Adi bellardiya

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Adi bellardiya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Adi bellardiya (lat. Bellardia trixago) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin bellardiya cinsinə aid bitki növü.

Adi bellardiya hündürlüyü 10-40 sm, gövdəsi düz, sadə, qısa sərt tüklərlə nahamar örtülmüş, yuxarı hissədə vəzicikli olan birillik ot bitkisidir.

Yarpaqları qarşı-qarşıya düzülmüş, oturaq, uzunsov-neştərvari və ya neştərvarixətlidir, küt dişləri olan mişarlı dişləri vardır, hər iki tərəfdən basıq və qısa tüklüdür, yuxarı yarpaqlar gövdə həcmini artırandır.

Çiçəkləri demək olar ki, oturaqdır, sıx, qısa (daha sonra uzanan) sünbülşəkilli çiçək qrupunda toplanmışdır; çiçəkaltlığı yarpaqları enli, ürəkşəkilli-yumurtaşəkilli və ya ürəkşəkillineştərvaridir, sivriləşmişdir, kasacıqdan uzundur, yuxarıdakılar tamkənarlıdır. Tac fırfır və ya müxtəlif rəngdə olur.

Qutucuq bərk, yumurtaşəkilli və sivriləşmişdir, uzunluğu 10 mm olub, tüklüdür,kasacığa bərabərdir. Toxumları 0,5 mm-ə qədərdir, uzunsovdur, bükülmüşdür, uzununa qabırğalıdır.

May-İyun aylarında çiçəkləyir və iyun-iyul aylarında meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Samur-Şabran oval., BQ şərq, Kür-Araz oval., Lənk. oval.,Lənk. dağ. Ovalıqdan orta dağ qurşağına qədər.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Çəmənlərdə, bağlarda, dəniz kənarı qumluqlarda, çaqıl daşlı çaylarda rast gəlinir.