Xviça Biçinaşvili
Xviça Biçinaşvili | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Xviça Biçinaşvili |
Vətəndaşlığı |
Gürcüstan → Azərbaycan |
Doğum tarixi | |
Boyu | 175 sm. (5 ft 6 in) |
İdman növü | Güləş |
Karyera illəri | 1987—2004 |
Xviça Biçinaşvili (28 yanvar 1974) — 1993-1998-ci illərdə Gürcüstanı, 2000-2004-сü ildə isə Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.[1]
Karyerası[redaktə | mənbəni redaktə et]
Xviça Biçinaşvili 1994-1997-ci illərdə Dünya və Avropa Çempionatlarında çıxış eləsə də uğurlu nəticələrə imza ata bilmədi.[2]
1998-ci ildə Belarusda baş tutan Avropa Çempionatının final görüşündə rəqibinə məğlub olaraq turniri gümüş medalla başa vuran Xviça Biçinaşvili həmin il İsveçdə Dünya Çempionatını yeddinci pillədə başa vurdu.[2] Bundan sonra bir müddət Dünya və Avropa Çempionatlarında mübarizə apara bilməyən Xviça Biçinaşvili 2000-ci ildə Azərbaycan bayrağı altında beynəlxalq turnirlərlə çıxış elədi.[2] Dünya Olimpiya Təsnifat Turnirlərinin nəticələrinə əsasən Xviça Biçinaşvili olimpiya lisenziyasına sahib oldu.[2]
2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan olimpiada da Xviça Biçinaşvili uğursuz çıxış elədi.[3] Qrup mərhələsinin birinci görüşündə Xviça Biçinaşvili Cənubi Koreya nümayəndəsi Kim İn-So ilə üz-üzə gəldi.[3] Həmin görüşdə Xviça Biçinaşvili rəqibinə 2:4 hesabı ilə məğlub oldu və növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını itirdi.[3] Növbəti görüşdə isə onun rəqibi Dünya və Avropa Çempionatlarının qalibi Türkiyə nümayəndəsi Nazmi Avluca oldu.[3] Bu görüşdə Xviça Biçinaşvili rəqibinə 0:4 hesabı ilə məğlub oldu və olimpiadanı 16-cı pillədə başa vurdu.[3]
Nəticələri[redaktə | mənbəni redaktə et]
Dünya Çempionatı | Finlandiya | |||
Avropa Çempionatı | Finlandiya | |||
Dünya Çempionatı | Polşa | |||
Avropa Çempionatı | Belarus | |||
Dünya Çempionatı | İsveç | |||
Dünya Olimpiya Təsnifat Turniri | İtaliya | |||
Dünya Olimpiya Təsnifat Turniri | Fransa | |||
Dünya Olimpiya Təsnifat Turniri | Özbəkistan | |||
Olimpiya Oyunları | Avstraliya | |||
Dünya Olimpiya Təsnifat Turniri | Özbəkistan |
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Olympedia.org. "Xviça BİÇİNAŞVİLİ". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 1 2 3 4 International Wrestling Database. "KVITSHA BICHINASHVILI". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 3 4 5 Olympedia.org. "2000 Summer Olympics / Wrestling / Middleweight / Greco-Roman (76 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- Yaşayan insanlar
- 28 yanvarda doğulanlar
- 1974-cü ildə doğulanlar
- Əlifba sırasına görə idmançılar
- Azərbaycanın yunan-roma güləşçiləri
- 2000 Yay Olimpiya Oyunlarında güləşçilər
- Güləş üzrə Avropa Çempionatının medalçıları
- Azərbaycanın Gürcüstandan milliləşdirilən idmançıları
- Azərbaycan olimpiya idmançıları
- Azərbaycanın kişi güləşçiləri