Vikipediya:Həftənin seçilmiş məqaləsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Həftənin seçilmiş məqaləsi

Bu ulduz əksər və həmçinin Azərbaycan Vikipediyasında seçilmiş statusunu bildirir
Bu ulduz əksər və həmçinin Azərbaycan Vikipediyasında seçilmiş statusunu bildirir

Ana Səhifə, seçilmiş məqalə bölməsinə malikdir. Bu bölmədə hazırda Vikipediyada oxuculara seçilmiş məqalə qismində, mükəmməl formada olan məqalələr yayımlanır.

Məqalənin ana səhifəyə çıxarılması üçün o ya seçilmiş məqalə statusunda ya da həftənin aktual mövzusuna aid olmalıdır.

Həftənin seçilmiş məqaləsi bölməsi idarəçilərdən biri tərəfindən yenilənir. Fikir ayrılığı olan halda məsələ digər idarəçilərin rəyi ilə həll edilir. İstifadəçi hər-hansı bir məqaləni namizəd bölməyə namizəd sürmək istəyirsə idarəçilərə müraciət etməlidir.

Təlimat müvəqqətidir və dəyişə bilər. Daimi təlimat səsvermə ilə qəbul edilənə qədər qüvvədədir. Hər hansı fikir ayrılığı müzakirə ilə həll edilməlidir.

Qısa keçid-yönləndirmə

Fəal məzmun:

Seçilmiş məqalə alətləri:

Həmçinin bax

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 19 may 2024, Bazar (İlin 20-ci həftəsi); saat 11:54 (UTC)


Seçilmiş məqalə

Steins;Gate5pb.Nitroplus tərəfindən istehsal olunmuş və 2009-cu ilin 15 oktyabrında Xbox 360 platforması üçün yayımlanmış Yaponiya vizual romanı. Bu 5pb. və Nitroplus şirkətlərinin "Science Adventure" oyun seriyası çərçivəsində "Chaos;Head" oyunundan sonra istehsal etdiyi ikinci oyundur, bu oyunu "Robotics;Notes" izləmişdir. Oyunun Windows üçün versiyası 26 avqust 2010-cu ildə, PlayStation Portable üçün versiyası 23 iyun 2011-ci ildə, iOS üçün versiyası 25 avqust 2011-ci ildə, PlayStation üçün versiyası 24 may 2012-ci ildə, PlayStation Vita üçün versiyası 14 mart 2013-cü ildə və Android üçün versiyası 27 iyun 2013-cü ildə yayımlanmışdır.

İstehsalçı komanda tərəfindən oyun "hipotetik elm ADV-si" (想定科学ADV, Sōtei Kagaku ADV?) adlandırılmışdır. Oyun bir-birinə qarşılıqlı təsir göstərən ssenarilər təklif edən xətti süjetə malikdir. JAST USA 31 mart 2014-cü ildə Şimali Amerikada oyunu PC platforması üçün yayımlamışdır (həm rəqəmsal, həm fiziki versiyalar). PQube isə 2015-ci ildə oyunun PS3 və PS Vita üçün versiyalarını Şimali AmerikaAvropada satışa çıxarmışdır. Oyunun iOS platformaları üçün versiyasının ingilisdilli tərcüməsi hələ ki yayımlanmamışdır.

(Davamı...)

Növbəti həftənin seçilmiş məqaləsi

Amerika Birləşmiş Ştatları və ya qısaca ABŞ — 50 ştatdan, bir federal dairədən, beş böyük özünüidarə edən ərazidənmüxtəlif mülklərdən ibarət ölkə. 3,8 milyon mil2 (9,8 milyon km2) əraziyə malik ABŞ dünyanın ərazisinə görə 3-cü və ya 4-cü ölkəsidir və və bütün Avropa qitəsindən təxminən 3,9 milyon mil2 (10,1 milyon km2) kiçikdir. 327 milyon nəfərdən çox əhalisi olan ABŞ dünyanın ən çox əhaliyə malik üçüncü ölkəsidir. Paytaxtı Vaşinqton, ən çox əhaliyə malik şəhəri Nyu-Yorkdur. Qırx səkkiz ştat və federal ərazi kontinentaldır və Şimali Amerikada KanadaMeksika arasında yerləşir.

Paleohindilər ən azı 12 min il əvvəl Sibirdən Şimali Amerika materikinə köçmüşdürlər. Avropalıların kolonizasiyası XVI əsrdə başlamışdır. ABŞ şərq sahili boyunca qurulan On üç ingilis koloniyasından yarandı. Fransız-hindu müharibəsindən sonra Böyük Britaniya ilə koloniyalar arasında çoxsaylı mübahisələr 1775-ci ildə başlamış Amerika inqilabına və ardından 1776-cı ildə ABŞ istiqlal bəyannaməsi ilə nəticələndi. Müharibə ABŞ-nin Avropa hakimiyyətindən müstəqillik əldə edən ilk ölkə olması ilə 1783-cü ildə başa çatdı. Mövcud konstitusiya 1788-ci ildə qəbul edilmiş və bir çox fundamental vətəndaş azadlıqlarını təmin etmək üçün ümumilikdə hüquqlar haqqında Bill adlanan ilk on dəyişikliklə 1791-ci ildə ratifikasiya edilmişdir. ABŞ XIX əsrdə Şimali Amerikada güclü bir genişlənməyə başladı, yeni torpaqlar aldı, yerli amerika qəbilələrini köçürdü və 1848-ci ildə qitəyə yayılanadək tədricən ştatları qəbul etdi.

(Davamı...)