Ağaəli İbrahimov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Ağaəli İbrahimov
Doğum tarixi 6 fevral 1946(1946-02-06) (78 yaş)
Doğum yeri
Fəaliyyəti rəssam
Təhsili Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi;
M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2006 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2002

Ağaəli İbrahimov Müsəllim oğlu (6 fevral 1946, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Respublikasının xalq rəssamı (2006).

Ağaəli İbrahimov 6 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960–1966-cı ildən Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1969–1974-cü illərdə isə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1966-cı ildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub.[1]

Ağaəli İbrahimov 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", 29 dekabr 2006-cı ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb.

Aktrisa Naina İbrahimovanın atası, rəssam Nadejda İbrahimovanın həyat yoldaşıdır.

  1. Ramid İbrahimov. "Rəssam üçün birinci azadlıqdır, ikinci emalatxana" (Azərbaycan). anl.az. 23-5-2017 tarixində arxivləşdirilib.