Anar Məmmədov (siyasətçi)
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Anar Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Anar İlyaz oğlu Məmmədov |
Doğum tarixi | 21 iyun 1984 (39 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Anar İlyaz oğlu Məmmədov (21 iyun 1984, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı (2020).
Həyatı
[redaktə | mənbəni redaktə et]Anar Məmmədov 1984-cü il 21 iyun tarixində Bakı şəhərində anadan olub.1991–2001-ci illər orta məktəbdə təhsil alıb. 2001-ci ildə 618 balla Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinə daxil olub. 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən mükafat alıb. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2002–2005-ci illər AzTU-nun Nəqliyyat fakültəsində YAP-ın sədri olub. 2002–2005-ci illərdə AzTU Nəqliyyat fakültəsi üzrə Gənclər Təşkilatının sədri olub. 2005-ci ildə Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirib. 2005–2006-cı illərdə MTN-də həqiqi hərbi xidmətdə olub, çavuş rütbəsi alıb. 2006–2010-cu illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 2014-cü ildə Taras Şevçenko adına KMU-nun Aspiranturasına daxil olub. 2016–2019-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat fakültəsində İnşaat mühəndisliyi ixtisası üzrə təhsil alıb. Azərbaycan, rus və ingilis dillərin bilir. Ailəlidir, üç övladı var.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]2006-cı ildə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, "Bakı Sərnişin Nəqliyyatı" Departamentində Nəzarət şöbəsində müfəttiş; 2007-ci ildə bölmə rəisi; 2008-ci ildə Avtobuslar xidmətlər şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 2012–2020-ci illərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Avtonəqliyyat şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]2020-ci il 9 fevral tarixində keçirilən Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputat seçkilərində Anar Məmmədov 2020–2025-ci illər üçün Yeni Azərbaycan Partiyasının namizədi olaraq 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputat seçilib.
Üzv olduğu komitə və komissiyalar:
[redaktə | mənbəni redaktə et]- İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi
- Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi
Üzv olduğu Beynəlxalq təşkilatlar:
[redaktə | mənbəni redaktə et]- Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu — Rəhbər
- Türkdilli Dövlətlərin Parlament Assambleyası
- Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası
- Asiya Parlament Assambleyası
Üzv olduğu Parlamentlərarası əlaqələr üzrə işçi qruplar:
[redaktə | mənbəni redaktə et]- Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
- Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
- Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
- Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
- Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
- Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
- Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
- Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
- Azərbaycan-Nigeriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
Təltif və mükafatları:
[redaktə | mənbəni redaktə et]- 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən mükafat alıb.
- 2022-ci ildə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- 21 iyunda doğulanlar
- 1984-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Yeni Azərbaycan Partiyasının üzvləri
- Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunları
- Azərbaycan Texniki Universitetinin məzunları
- Bakı Dövlət Universitetinin məzunları
- Taras Şevçenko adına Kiyev Milli Universitetinin məzunları
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Milli Məclisinin VI çağırış deputatları