Andrey Babayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Andrey Babayev
erm. Անդրեյ Հովհաննեսի Բաբաև
Ümumi məlumatlar
Doğum tarixi 27 dekabr 1923(1923-12-27)[1][2]
Doğum yeri
Vəfat tarixi 21 oktyabr 1964(1964-10-21)[1][2] (40 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Moskva erməni qəbiristanlığı[d]
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Janr opera
Təhsili
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
Ermənistan SSR əməkdar incəsənət xadimi

Andrey Avanes oğlu Babayev (27 dekabr 1923[1][2], Ağbulaq[2]21 oktyabr 1964[1][2], Moskva[2]) — 1950-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinifini bitirmişdir. 1958-ci ildə Əməkdar İncəsənət Xadimi Fəxri adına layiq görülmüşdür. "Oktyabr" (1947), "Partiya haqqında mahnı" (1954), "Qartal qalası" (1957), "Bağdasar dayı" (1964) kantatalarının, bir çox simfonik əsər və mahnıların, Azərbaycan xalq çalğı alətləri orkestri üçün 2 süitanın, kinofilmlərə musiqinin və s. əsərlərin müəllifidir. Andrey Babayevin yaradıcılığı Azərbaycan xalq musiqisinə əsaslanır. "Pıçıldaşın, ləpələr", "Nazəndə sevgilim", "Bakılı qız", "Kimlər gəldi, kimlər getdi" kimi populyar mahnılar yazmışdır. O, Tacik, Türkmən, Hind və b. xalq melodiyaları da işləmişdir. 21 oktyabr 1964-cü ildə Moskvada vəfat etmişdir.

Mahnıları[redaktə | mənbəni redaktə et]

  • "Nazəndə sevgilim"

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

kino-teatr.ru