Bao

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Liu Bao
劉豹
Hunların XXXXII şanyüsü
ƏvvəlkiHuçuquan
SonrakıKubey
Şəxsi məlumatlar
Fəaliyyəti hərbi lider[d]
Atası Yufuluo
Həyat yoldaşı Tsai Ventzi
Uşaqları Yuanxay
Hsüan

Bao - Hun şanyüsü. Onun dövründə Luanti soyadı hun dilində əjdaha mənasına gələn Liu soyadına dəyişmişdir.

Əmisi Huçuquan dövründə 189-cu ildə Sol Müdrik şahzadə titulu ilə 5 qəbilə onun səlahiyyətinə verilmişdi. Çinlilər Hun imperiyasını işğal etdikdən və Huçuquanı həbs etdikdən sonra Bao özünü şanyü elan etdi. Qardaşı Kubey isə Sol Müdrik şahzadə titulu aldı.[1] 35 il şanyülük edərək ən uzun hakimiyyət sürən hökmdarlardan oldu. Titulunun şanyü olmasına baxmayaraq çinlilər onu hökmdar yox, qəbilə başçısı olaraq görürdülər. 260-cı ildə vəfat etdi və onun qəbilələrinin başçılığına qardaşı Kubey keçdi.

Bao Çindəki vətəndaş müharibəsi vaxtı özünü imperator elan etmiş və Xan sülaləsini devirmiş Tsai Tsaonun qohumlarından biri olan Tsai Ventzini oğurladı və onun məşuqəsi etdi. Ondan 2 övladı oldu. Bundan əlavə Qiyan sülaləsindən bir qadınla (呼延) evlənmiş, ondan Yuan adlı övladı olmuşdu.

  1. Biçurin, N.Ya, Collection of information on peoples in Central Asia in ancient times", 1851, vol. 1, p. 147
  2. Şi-Ci Tonqcian, 101-ci cild, 1-ci siyahı (『晋書』巻101・載記第1)