Anagirayabənzər qızılıakasiya

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Anagirayabənzər qızılıakasiya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Anagirayabənzər qızılıakasiya (lat. Laburnum anagyroides)[1] — qızılıakasiya cinsinə aid bitki növü.[2]

  • Cytisus laburnum L.
    • Laburnum anagyroides subsp. alschingeri (Vis.) Hayek
    • Laburnum anagyroides subsp. anagyroides
    • Laburnum anagyroides subsp. jacquinianum (Wettst.) Hayek
  • Laburnum vulgare J.Presl[3]

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Cənubi və Qərbi Avropada, Kiçik Asiyada bitir. Fransadan-Balkana qədər olan ərazilərdə yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

5–7 m hündürlükdə, boz-yaşıl və ya boz-qonur rəngli sallanan budaqları olan ağac və ya koldur. Cavan budaqları və çiçək zoğları gümüşü tükcüklərlə örtülüdür. Yarpaqları üçər olub, uzunsaplaqlı, yarpaqcıqları uzunsov-ellipsvari və ya tərs- yumurtavaridir, 3–8 sm uzunluqda, 1,5–3 sm enində, yarpaq ayasının üst səthi çılpaq, alt səthi gümüşü, xırda tükcüklüdür. Yarpaqlaması çiçəkləmə ilə eyni vaxta təsadüf edir. Çiçəkləri qızılı-sarı rəngdə olub, 17–25 mm uzunluqda, gümüşü tükcüklərlə örtülmüş saplağa malikdir, uzunluğu 10–20 sm olan salxım çiçək qrupunda yığılmışdır. Kasacığı düzgün olmayan zəngvaridir. Aprel-may aylarında çiçəkləyir, meyvələri avqustda yetişir. Paxlası 5–8 sm uzunluqda, 8–9 mm enində, üst tərəfdən gümüşü, tükcüklü, qalın tikişə malik, toxumları qara, avqustda yetişir. Abşeronda kütləvi çiçəkləməsi üçün suvarılmalıdır. Meyvəsi zəhərlidir.

Torpağa tələbkar deyildir. İşıqsevəndir. Şaxtaya davamlıdır, sərt şaxtalarda cavan çətirləri donur, yazda isə bərpa olunur. Küləkdən qorunan sahələrdə əkilir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə yaşıllıqlarda təsadüf olunur.

Tək əkinlərdə, yol kənarlarında istifadəsi məqsədyönlüdür.

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. Anagirayabənzər qızılıakasiya:''The Plant List saytında takson barədə məlumat. (ing.)
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.