Əli Əsgər bəy Mahmudbəyov
Ələsgər bəy Mahmudbəyov | |
---|---|
Ələsgər bəy Hacı İbrahimxəlil bəy oğlu Mahmudbəyov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (93 yaşında) |
Vəfat yeri | Qahirə, Misir |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
Rusiya imperiyası Misir |
Əli Əsgər bəy Mahmudbəyov (Mahmudbəyov Hacı İbrahimxəlil bəy oğlu Ələsgər bəy; 1875, Şamaxı — 1968, Qahirə) — mühəndis, Azərbaycan Milli Şurasının üzvü. İstiqlal Bəyannaməsini imzalamış Azərbaycanın Milli Şurasının nümayəndəsi.
Həyat və fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Əli Əsgər bəy Hacı İbrahimxəlil bəy oğlu Mahmudbəyov Bakı real məktəbini, daha sonra Peterburq Politexnik İnstitutunu bitirmişdir.
Təhsilini başa vurduqdan sonra Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində çalışmış, 1908-ci ildə Tiflisə köçərək ictimai fəaliyyət göstərmiş, Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin işində yaxından iştirak etmişdir.
Azərbaycan Milli Şurasının İstiqlal bəyannaməsini imzalayan 26 üzvündən biri idi.
1918-ci ildə Türkiyəyə getmiş, Adana şəhərində toxuculuq fabrikinə başçılıq etmişdir. Sonralar Qahirəyə köçmüş, ömrünü orada başa vurmuşdur.
Ailəsi
[redaktə | mənbəni redaktə et]- Həbib bəy Mahmudbəyovun qardaşıdır.