyeva X. Q., Fərzəliyev V. M., Mustafayev N. P. . – Patent İ 2021 0006. – İddia sənədinin nömrəsi: a 2017 0195. – Verilmə tarixi:29.01.2021
  • 5. Teplovoz və sənaye dizel mühərrikləri üçün biodavamlı sürtkü kompozisiyası /Fərzəliyev V. M., Cavadova H. Ə., Ramazanova Y. B., Abbasova M. T. – Patent İ 2021 0008. – İddia sənədinin nömrəsi: a 2018 0047. – Verilmə tarixi:01.02.2021
  • 1,3bis(üçxlormetilkorboksi)-2-hidroksipropan sürtkü yağlarına siyrilməyə qarşı aşqar kimi //Fərzəliyev V. M., Musayeva B. İ., İsmayılova G. G., Novotorjina N. N., İsmayılov İ. P., Mustafayeva Y. S. – Patent İ 2021 0009. – İddia sənədinin nömrəsi: a 2018 0153. – Verilmə tarixi:01.02.2021
  • Motor yağlarına çoxfunksiyalı alkilfenolyat aşqanının alınma üsulu //Fərzəliyev V. M., Məmmədova A. X., Kazımzadə Ə. K., Heydərova R. Q., Nəsirova S. S., Dadaşova T. A. – Patent İ 2021 0011. – İddia sənədinin nömrəsi: a 2018 0063. – Verilmə tarixi:01.02.2021
  • Butilksantosirkə turşusunun b-xlorasetoksidietil ditiokarbomil-propil efiri sürtkü yağlarına siyrilmə və yeyilməyə qarşı aşqar kimi //Fərzəliyev V. M., Musayeva B. İ., Mustafayev N. P., İsmayılova G. G., Novotorjina N. N., İsmayılov İ. P. – Patent İ 2021 0012. – İddia sənədinin nömrəsi: a 2018 0065. – Verilmə tarixi:01.02.2021
  • N, N᾽-bis-azidometilbenzilamin sürtkü yağlarına antimikrob aşqar kimi //Fərzəliyev V. M., Nəbiyev O. Q., Nəbizadə Z. O., Quliyeva Q. M. – Patent İ 2021 0015. – İddia sənədinin nömrəsi: a 2017 0193. – Verilmə tarixi:01.02.2021
  • Reduktor yağı //Fərzəliyev V. M., Musayeva B. İ., Novotorjina N. N., Səfərova M. R., Mustafayeva Y. S. – Patent İ 2021 0018. – İddia sənədinin nömrəsi: a 2018 0076. – Verilmə tarixi:01.02.2021
  • Piperidin-2-hidroksipropil-3-piperidilmetilsulfid sürtkü yağlarına aşqar kimi //Fərzəliyev V. M., Əliyev Ş. R., Məmmədova R. F., Babayi R. M., Quliyeva Q. M. – Patent İ 2021 0020. – İddia sənədinin nömrəsi: a 2017 0092. – Verilmə tarixi:01.02.2021
  • Yağlayıcı-soyuducu mayelərə biosid kompozisiyası //Fərzəliyev V. M., Sərdarova S. Ə., Osmanova S. F., Məmmədov F. Ə., Məmmədova P. S., Sultanova S. Ə. – Patent İ 2021 0021. – İddia sənədinin nömrəsi: a 2017 0104. – Verilmə tarixi:01.02.2021
  • 1-butoksi-2-oksazolidinmetoksi-etan yağlayıcı — soyuducu mayelərə antimikrob aşqar kimi //Fərzəliyev V. M., MəmmədovaP. Ş., Soltanova Z. Q., Babayev N. R., Əliyeva H. Ş., Sutanova S. Ə. – Patent İ 2021 0022. – İddia sənədinin nömrəsi: a 2017 0194. – Verilmə tarixi:01.02.2021
  • 2-hidroksi-1,3,-bis(dietiltiokarbomailtiaasetoksi) propan sürtkü yağlarına çoxfunksiyalı aşqar kimi // Fərzəliyev V. M., Musayeva B. İ., İsmayılova G. G., Novotorjina N. N., Mustafayeva Y. S., Cəfərova T. C. – Patent İ 2021 0111. – İddia sənədinin nömrəsi: a 2020 0015. – Verilmə tarixi:07.12.2021

Xarici ölkələrin elm mərkəzlərində fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • 1973–1974-cü illərdə SSRİ Elmlər Akademiyasının sürtkü yağları və aşqarlar sahəsində məsləhətçisi kimi İraqın İraq Neft İnstitutunda işləmişdir. Burada çalışdığı müddətdə sürtkü yağları və aşqarlar yaradılmasının nəzəri və tətbiqi cəhətləri üzrə mühazirələr oxumuş, müxtəlif funksional təsirli aşqarların sintezi üzrə elmi tədqiqatların təşkili, sürtkü kompozisiyalarının işlənib hazırlanması ilə məşğul olmuşdur.
  • 1977–1978-ci illərdə İngiltərədə elmi ezamiyyətdə olmuşdur. O, həmin müddət ərzində Birminhem şəhərinin Aston universitetində oksidləşmənin polifunksional inhibitorlarının sintezi və təsir mexanizminin tədqiqi sahəsində müəyyən elmi işlər aparmışdır. Sanbari-Temz şəhərində "Britiş Petroleum" firmasının aşqarlar şöbəsində məruzə ilə çıxış etmiş və orada aparılan işlərlə bilavasitə tanış olmuşdur. Aston Universitetində professor Cerold Skott ilə birgə aparılmış tədqiqatın nəticəsindən yazılmış məqalə "Europium polymer Journal" mətbuu orqanında dərc olunmuşdur. Məqalə fenolun kükürdlü törəmələrinin antioksidləşdirici təsirinin mexanizminə həsr edilmişdir.
  • 1979–1980-ci illərdə UNESCO-nun məsləhətçisi kimi Hindistanın Neft İnstitutunda çalışmışdır. bu müddət ərzində o, aşqarlar və tribologiya ilə məşğul olan qruplarla işləmişdir. Onun proqramına aşqarlar üzrə bir sıra mühazirələr, istehsal texnologiyalarının işlənib hazırlanması və səciyyəvi sahələrdə çalışan alimlərlə kiçik müzakirələr və layihələrdə praktiki iştirak daxil edilmişdir.

Elmi-təşkilati fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Akademik Əli Quliyev tərəfindən yaradılmış Azərbaycanın aşqarlar kimyası və texnologiyası elmi məktəbi Vaqif Fərzəliyev tərəfindən əhəmiyyətli dərəcədə inkişaf etdirilmişdir. Vaqif Fərzəliyev məhsuldar elmi fəaliyyətlə yanaşı böyük elmi-təşkilatçılıq işləri də yerinə yetirir. O, AMEA-nın "Neft kimyası və neft emalı" Elmi Şurasının və AMEA Rəyasət Heyətində "Tətbiqi problemlər" Elmi Şurasının üzvi, AMEA akad. Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutundakı doktorluq dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının həmsədri, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının kimya elmləri üzrə Ekspert Şurası sədrinin müavini, Azərbaycan Dövlət Neft Akademiyasındakı doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşmış şuranın üzvü, Aşqarlar Kimyası İnstitutunda doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşmış şuranın sədri olmuşdur. O, "Kimya və Neft Kimyası" və "Kimya Problemləri" jurnalları, Azərbaycan Ensiklopediyası redaksiya heyətlərinin, AMEA Redaksiya-Nəşriyyat Şurasının, AMEA Terminologiya Komissiyası Bürosunun üzvü kimi faydalı işlər yerinə yetirmişdir. Vaqif Fərzəliyev hazırda Neft-Kimya Prosesləri İnstitutunda doktorluq dissertasiyalarının müdafiəsi üzrə ED-16 ixtisaslaşmış şuranın sədri, ED-17 ixtisaslaşmış şuranın sədr müavini, Azərbaycan Standartlaşdırma İnstitutu PHŞ-nin nəzdində fəaliyyət göstərən "Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər" üzrə Texniki Komitənin (TK34) sədri, "Kimya Problemləri" jurnalının baş redaktoru, "Elm dünyası" jurnalının baş redaktorunun müavini, "Azərbaycan kimya jurnalı", "Neft emalı və neft kimyası", "Elm və həyat", "Caspian Corrosion Control", "Təbiət və Elm "jurnallarının və "Azərbaycan Ensiklopediyası"nın redaksiya heyətlərinin üzvüdür.

AMEA Rəyasət Heyəti aparatı[redaktə | mənbəni redaktə et]

Vaqif Fərzəliyev 2007-ci ildə AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi və AMEA Rəyasət Heyətinin üzvü, 2008–2013-cü illərdə AMEA-nın akademik-katibi, 2018–2020-ci illərdə isə AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsində işləmişdir.

AMEA Aşqarlar Kimyası İnstitutu[redaktə | mənbəni redaktə et]

Vaqif Fərzəliyev 1987-ci ildən Azərbaycan Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun direktoru vəzifəsində çalışmaqla öz istedadının daha bir dəyərli cəhətini — elmi təşkilatşılıq bacarığını bariz şəkildə göstərmişdir. Mürəkkəb dövrdə — ölkəmizin üçün yeni olan bazar iqtisadiyyatına keçid dövründə — 1990-cı illərin ortalarında o, bir rəhbər kimi institutunelmi potensialını və ənənələrini qoruyub saxlaya bilmişdir.

V. Fərzəliyevin rəhbərliyi ilə AKİ-nin alimləri tərəfindən son illərdə səmərəli aşqarlar və müxtəlif motor, transmissiya, hidravlik və konservasiya yağları, yağlayıcı-soyuducu və digər xüsusi mayelər yaradılmış və sənayedə tətbiq olunmuşdur. Fundamental tədqiqatlar əsasında çoxsaylı yeni üzvi maddələr sintez və tədqiq edilmiş, müxtəlif siniflərin, üzvi maddələrinin tərkibi, quruluşu və funksional xassələri arasındakı qarşılıqlı əlaqə, habelə, bəzi aşqarların təsir mexanizmi öyrənilmişdir.

Aşqarlar Kimyası İnstitutunun elmi əməkdaşlarının yaradıcı əməyinin beynəlxalq miqyasda yüksək dəyərləndirilməsində də V. Fərzəliyevin direktor olaraq xidməti böyükdür. AKİ "Biznesdə Təşəbbüs İstiqamətləri" Beynəlxalq Təşkilatının 2001-ci ildə "Qızıl kateqoriya", 2002-ci ildə "Platin kateqoriya" və 2003-cü ildə isə "Brilyant kateqoriya" mükafatlarına layiq görülmüşdür. Bu mükafatlar üzün illər ərzində institutun kollektivinin aşqarlar kimyası sahəsində və eləcə də yüksək keyfiyyətli sürtkü materiallarının, yanacaqlarının, yağlayıcı-soyuducu mayelərin yaradılmasında əldə etdikləri elmi və tətbiqi nailiyyətlərin yüksək qiymətləndirilməsinin nəticəsidir.

Elmi-ekspertiza və konsaltinq fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Dissertantlara elmi rəhbərlik və opponent[redaktə | mənbəni redaktə et]

Akademikin gənc elmi tədqiqatçılar üçün müəyyən etdiyi fəlsəfə doktoru və elmlər doktorluğu üzrə dissertasiya mövzuları aktual problemlərin araşdırılmasına həsr olunur. Tədqiqat işlərinin daha səmərəli aparılması üçün BDU ilə AMEA Aşqarlar Kimyası İnstitutu arasında körpü yaradıb. Akademik Vaqif Fərzəliyevin rəhbərliyi ilə 6 elmlər doktoru və 25 fəlsəfə doktoru hazırlanmışdır.

Redaksiya fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • "Kimya problemləri" jurnalının redaktoru;
  • "Azərbaycan kimya jurnalı"nın redaksiya heyətinin üzvü;
  • "Neft emalı və neft kimyası" jurnalının redaksiya heyətinin üzvü;
  • "Elm dünyası" jurnalının baş redaktorunun müavini;
  • "Elm və həyat" jurnalının redaksiya heyətinin üzvü

Beynəlxalq elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Rus, ingilis və türk dillərini sərbəst bilən Vaqif Fərzəliyev Azərbaycan elmini yaxın və uzaq xarici ölkələrdə yüksək səviyyədə təmsil etmişdir. O, 1971-ci ildə 1 ay müddətində Ruminiyada ezamiyyətdə olmuş, neft kimyası və üzvi kimya sahəsində fəaliyyət göstərən elmi mərkəzlərin elmi işləri ilə tanış olmuşdur. Vaqif Fərzəliyev 1973–1974-cü illərdə 3 ay müddətində SSRİ Elmlər Akademiyasının məsləhətçisi kimi Bağdaddakı İraq Neft İnstitutunda, 1979–1980-ci illərdə 6 ay müddətində YUNESCO-nun məsləhətçisi kimi Hindistan Neft İnstitutunda (Dehradun şəhəri) çalışmışdır. Bu elmi mərkəzlərdə fəaliyyəti dövründə o, aşqarlar və sürtkü yağlarının yaradılmasının nəzəri və tətbiqi sahələri üzrə mühazirələr oxumuş, müxtəlif funksional təsirli aşqarların sintezi və sürtkü kompozisiyaların yaradılması üzrə elmi tədqiqatların təşkili ilə məşğul olmuşdur. Qeyd etmək lazımdır ki, Vaqif Fərzəliyev YUNESCO-nun məsləhətçisi kimi ilkin olaraq 3 ay müddətinə ezam olunmuşdur. Vaqif Fərzəliyevin məhsuldar çalışmasını nəzərə alaraq Hindistan Neft İnstitutunun xahişinə əsasən YUNESCO-nun rəhbərliyi onun daha 3 ay müddətində institutda çalışmasına icazə vermişdir.

Vaqif Fərzəliyev 1977–1978-ci illərdə 3 ay ərzində İngiltərədə elmi ezamiyyətdə olmuşdur. O, həmin müddətdə Birminhem şəhərinin Aston Universitetində professor Cerold Skot ilə birgə fenolun kükürdlü törəmələrinin antioksidləşdirici təsir mexanizminin tədqiqi sahəsində elmi işlər aparmışdır. Əldə etdiyi elmi nəticələr əsasında yazılmış məqalə "European Polymer Journal" jurnalında dərc olunmuşdur. Vaqif Fərzəliyev İngiltərədə olarkən "Britiş Petroleum" şirkətinin Sanbari-on-Temz şəhərində yerləşən aşqarlar şöbəsində olmuş, məruzə ilə çıxış etmiş və orada aparılan işlərlə tanış olmuşdur. Vaqif Fərzəliyevin aşqarlar və sürtkü yağları sahəsində dərin biliyə malik olmasını hiss edən şöbənin rəhbəri ona şöbədə işləməyi təklif etmişdir.

Vaqif Fərzəliyevin təşəbbüsü ilə Aşqarlar Kimyası İnstitutu bir sıra xarici ölkələrin (Rusiya, İtaliya, Ukrayna, Belarusiya, Türkiyə, İran, Bolqarıstan) elmi mərkəzləri ilə beynəlxalq əlaqələr yaratmış, dünyanın aparıcı neft şirkətləri ("Lubrizol", "Shell", "Unikal-76", "İnfinium") ilə elmi-praktiki əhəmiyyətli əməkdaşlıq müqavilələri bağlamışdır.

SOCAR-ın Neft Emalı Zavodları aşqarlar və sürtkü yağları sahəsində Beynəlxalq şirkətlərlə danışıq apardıqda Vaqif Fərzəliyevi məsləhətçi kimi dəvət edirdilər. O, dəfələrlə Zavodun hesabına xarici şirkətlərə ezam olunurdu.

Vaqif Fərzəliyev beynəlxalq fondlar (ABŞ Milli Tədqiqatlar və İnkişaf Fondu, NATO Elm Fondu, Ukrayna Elm və Texnologiya Mərkəzi) və respublika fondları (Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, SOCAR Elm Fondu) tərəfindən maliyyələşdirilən bir sıra qrant layihələrinin rəhbəri olmuşdur.

Türkiyədə xüsusi təyinatlı sürtkü yağların istehsalının təşkili məsələsi ilə əlqədar Vaqif Fərzəliyev 2005-ci ildə Türkiyənin Müdafiə Nazirliyi tərəfindən dəvət olunmuşdur.

Təbriz Neft Emalı Zavodunda, Tehran Neft Emalı Zavodunda və Zavodun Elmi mərkəzində məruzələrlə çıxış etmiş və məsləhətçi kimi Vaqif Fərzəliyev İran Milli Neft Şirkəti tərəfindən dəfələrlə İrana dəvət olunub. Dövlət Komissiyanın üzvü, AMEA eksponatlarının təşkilatçısı və təmsilçisi kimi, Vaqif Fərzəliyev 2005-ci ildə Yaponiyanın Naqoya şəhərində keçirilən "Expo-2005" Beynəlxalq sərgidə iştirak etmişdir.

Vaqif Fərzəliyev ABŞ, İngiltərə, Almaniya, Fransa, Polşa, Macarıstan, Rumıniya, Çexiya, Sloveniya, Bolqariya, İran, Türkiyə, Hindistan, İraq, Rusiya, Ukrayna, Özbəkistan və s. ölkələrdə Beynəlxalq konfranslarda iştirak etmiş, bir sıra Beynəlxalq konfransların təşkilat komitəsinin üzvü olmuş, dəvətli professor kimi plenar iclaslarda məruzələrlə çıxış etmişdir. Vaqif Fərzəliyev 1970-ci ildən başlayaraq Gürcüstanın bir sıra elmi qurumları ilə sıx əməkdaşlıq edir. O, Gürcüstan Milli Elmlər Akademiyasının Fiziki və Üzvi Kimya İnstitutu və Cənubi Qafqazda aparıcı təhsil və elm mərkəzlərindən biri olan İvan Cavaxaşvili adına Tbilisi Dövlət Universitetin Üzvi kimya kafedrası ilə sıx əlaqələr yaradılmışdır. Bu elmi qurumlarla həyata keçirilən müştərək tədqiqatlar müxtəlif funksional xassələrə malik yeni üzvi birləşmələrin sintezi və tədqiqinə aiddir. Bu əməkdaşlığın məntiqi nəticəsi idi ki, 2018-ci ilin 6 – 10 fevral tarixlərində İvan Cavaxaşvili adına Tbilisi Dövlət Universitetin (TDU) 100 illik yubileyi mərasiminə dəvət olunan Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyev ölkəmizi həmin möhtəbər tədbirdə yüksək səviyyədə təmsil etmişdir. Vaqif Fərzəliyev həmçinin, AMEA Aşqarlar Kimyası İnstitutunun Gürcüstan Dövlət Texniki Universitetin Avtomobil, Nəqliyyatı və Loqistika üzrə Akademik Departamentinin direktoru, Gürcüstan və Beynəlxalq Mühəndislik Akademiyalarının akademiki, professor Cumber İosebidze şəxsində bu elm-təhsil müəssisəsi ilə avtomobil nəqliyyatında istifadə olunan müxtəlif təyinatlı sürtkü yağlarının yaradılması, tədqiqi və tətbiqi istiqamətində müştərək beynəlxalq tədqiqatları mövcuddur. O, adıçəkilən Departament üçün bir sıra yüksək ixtisaslı kadrların hazırlanmasında yaxından iştirak edib. Vaqif Fərzəliyev dəfələrlə bu ölkədə təşkil olunan elmi konfrans, simpoziumlarda plenar məruzələrlə çıxış etmiş, Gürcüstanda olan müvafiq elmi dərəcə iddiaçıların Aşqarlar Kimyası İnstitutunun nəzdində fəaliyyət göstərmiş Dissertasiya Şurasında müdafiələrini təşkil etmiş, Gürcüstanda fəaliyyət göstərən Dissertasiya Şuralarında onlara oponentlik etmiş, onların dissertasiya işlərinə və avtoreferatlarına rəy vermişdir. O, 2000–2005-ci illərdə Gürcüstan Milli Elmlər Akademiyası Fiziki və Üzvi Kimya İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü olmuşdur. Vaqif Fərzəliyevin iki ölkənin elmi əlaqələrinin inkişafına böyük xidmətlərini nəzərə alınaraq 14 aprel 2022-ci il tarixində keçirilən Gürcüstan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında onu bu qurumun həqiqi (xarici) üzvü seçmişdir.

Pedaqoji fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Vaqif Fərzəliyev öz fəaliyyətində milli kimyaçı kadrların və alimlərin hazırlanmasına da böyük önəm vermişdir. O, 1987-ci ildən başlayaraq indiyədək Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) pedaqoji fəaliyyətlə məşğul olmaqdadır. O, pedaqoq kimi dərs dediyi tələbələrə dərin bilik verməklə yanaşı onlarda elmə maraq oyatmağa, onların yüksək ixtisaslı kadr kimi yetişmələrinə və vətənpərvərlik hissi aşılamağa çalışır. Onun dərs dediyi yüzlərlə tələbə sonrakı illərdə müxtəlif sahələrdə kimyaçı, mühəndis, elmi işçi və s. kimi uğurla fəaliyyət göstərməkdədir.

Vaqif Fərzəliyev Bakı Dövlət Universitetinin Kimya fakültəsininin "Üzvi kimya" kafedrasında "Element-üzvi birləşmələr" xüsusi kurs üzrə mühazirələr oxumuşdur. Hazırda isə "Neft kimyası və kimya texnologiyası" kafedrasında "Neft və qaz emalından alınan məhsullar və onların keyfiyyətinin yaxşılaşdırılması yolları" xüsusi kurs üzrə II kurs magistrantlarına azərbaycan, rus və ingilis dillərində mühazirə oxuyur.

Elm və təhsilin inteqrasiyasının inkişafını təmin etmək məqsədilə Vaqif Fərzəliyevin təşəbbüsü ilə Aşqarlar Kimyası İnstitutunda Bakı Dövlət Universitetinin kimya fakültəsinin "Neft kimyası və kimya texnologiyası" kafedrasının "Baza kafedrası" fəaliyyət göstərir. Burada bakalavriatlar və magistrantlar neft kimyası və üzvi kimya sahəsində elmi biliklər əldə edirlər, təcrübə keçirlər. Vaqif Fərzəliyev Bakı Dövlət Universitetinin kimya fakültəsində dəfələrlə Dövlət imtahan komissiyasının sədri olub. Universitetin qeyd olunan kafedrasının alimləri ilə institutun alimləri qrant layihələrini birgə yerinə yetirirlər. Bir sözlə Vaqif Fərzəliyev Bakı Dövlət Universiteti ilə Aşqarlar Kimyası İnstitutu arasında böyük elm-təhsil körpüsü yaradıb. Vaqif Fərzəliyev institutda orta məktəb şagirdləri ilə tez-tez görüşlər keçirir, gənc nəslin elmə həvəsini artırmaq istiqamətində mühüm işlər görür.

Vaqif Fərzəliyev yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da böyük nailiyyətlər əldə edib. Onun rəhbərliyi ilə 6 elmlər doktoru, 25 fəlsəfə doktoru yetişmişdir.

İctimai fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Vaqif Fərzəliyev tələbəlik illərindən ictimai fəallıq nümayiş etdirirdi. O, Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin Tələbə elmi cəmiyyətinin üzvü, daha sonra isə sədri, komsomol komitəsinin üzvü olmuşdur.

Vaqif Fərzəliyev 1966–1970-ci illərdə Azərbaycan Elmlər Akademiyasının komsomol komitəsinin katibi, partiya komitəsinin üzvü, Respublika LKGİ Mərkəzi Komitəsi yanında Gənc Alimlər Şurasının sədri, 1970–1978-ci illərdə Aşqarlar Kimyası İnstitutunun partiya təşkilatının katibi olmuşdur.

Vaqif Fərzəliyev uzun illər ərzində "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycan icması" ictimai birliyin idarə heyətinin üzvü kimi faydalı işlər yerinə yetirmişdir.

Vaqif Fərzəliyev Yeni Azərbaycan Partiyasının üzvüdür.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • "V. İ. Leninin 100-illik yubileyi" medalı (1970);
  • SSRI Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl (1971,1977) və bürünc (1981) medalları;
  • "Əmək şərəfinə görə" medalı (1986);
  • "Əmək veteranı" medalı (1987);
  • AMEA-nın Fəxri Fərmanları (1987, 1995, 1997);
  • Türkiyənin Firat Univerisitetinin medalı (1995);
  • Hindistan Texnoloji İnstitutunun xatirə medalları (1997);
  • "Ilin adamı " (American Biographical Institute) (2005, 2006)
  • "Şöhrət" ordeni (2005);
  • "Əməkdar elm xadimi" fəxri adı (2009);
  • "Akademik N. M. Emmanuelin xatirəsi" medalı (2009);
  • "Kraliça Viktoriya adına ekskuliziv Britaniya mükafatı" (2011);
  • Avropa Birliyinin Elm-Sənaye Palatasının "Qızıl" medalı və diplomu (2013);
  • AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatı (2017).
  • "Şərəf" ordeni (2019)[2]
  • "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı (2 fevral 2024)[3]
  • Azərbaycan Respublikasının Dövlət Mükafatı — 27.05.2024

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  2. "V. M. Fərzəliyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-18.
  3. AZ, ICA. "Akademik Vaqif Fərzəliyev "Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub | AŞQARLAR KİMYASI İNSTİTUTU". ica.az (az.). 2024-03-28. 2024-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]