Bağır Bağırov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Bağır Bağırov
Bağır Əli oğlu Bağırov
Doğum tarixi (87 yaş)
Doğum yeri Masallı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi Geologiya
Elmi dərəcəsi Geologiya-minerologiya elmləri doktoru
Elmi adı professor
İş yeri Azərbaycan Dövlət Neft Akademiyası
Tanınmış yetirməsi G.m.e.d. Əhməd Salmanov
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2000

Bağır Əli oğlu Bağırov (d. 12 avqust 1936, Masallı, Azərbaycan) — geologiya-minerologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elimlər Akademiyasının müxbir üzvü.

1936-ci il avqustun 8-də Masallı rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsində təhsil almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. Bağır Bağırov 1968-ci ildə namizədlik, 1984-ci ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Neft və qaz yataqlarının geologiyası prosesində onların etibarlı öyrənilməsini təmin edən kompleks geoloji-riyazi üsullar yaratmışdır. Avropa geoloqlar-mühəndislər birliyi – EAGE, Amerika Neftçi- Geoloqlar Cəmiyyəti – ASPG və riyazi geologiya assosiasiyası – COGEODATA-nın üzvüdür. 1969-1988-ci illərdə AN AZDNQİPL-də laboratoriya rəhbəri, direktor müavini, şöbə müdiri vəzifələrində işləmişdir. 1989-cu ildən Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiridir.

160-dan çox elmi əsəri, bunlardan 47-si xaricdə dərc olunmuşdur.

11 elmlər namizədinin elmi rəhbəri olmuşdur.