Avroviziya Mahnı Müsabiqəsinin tarixi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Marsel Bezanson (1907–1981) Avroviziya Mahnı Müsabiqəsinin yaradılmasında iştirak edən əsas şəxslərdən biri idi.

Avroviziya Mahnı Müsabiqəsinin tarixi (ing. Eurovision Song Contest; fr. Concours Eurovision de la chanson) 1956-cı ildən başlayır. Müsabiqə ilk olaraq transmilli televiziya yayımında bir eksperiment kimi düşünülmüşdür.[1] 1954-cü ildə bir sıra mübadilə yayımlarından sonra, Avropa Yayım Birliyi (AYB) nəhayət Sercio Pulyeze və Marsel Bezansonun İtaliyanın Sanremo Musiqi Festivalına əsaslanan ideyaları əsasında beynəlxalq mahnı müsabiqəsi keçirdi.

İlk buraxılışından bəri ümumilikdə 68 müsabiqə keçirilmişdir. 2024-cü ilə olan məlumata əsasən Avroviziya səhnəsində 52 ölkəni təmsil edən 1717 mahnı ifa olunmuşdur. Müsabiqə açılışından bu yana bir çox dəyişikliklərə məruz qalmışdır; məsələn, 2000-ci illərdə müsabiqəyə artan maraq nəticəsində iştirakçıların sayının artmasına cavab olaraq yarımfinallar keçirilməyə başlanmışdı. Müsabiqənin qaydalarına da illər ərzində çoxsaylı dəyişikliklər edilmiş, səsvermə sistemidil meyarları bir neçə dəfə dəyişdirilmişdir.

Avroviziya Mahnı Müsabiqəsi Ginnesin Rekordlar Kitabında da müəyyən edildiyi kimi dünyanın ən uzunmüddətli illik beynəlxalq televiziya musiqi yarışmasıdır. Hazırda hər il təxminən 40 ölkə mütəmadi olaraq müsabiqədə iştirak edir. Yarandığı vaxtdan bəri bir sıra digər müsabiqələr üçün də ilham mənbəyi olan Avroviziyanın uğurundan sonra AYB musiqi və mədəniyyətin digər aspektlərinə diqqət çəkən bir sıra digər təqdir edilən müsabiqələr də yaratmışdı. Müsabiqənin 2020-ci il buraxılışı ləğv edilən ilk buraxılış olmuşdu; belə ki, COVID-19 pandemiyası səbəbindən həmin dövrdə heç bir müsabiqə keçirilməmişdi.

Müsabiqə ideyası[redaktə | mənbəni redaktə et]

1950-ci ildə Böyük Britaniyanın BBC telekanalının İngiltərənin Torki şəhərindəki "Imperial Hotel"də 23 təşkilatın iştirakı ilə yaradıcılıq səyləri üzrə əməkdaşlıq qurmaq və ölkələrarası televiziya proqramlarının mübadiləsi üçün zəmin yaratmaq məqsədilə keçirdiyi konfransda AYB-nin əsası qoyulub.[2][3] Telekommunikasiya termini kimi "Avroviziya" (ing. Eurovision) sözü ilk dəfə 1951-ci ildə "London Evening Standard" qəzetində britaniyalı jurnalist Corc Kempey tərəfindən Hollandiya televiziyasında yayımlanan BBC proqramına istinad edərkən istifadə edilib;[2][4] AYB-nin Avroviziya yayım şəbəkəsi isə 1954-cü ildə yaradılıb və o vaxtlar Avropa miqyasında bir sıra radiorele rabitəsindən ibarət olub.[5]

AYB yarandıqdan sonra Böyük Britaniya ilə yanaşı Fransa, Belçika, Niderland və Almaniyada yayımlanan II Elizabetin tacqoyma mərasimi də daxil olmaqla bir sıra böyük hadisələr məhz AYB-nin texniki imkanları vasitəsilə eyni vaxtda bir neçə ölkədə yayımlanmağa başladı.[2][4][6] 1953-cü ilin sentyabrında AYB-nin Londonda keçirilən iclası növbəti il ​​"Avropa Televiziya Mövsümü" adlı bir sıra beynəlxalq mübadilə proqramlarının hazırlanması ilə nəticələndi və Avroviziya şəbəkəsi vasitəsilə Avropada canlı yayımlandı.[2][5] Bu proqramlardan birincisi 6 iyun 1954-cü ildə yayımlanmış və Fransanın Montrö şəhərində keçirilən "Nərgiz" festivalını (ing. Narcissus Festival) işıqlandırmışdı. Növbəti proqram isə Vatikana ekskursiyanı nümayiş etdirirdi. Növbəti günlərdə Palio di Siena, Qlazqoda atletika görüşü, kraliça II Elizabetin iştirak etdiyi Kral Hərbi Dəniz Qüvvələrinin paradı və İsveçrədə keçirilən 1954 FİFA Dünya Kubokundan futbol oyunlarının canlı yayımı da daxil olmaqla başqa tədbirlər yayımlandı. Bununla da ilk dəfə FİFA Dünya Kuboku canlı televiziya yayımı ilə müşayiət olundu.[2][4][6]

Proqramların bu yay mövsümündən sonra AYB hər il yayımçılar arasında əməkdaşlıq üçün yeni təşəbbüsləri araşdırmaq məqsədilə Proqram Komitəsi yaratdı. İsveçrə Yayım Korporasiyasının (SRG SSR) baş direktoru Marsel Bezanson komitənin ilk prezidenti vəzifəsini icra edirdi. BBC-nin direktor müavini Rene Makkal və Fransa telekanalı RTF-nin direktoru Jan d'Arsi komitənin vitse-prezidentləri vəzifəsində çalışırdılar. Bu komitə 1955-ci ilin yanvarında Monte-Karloda toplaşdı və əlavə araşdırma üçün iki yeni layihəni təsdiq etdi: ilkin olaraq İtaliyanın RAİ kanalından Sercio Pulyezenin təklif etdiyi Avropa mahnı müsabiqəsi və həvəskar şoumenlərin müsabiqəsi; axırıncı ideya sonda rədd edildi.[4][7] 19 oktyabr 1955-ci ildə Romada Palazzo Korsinidə BBC-nin baş direktoru Yan Yakobun sədrliyi ilə keçirilən AYB-nin illik Baş Assambleyasında AYB ilkin olaraq "Avropa Qran Prisi" adı altında mahnı müsabiqəsinin təşkilinə razılıq verdi və İsveçrə nümayəndə heyətinin 1956-cı ilin yazında Luqanoda tədbirə ev sahibliyi etmək təklifini qəbul etdi.[4][8][9] Müsabiqənin qaydalarını müəyyən etmək üçün SRG SSR-dən Edvard Hassın rəhbərlik etdiyi qrup yaradıldı. İsveçrə kanalı öz işlərində İtaliyanın Sanremo Musiqi Festivalını əsas götürmüş və yeni beynəlxalq versiyanı daha yaxşı əks etdirmək məqsədilə bir sıra əlavə və dəyişikliklər etmişdi.[2]

1950-ci illər[redaktə | mənbəni redaktə et]

1956 Avroviziya Mahnı Müsabiqəsi yarışmanın ilk buraxılışı olub RTSİ (it. Radiotelevisione svizzera) tərəfindən təşkil edildi və 24 may 1956-cı ildə İsveçrənin Luqano şəhərində Teatro Kursaalda keçirildi.[10][8] Bu ilk buraxılışın qaydaları hər ölkədən bir iştirakçı yayım təşkilatına müddəti 3 ilə 3½ dəqiqə arası olan iki mahnı təqdim etməyə icazə verirdi. 1956-cı ildəki bu müsabiqə hər ölkədən birdən çox mahnıya icazə verən yeganə buraxılış olmuşdu.[10][2][11] Hər ölkənin öz nümayəndəsini seçmək üçün milli müsabiqə keçirməsi güclü şəkildə təşviq edilmişdi. Açılış yarışmasına Belçika, Fransa, Qərbi Almaniya, İtaliya, Lüksemburq, Niderland ve İsveçrədən gələn iştirakçılarla birlikdə ümumilikdə yeddi ölkə qoşulmuşdu.[10][8] İlk müsabiqədə səsvermə bağlı qapılar arxasında keçirildi: yarışmanın keçirildiyi zalda əyləşən hər ölkədən iki münsif öz ölkələrinin mahnıları da daxil olmaqla, yarışan mahnıları qiymətləndirdi.[10][12] Müsabiqənin ilk qalibi "Refrain" mahnısı ilə İsveçrədən Liz Assia oldu.[13] Müsabiqənin yekununda yalnız qalibin kimliyi elan edilmiş və tam nəticələr heç vaxt açıqlanmamışdı.[10][12] Tədbirin heç bir məlum video görüntüsü bu günədək gəlib çıxmamış, sadəcə qalib mahnının təkrar ifasının qısa xəbər xronikası qalmışdır. Bununla belə, müsabiqənin əksər hissələrinin audiosu mövcuddur.[10][12]

1957 Avroviziya Mahnı Müsabiqəsi yarışmanın ikinci buraxılışı olub ARD adından "Hessischer Rundfunk" yayım təşkilatı tərəfindən təşkil edildi və 3 mart 1957-ci ildə Qərbi Almaniyanın Frankfurt-Mayn şəhərində elə həmin təşkilatın studiya zalında keçirildi.[14][15] Avroviziyanın ilk qaydalarına görə hər il müsabiqənin təşkili vəzifəsini başqa bir yayımçı öz üzərinə götürməli idi. Buna uyğun olaraq, 1957-ci il tədbirinə ev sahibliyi etmək üçün Almaniya seçilmişdi.[16] İkinci müsabiqəyə ilk yeddi ölkə ilə yanaşı Avstriya, DanimarkaBirləşmiş Krallıq qoşulmuş və toplamda on ölkə müsabiqədə yalnız bir mahnı ilə təmsil edilmişdi.[14] 1956-cı ilin avqustunda BBC tərəfindən təşkil edilən və Birləşmiş Krallığın müsabiqə üçün keçirdiyi daxili seçim turu hesab olunan Britaniyanın Populyar Mahnılar Festivalında regional münsiflər heyətinin səsverməsi lövhədə əks olunmuşdu. 1957-ci ildəki Avroviziyanın təşkilatçıları bu ideyanı ümumavropa müsabiqəsinə daxil etmək qərarına gəlmiş, beləliklə də ev sahibi ölkədəki tamaşaçılara səsverməni izləmək imkanı vermişdilər.[15][17] Müsabiqədə hər ölkədən on nəfərdən ibarət münsiflər heyəti ən sevdikləri mahnıya bir səs vermiş, bununla da yeni səsvermə sistemi tətbiq edilməyə başlanmışdı. Bir ölkənin münsifləri öz ölkələrinin mahnısına səs verə bilməzdi; bu qayda hazırda da keçərlidir.[15][17] 1957-ci ildə "Net als toen" mahnısı ilə Kori Brokkenin təmsil etdiyi Niderland qalib seçildi.[13]

1958 Avroviziya Mahnı Müsabiqəsi yarışmanın üçüncü buraxılışı olub "Nederlandse Omroep Stichting" yayım təşkilatı tərəfindən təşkil edildi və 12 mart 1958-ci ildə Niderlandın Hilversum şəhərində AVRO Studios bina kompleksində keçirildi.[18][19] Bununla da ilk dəfə olaraq əvvəlki buraxılışın qalibi olan ölkə ev sahibliyi etmək şərəfinə layiq görülmüş və hazırda da müşahidə olunan bir presedent yaradılmışdı.[20] Birləşmiş Krallıq bu buraxılışda yarışmamaq qərarına gəldi, lakin İsveçin müsabiqədə debüt etməsi ilə yarışan ölkələrin ümumi sayı 10 olaraq qaldı.[19][20] 1957-ci ildəki müsabiqədə İtaliyanın 5 dəqiqədən çox davam edən çıxışı növbəti il iştirakçı dövlətlərin ifasını 3 dəqiqə ilə məhdudlaşdıran yeni qaydanın tətbiq edilməsi ilə nəticələndi.[14] Andre Klavonun "Dors, mon amour" mahnısı ilə təmsil olunan Fransa müsabiqədə ilk qələbəsini qazandı.[13] Üçüncü yeri tutmasına baxmayaraq, xalq arasında "Volare" kimi tanınan və Domeniko Modunyonun ifa etdiyi İtaliyanın "Nel blu, dipinto di blu" mahnısı qalib mahnıdan daha böyük kommersiya uğuru qazanaraq ABŞ-də Billboard Hot 100-də bir nömrəyə yüksəlmiş, növbəti illərdə müxtəlif sənətçilər tərəfindən səsləndirilmiş və dünya üzrə 22 milyon nüsxədən çox satılmışdı.[19][21]

1959 Avroviziya Mahnı Müsabiqəsi yarışmanın dördüncü buraxılışı olub RTF tərəfindən təşkil edildi və 12 mart 1958-ci ildə Fransanın Kann şəhərində Festivallar və Konfranslar Sarayında keçirildi.[22][23] Bu buraxılışda 11 ölkə yarışmışdı; Böyük Britaniya müsabiqəyə qayıtmış, yeni iştirakçı dövlət olan Monako müsabiqəyə qoşulmuş, Lüksemburq isə iştirak etməmək qərarına gəlmişdi.[22][24] Niderland təmsilçisi Teddi Sxoltenin "Een beetje" mahnısı ilə qalib elan edilməsi nəticəsində Niderland müsabiqədə iki dəfə qalib gələn ilk ölkə oldu.[13][22][23] Bu müsabiqə həm də ilk üç yerin sahibinin təkrar ifasının verildiyi yeganə buraxılış kimi tarixə düşdü; Böyük Britaniyadan Perl Karr və Teddi Conson dueti, eləcə də Fransa təmsilçisi Jan Filipp qalib ifaçı ilə birlikdə yayımın sonunda ikinci dəfə çıxış etmişdilər.[22][24]

1960-cı illər[redaktə | mənbəni redaktə et]

1960 Avroviziya Mahnı Müsabiqəsi yarışmanın beşinci buraxılışı olub BBC tərəfindən təşkil edildi və 25 mart 1960-cı ildə Böyük Britaniyanın London şəhərində Kral Festival Zalında keçirildi. Niderlandın yayım təşkilatı NTS-in son üç ildə ikinci dəfə tədbir keçirmək imkanından imtina etməsi nəticəsində AYB tədbirə ev sahibliyi etmək üçün BBC-yə müraciət etməli oldu. Lüksemburqun geri qayıtması və Norveçin ilk Avroviziya mahnısını göndərməsi ilə rəqabət aparan ölkələrin sayı 13-ə çatdı. Fransa Jaklin Buayenin ifasında "Tom Pillibi" mahnısı ilə müsabiqədə ikinci qalibiyyətini qeyd etdi.

1961 Avroviziya Mahnı Müsabiqəsi yarışmanın altıncı buraxılışı olub RTF tərəfindən təşkil edildi və 18 mart 1961-ci ildə Fransanın Kann şəhərində Festivallar və Konfranslar Sarayında keçirildi. Fransa müsabiqəyə iki dəfə ev sahibliyi edən ilk ölkə oldu; belə ki, Festivallar və Konfranslar Sarayı 1959-cu ildə də tədbirə ev sahibliyi etmişdi. Bu, həm də şənbə gecəsi keçirilən ilk Avroviziya buraxılışı oldu və həmin vaxtdan etibarən müsabiqənin finalının keçirildiyi gün kimi standarta çevrildi. Həmin ilki tədbirdə Finlandiya, İspaniyaYuqoslaviyanın debüt etməsilə rekord sayda ölkə, yəni 16 dövlət yarışdı. Fransa müğənnisi Jan-Klod Paskal "Nous les amoureux" mahnısı ilə Böyük Hersoqluğa ilk qələbəsini qazandırdı və beləcə Lüksemburq Avroviziya qalibi titulunu əldə edən dördüncü ölkə oldu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "The Origins of Eurovision". Eurovision Song Contest. 24 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 April 2023.
  2. 1 2 3 4 5 6 7 Roxburgh, 2012. səh. 93–96
  3. Staff. "Singing out loud and proud". Bristol Evening Post. Daily Mail and General Trust. 17 May 2005. In the mid-1950s, the members of the European Broadcasting Union set up an ad hoc committee to investigate ways of rallying the countries of Europe round a light entertainment programme. The European Broadcasting Union (EBU) was formed on 12 February 1950 by 23 broadcasting organisations from Europe and the Mediterranean at a conference in Devon, United Kingdom. It was on 6 June 1954, that Montreux became the venue for the first transmission by the EBU's Eurovision Network of the Narcissus Festival and its flower-bedecked procession floats. At Monaco, in late January 1955, this committee, chaired by Marcel Bezençon, director general of Swiss Television, came up with the idea of creating a song contest, inspired by the very popular San Remo Festival. The idea was approved by the EBU General Assembly in Rome on 19 October 1955, and it was decided that the first "Eurovision Grand Prix" – so baptised, incidentally, by a British journalist – would take place in spring 1956 at Lugano, Switzerland.
  4. 1 2 3 4 5 Jaquin, Patrick. "Eurovision's Golden Jubilee". European Broadcasting Union. 1 December 2004. 11 August 2004 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 July 2009.
  5. 1 2 Waters, George T. "Eurovision: 40 years of network development, four decades of service to broadcasters". ebu.ch. European Broadcasting Union. Winter 1994. 27 June 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2020.
  6. 1 2 "Eurovision: About us – who we are". eurovision.net. Eurovision. 14 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2020.
  7. Sommerlad, Joe. "Eurovision 2019: What exactly is the point of the annual song contest and how did it begin?". independent.co.uk. The Independent. 18 May 2019. 21 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2020.
  8. 1 2 3 O'Connor, 2010. səh. 8–9
  9. Roxburgh, Gordon. "A diamond day for the Eurovision Song Contest". eurovision.tv. European Broadcasting Union. 19 October 2015. 30 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2021.
  10. 1 2 3 4 5 6 "Eurovision Song Contest: Lugano 1956". eurovision.tv. İstifadə tarixi: 10 August 2020.
  11. "Reglement du Grand Prix Européenne 1956 de la Chanson Éuropeenne" [Rules of the 1956 Eurovision Song Contest Grand Prix] (PDF). eurovision.tv (fransız). 4 January 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 11 August 2020.
  12. 1 2 3 Roxburgh, 2012. səh. 96–101
  13. 1 2 3 4 "Eurovision Song Contest: Winners". eurovision.tv. 12 May 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 August 2020.
  14. 1 2 3 "Eurovision Song Contest: Frankfurt 1957". eurovision.tv. İstifadə tarixi: 10 August 2020.
  15. 1 2 3 O'Connor, 2010. səh. 10–11
  16. "Looking back to just like it was in 1957". eurovision.tv. 3 March 2014. İstifadə tarixi: 11 August 2020.
  17. 1 2 Roxburgh, 2012. səh. 152–159
  18. "Eurovision Song Contest: Hilversum 1958". eurovision.tv. İstifadə tarixi: 10 August 2020.
  19. 1 2 3 O'Connor, 2010. səh. 12–13
  20. 1 2 Roxburgh, 2012. səh. 160–165
  21. Pierluigi, Panza. "Piramidi rotanti luci da record e 007 in azione". Corriere della Sera. 17 February 1996. 2 August 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2020. Il brano presentato a Sanremo che ha venduto di piu' e' "Nel blu dipinto di blu" di Domenico Modugno (22 milioni di dischi).
  22. 1 2 3 4 "Eurovision Song Contest: Cannes 1959". eurovision.tv. İstifadə tarixi: 10 August 2020.
  23. 1 2 O'Connor, 2010. səh. 14–15
  24. 1 2 Roxburgh, 2012. səh. 184–192

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]