Ağbulaq (Kəlbəcər)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Ağbulaq
40°11′06″ şm. e. 46°07′12″ ş. u.
Ölkə
Xəritəni göstər/gizlə
Ağbulaq xəritədə
Ağbulaq
Ağbulaq

Ağbulaq, Alçalı (?-2015) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd.[1]

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

2020-ci ildə işğaldan azad edilib

29 may 2015-ci ildə Günəşli kənd inzibati ərazi dairəsi tərkibindəki Alçalı kəndi Ağbulaq kəndi adlandırılmışdır.[2]

Kəlbəcər rayonunun ərazisində 3 ədəd Alçalı kəndi var. Alçalı (Qılınclı sovetliyi), Alçalı (Daşbulaq sovetliyi) və Alçalı (Günəşli sovetliyi). Bu kəndlər alça ağacları ilə bol olan ərazilərdə yerləşdiyinə görə belə adlanırlar.[3]

Kənd dağətəyi ərazidədir.[4]

Alagöllər yaylağı, Bədirbəyli yurdu, Qərvənd yurdu, Taxtadüz yurdu, Heydərin yurdu, Uçuğun başı yurd, Dəlikdaş yurdu, Sandıq yurd.

Zeynalın bulağı, Sarı bulaq, Daşdan çıxan bulaq, Sandıq bulağı.

Məşhur yerlər

[redaktə | mənbəni redaktə et]

Balaca göl yeri, Günəşqaya, Qırmızıqaya, Kəlölən.[3]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil etmişdir.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. "Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının 29 may 2015-ci il tarixli, 1300-IVQ nömrəli Qanunu" (az.). e-qanun.az. 2015-05-29. 2020-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-17.
  3. 1 2 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
  4. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]