İsmayıl Abasov
İsmayıl Abasov | |
---|---|
Doğum tarixi | 21 avqust 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 22 oktyabr 2006 (84 yaşında) |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yerləri | M.Topçubaşov adına ET kliniki Təbabət İnstitutunun filialı, 5 №-li xəstəxana. |
Təhsili | |
Tanınmış yetirmələri | elmlər namizədlərinin sayı:6, elmlər doktorlarının sayı:2 |
Mükafatları |
|
İsmayıl Teymur oğlu Abasov (21 avqust 1922, Bakı – 22 oktyabr 2006) — Azərbaycan qastroenteroloqu və terapevti, tibb elmləri doktoru (1966), professor (1967), Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1989), Azərbaycan SSR Əməkdar elm xadimi (1984).[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]İsmayil Abasov 21 avqust 1922-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Tibb Universitetində alıb. O, 1943-cü ildə universitetin Müalicə-profilaktika fakültəsini bitirib.[1]
Əsas elmi nailiyyətləri
[redaktə | mənbəni redaktə et]Madə, bağırsaq və mədəaltı vəzi xəstəliklərinin klinikası, diaqnostikası və müalicəsinə dair bir çox məqalə və kitabların müəllifidir. Həzm orqanlarının müxtəlif xəstəlikləri zamanı onların funksional tədqiqatları aparılmışdır. Qaraciyərin funksional durumu ilə onun histoloji dəyişikliklərinin müqayisəli kliniki izahatı verilmişdir. Yeni diaqnostik və müalicəvi preparatlar öyrənilmiş və tədbiq olunmuşdur.
Həzm orqanları xəstəliklərinin Azərbaycanda epidemiologiyası, habelə mədəaltı vəzi və bağırsaq xəstəliklərinin endokrin orqanların funksional vəziyyətinə təsiri öyrənilmişdir.
Müxbir üzv İsmayıl Abasovun elmi fəaliyyətinin nəticələri respublikada və xaricdə çap olunmuş 300-dən artıq elmi əsərdə, həmçinin 15 monoqrafiyada öz əksini tapmışdır. Onun elmi rəhbərliyi altında 2 elmlər doktorluğu və 6 fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunmuşdur.[1]
Əsas elmi əsərlərin adları
[redaktə | mənbəni redaktə et]- Qastrologiya problemləri, Tokiyo, 1970, 65. (ingilis)
- Mədəaltı vəzinin xəstəliklərinin diaqnostikası, Bakı, 1972, 153. (rus)
- Mədə xəstəlikləri zamanı mədədaxili pH-metriyanın tətbiqi. Amer. J. Qastroenteroloji, 1977, 67, № 3, 229–234. (ingilis)
- Xroniki xorasız kolit, Bakı, 1984, 242. (rus)
- Həzm orqanları xəstəliklərinin müalicəsi və profilaktikası, Bakı, 1991, 239. (rus)
Əmək fəaliyyəti
[redaktə | mənbəni redaktə et]İsmayıl Abasov 1943-1946-cı illərdə II Dünya müharibəsi zamanı ordu sıralarında alay həkimi kimi fəaliyyət göstərmişdir. 1946-1950-ci illərdə ATİ-də Terapevtik kafedrada ordinator, 1967-ci ildə professor, 1949-1968-ci illərdə ET Rentgenologiya, radiologiya və onkologiya İnstitutunda Terapiya şöbəsinin müdiri olmuşdur. Habelə 1988-2001-ci illərdə ET Qastroenterologiya İnstitutunda Terapevtik şöbənin müdiri, 2001-2006-cı illərdə elmi məsləhətçi vəzifələrində çalışmışdır.[1]
Üzv olduğu cəmiyyətlər
[redaktə | mənbəni redaktə et]- Ümumittifaq Qastroenteroloqlar və Terapevtlər Cəmiyyətinin İdarə Heyətinin üzvü (1976);
- SSRİ TEA-nın Qastroenteroloji problemlər üzrə Komissiyasının üzvü (1980-2008);
- Respublika Səhiyyə Nazirliyinin Elmi Tibb Şurasının Rəyasət Heyətinin üzvü (1968);
- Nazirliyin Baş qastroenteroloqu (1970);
- Azərbaycan Qastroenteroloqlar Cəmiyyətinin (1970-2008) üzvü;[1]
Mükafatlar
[redaktə | mənbəni redaktə et]- "Qırmızı ulduz" ordeni (1946);
- "Döyüş cəsarətinə görə" medalı (1944);
- "Almaniya üzərində 1941-1945-ci illərdə qələbə" medalı (1945);
- I və II dərəcəli "Vətən müharibəsi" ordeni(1944, 1945);
- Azərbaycan SSR Dövlət mükafatı laureatı;
- "Əməkdar elm xadimi" fəxri adı (1984);[1]
Vəzifəsi
[redaktə | mənbəni redaktə et]Terapevtik qastroenterologiya şöbəsinin professoru olmuşdur.
Vəfatı
[redaktə | mənbəni redaktə et]İsmayıl Abasov 2006-cı ildə Bakıda vəfat edib.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 "Abasov İsmayil Teymur oğlu" (Azərbaycan). science.gov.az. 21-09-2021 tarixində arxivləşdirilib.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 21 avqustda doğulanlar
- 1922-ci ildə doğulanlar
- Bakıda doğulanlar
- 22 oktyabrda vəfat edənlər
- 2006-cı ildə vəfat edənlər
- 84 yaşında vəfat edənlər
- Tibb elmləri doktorları
- Professorlar
- Azərbaycan Tibb Universitetinin məzunları
- "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər
- "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilənlər
- Azərbaycan SSR Dövlət mükafatı laureatları
- Azərbaycan SSR əməkdar elm xadimləri
- Əlifba sırasına görə alimlər
- Azərbaycan həkimləri