Artyun Amira Bezciyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Artyun Amira Bezciyan
Doğum tarixi 10 aprel 1771(1771-04-10)
Doğum yeri İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 3 yanvar 1834(1834-01-03) (62 yaşında)
Fəaliyyəti ictimai xadim

Artyun Amira Bezciyan (erm. Յարութիւն Պէզճեան; 10 aprel 17713 yanvar 1834) Kazaz Artin kimi də tanınır. Osmanlı ermənilərindən olan xeyriyyəçi, tacir, maliyyəçi, məsləhətçi və Surb Prkiç erməni xəstəxanasının yaradıcısıdır.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Artyun Bezciyan Yenikapı kvartalında erməni mənşəli ailənin övladı olaraq dünyaya gəlmişdir. Yerli Qumqapı Erməni Məktəbini bitirmiş və atası ilə birlikdə ipək ticarətinə başlamışdır. Osmanlı zərbxanasına rəhbərlik edən erməni ailəsi olan prestijli Düzyan Ailəsində işləyərkən tezliklə Osmanlı sarayı ilə tanış olmuşdur. Müxtəlif yüksək rütbəli Osmanlı məmurlarının etimadını qazandıqdan sonra II Mahmudun iqtisadi və şəxsi məsləhətçisi olmuşdur. II Mahmudun razılığı ilə Bezciyan rütbələrdə yüksəlmiş və Osmanlı xəzinəsinin zərbxana müdiri olmuşdur.

Artyun Bezciyan tərəfindən yaradılan Surp Pırgiç Erməni Xəstəxanası

O, Türkiyə Erməniləri Yeparxiyasının binası və Yeparxiya kafedralı olan Surp Asdvadzadzin Patriarx Kilsəsinin ianə layihəsinə başlamışdır. O, Bəyoğluda bir neçə erməni qız məktəbindən əlavə, Bezciyan erməni məktəbi, Arakelots Azkayin, Boğosyan, Varvaryan, Topqapı və Eyüphandakı Bezciyanın yaradıcısıdır.

Bezciyanın başlatdığı, lakin inşasını başa çatdıra bilmədiyi Surb Prkiç erməni xəstəxanası onun ən böyük və ən əhəmiyyətli xeyriyyə layihələrindən biri olmuşdur.[2]

II Mahmud tərəfindən verilmiş olan xüsusi icazə ilə Yeparxiya Kafedralındakı Surp Harutyunda dəfn edilmişdir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "History of Bezciyan School". Bezciyan Okulu. 4 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2012.
  2. "Surp Pırgiç Tarihi" (Türkçe). 29 sentyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2012.
  3. Avni, Hakan. Churches in Turkey. İstanbul: AS Book. 2007. səh. 47. ISBN 9789750114700. İstifadə tarixi: 22 sentyabr 2012.