BMT Sülhməramlı Qüvvələri

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
BMT Sülhməramlı Qüvvələri
Loqonun şəkli
Yaranma tarixi 1956
peacekeeping.un.org/ar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1948-ci ildə qurulmuş, Birləşmiş Millətlər Təşkilatının dünyanın müxtəlif qaynar nöqtələrində baş verən münaqişələrin qabağını almaq və ya qısa-müddətli həll yolu gətirmək üçün tərkibində olan hərbi-silahlı qüvvələrdir. Şablon olaraq insanların beynində birləşmiş millətlər və tabeliyində olan qüvvələrin heç bir işə yaramadığı və sülh üçün effektiv mübarizə aparmadığı fikri olsa da, hazırda BMT sülhməramlı qüvvələri Kosovo, Əfqanıstan, Haiti, Kipr, Livan, Suriya, Cənubi Sudan, Şimali Sudan, Mali və s. kimi dünyanın onlarca qaynar münaqişə nöqtəsində olan vəziyyəti tənzimləməklə məşğuldurlar. Misal üçün, əgər BMT Suriyanın qolan təpələrinə nəzarət etməsə idi, indi o ərazilər uğrunda Suriya ilə İsrail arasında münaqişə daha da gərginləşərdi və İsrail beynəlxalq hüquq normalarına məhəl qoymayıb qolan təpələrini öz ərazisinə ilhaq etdiyi üçün onu beynəlxalq aləmə öz ərazisi kimi tanıtmağa nail ola bilərdi.