Bala Həşimxanlı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Bala Həşimxanlı
39°47′20″ şm. e. 48°44′20″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Bala Həşimxanlı xəritədə
Bala Həşimxanlı
Bala Həşimxanlı

Bala HəşimxanlıAzərbaycan Respublikasının Sabirabad rayonunun Moranlı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Moranlı kənd inzibati ərazi dairəsi tərkibindəki Bala Haşımxanlı kəndi Bala Həşimxanlı kəndi adlandırılmışdır.[2]

Etnotoponimdir. "Kiçik Haşımxanlı kəndi" deməkdir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Haşımxanlı (indiki Böyük Haşımxanlı) kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır.[3]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Muğan düzündə yerləşir.

İl Daimi əhali Kişilər Qadınlar
1999[4] XXXX XXXX XXXX
2009[5] ↗XXXX ↗XXXX ↗XXXX

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əsasən kənd təsərrüfatına əsaslanır. Kənddə pambıq və heyvan yemi- yonca, eyni zamanda Sabirabada xarakter olan bostan məhsulları becərilir.

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

SSRİ zamanından bir məktəb mövcud olmuşdur.2009-cu ildə həmin məktəb sökülmüş və yerində müasir tələblərə cavab verən ikimərtəbəli,idman zalı, futbol və digər idman oyunlarının keçirilməsi üçün meydançası,qazanxana sistemi olan məktəb binası inşa edilib, istifadəyə verilmişdir.

Kənddə üç məscid mövcuddur. Əhalinin 99% Şiə məzhəbinə mənsubdur. Bir məscid Qafqaz Müsəlmanları İdarəsinə qeydiyyatlıdır.

Kənddə bir ilkin tibbi yardım məntəqəsi fəaliyyət göstərir. Aptek və digər tibb müəssisələri mövcud deyil.

  1. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 86" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
  2. "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  3. Bala Həşimxanlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. XXXX.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]