Baxıtjan Toreqojina

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Baxıtjan Toreqojina
Doğum tarixi 23 mart 1962(1962-03-23)[1] (62 yaş)
Milliyyəti qazax
Fəaliyyəti insan hüquqları fəalı
Fəaliyyət illəri 1999- hazırda
Mükafatları "International Women of Courage Award" (Beynəlxalq Qadın Cəsarət Mükafatı)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Baxıtjan Amangəli qızı Toreqojina (qaz. Бақытжан Аманғалиқызы Төреғожина; 23 mart 1962[1]) — Qazaxıstanda iyirmi ildən artıqdır ki, əsas hüquqların pozulmasına qarşı mübarizə aparan qazax hüquq müdafiəçisi.[2] O, "Qantar 2022" vətəndaş cəmiyyəti koalisiyasının rəhbəri və AR.Rux.Haq.(Vicdan. Ruh. Həqiqət) İctimai Fondunun prezidenti olub.[3][4][5] Toreqojina müxtəlif gənclər hərəkatları təşkil edib. O, işgəncə, pis rəftar və siyasi repressiya qurbanlarını təmsil edən aparıcı hüquq müdafiəçisi kimi tanınıb.[6] 8 mart 2023-cü ildə o, ABŞ Dövlət Departamentində Cill BaydenEntoni Blinkendən "International Women of Courage Award" (Beynəlxalq Qadın Cəsarət Mükafatını) mükafatını alıb.[7]

Həyatı[redaktə | mənbəni redaktə et]

Baxıtjan Amangəli qızı Toreqojina 23 mart 1962-ci ildə anadan olub. Toreqojina Qazaxıstan vətəndaşıdır.[8][9]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Baxıtjan Toreqojina hüquq müdafiəçisi və qanunun aliliyi məsələləri üzrə mütəxəssisdir.[2] O, şiddət qurbanlarına kömək etmək, insan hüquqları pozuntularını sənədləşdirmək və hüquqlarını həyata keçirdiklərinə görə təqib olunan insanları müdafiə etmək üçün çalışır. Toreqojina, 1999-cu ildə Qeyri-hökumət təşkilatının (QHT-lərin) inkişafına yardım etməyə başlayıb və sonrakı illərdə insan hüquqları təşkilatları və dinc toplantılar şəbəkəsi üçün vəsait toplayıb.

Baxıtjan Toreqojina siyasi məhbusların və vicdan məhbuslarının statusuna nəzarət edən şuraların üzvü olub. 2012-ci ildən o, Tirek Alyansı çərçivəsində məhbuslara humanitar və hüquqi yardım göstərmək üçün də çalışıb. 2017-ci ildə məhbus İsgəndər Yerimbetovun işgəncələrinə həsr olunmuş mətbuat konfransı keçirib.[10][11][12] Təxminən 25 il ərzində o, işgəncələrə qarşı kampaniya aparıb və siyasi məhbusların azad edilməsini müdafiə edib.[2]

İnsan haqları təşkilatları və fəallıq[redaktə | mənbəni redaktə et]

Toreqojina Qazaxıstanda müxtəlif hüquq müdafiə təşkilatlarını yaradıb və ya həmtəsisçi olub. O, müxtəlif illərdə "Kantar 2022", "Ar", "Ruh" və "Hak" qeyri hökumət təşkilatlarının rəhbəri idi.[13][14] 2004-cü ildə o, digər gənclər qruplarının yaradılması üçün nümunə olan məşhur gənclər hərəkatı olan "Kahar" (Qəzəb) təşəbbüsünü irəli sürdü.[15] 2005-ci ildə o, parlament seçkilərini izləmək üçün QHT təşkil edib. Toreqojina həmçinin demokratiya yay məktəbləri vasitəsilə tələbələri və gəncləri ictimai sektora cəlb edirdi. O, ali təhsildə münsiflər haqqında qanunları və əlaqəli mövzuları tətbiq etməyə çalışırdı. 2012-ci ildə o, seçkilərin monitorinqini aparan QHT-lərdən ibarət "Sailau koalisiyası"nın həmtəsisçisi olub. O, həmçinin alternativ seçki qanunlarının hazırlanmasında iştirak etmişdir.[11]

2020-ci ildə Toreqojina qlobal "COVID-19" pandemiyası zamanı Qazaxıstanın fəallara qarşı repressiv sistemindən narahatlığını ifadə edib. Məhdudiyyətlər söz azadlığı, məlumat əldə etmək, insan hüquqlarına hörmət və həyata keçirilməsi, o cümlədən insanlarla rəftar, dərman təminatı və dinc toplaşmaq hüquqlarının məhdudlaşdırılması ilə bağlı idi.[16]

Etirazçıların kütləvi həbsləri 2022-ci il yanvarın 5-də Qazaxıstanın böyük şəhərlərində Qazaxıstan etirazları adı alan iğtişaşlara səbəb oldu.[17] Toreqojina vəziyyəti siyasi müəmma və seçkilər öncəsi siyasi xal toplamaq üçün atılan populist tədbir adlandırıb. 1 sentyabr 2022-ci ildə Prezident Qasım-Comərd Tokayev etirazçılar üçün amnistiya elan etdi. Lakin bu, amnistiyanın əksər dinc nümayişçiləri, hüquq müdafiəçilərini və vətəndaş cəmiyyəti fəallarını “ekstremist” ittihamlardan müdafiə edib-etməməsi, habelə məhkum edilmiş şəxslərə bəraət verilməsi ilə bağlı məhdudiyyətlərlə bağlı mübahisələrə səbəb oldu.[4]

Həbslər və polis basqınları[redaktə | mənbəni redaktə et]

2005-ci il polis basqını[redaktə | mənbəni redaktə et]

Polis valideynləri uşaqları siyasi fəaliyyətə cəlb etmək və gənclərə xaricdən pul ödəmək iddiası ilə şikayıti əsasında Toreqojinanın rəhbəri olduğu gənclər qrupunun ofisinə qəfil basqın təşkil edib. "Human Rights Watch"a görə, çoxlu sayda polis aprelin 12-də "Qahar" təşkilatının təşkil etdiyi dinc nümayişi (o cümlədən şarların buraxılması) dağıdıb və hökumətin gənclərin fəallığına təzyiq göstərməsindən narahatlığını bildirib.[18][19]

2010-cu ildə saxlanılması[redaktə | mənbəni redaktə et]

2010-cu il martın 16-da polis Toreqojinanın ofisinə daxil olub, onu Vətəndaş İtaətsizliyini Anma Günündə “art flaşmob” təşkil etdiyinə görə həbs edib. Ardınca o, bir neçə günlük təcridxanada saxlanılıb. Baxıtjan Toreqojina konstitusiya hüquqlarını pozduğuna görə hökuməti məhkəməyə verib.[8][9]

2016-cı ildə həbs[redaktə | mənbəni redaktə et]

Baxıtjan Toreqojina da daxil olmaqla ən azı 33 nəfər 2016-cı il mayın 16-dan mayın 20-dək nümayişlər və torpaq məsələlərinə dair "facebook" paylaşımları ilə bağlı pozuntular barədə məlumatlara görə saxlanılıb.[20]

2022-ci ildə təqiblər[redaktə | mənbəni redaktə et]

Toreqojina 2022-ci ilin yanvarında baş vermiş iğtişaşlarla əlaqədar siyasi təqiblərə məruz qalan hüquq müdafiəçilərinin sırasına daxildir.[21]

Pegasus[redaktə | mənbəni redaktə et]

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) bildirib ki, Toreqojina telefon dinləmələri və ya Pegasusun müşahidəsi vasitəsilə casusluq edilən siyasətçilər, jurnalistlər və hüquq müdafiəçiləri arasındadır. Pegasus İsrailin "NSO Group" şirkəti tərəfindən hazırlanmış casus proqramıdır. Ondan bir çox ölkələrdə müxtəlif siyasi fəal qruplara casusluq etmək üçün istifadə edilib.[22][23][24]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Baxıtjan Toreqojina 2023-cü ildə ABŞ Dövlət Departamentinin təsis etdiyi müstəsna cəsarət, güc və liderlik nümayiş etdirən qadınlara təqdim olunan "International Women of Courage Award" (Beynəlxalq Qadın Cəsarət Mükafatını) mükafatına layiq görülüb. Təqdim etmə mərasimi 8 mart 2023-cü ildə Cill BaydenEntoni Blinkenin iştirakı ilə Vaşinqtonda ABŞ Dövlət Departamentində təşkil olunub.[25][2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 https://docstore.ohchr.org/SelfServices/FilesHandler.ashx?enc=6QkG1d/PPRiCAqhKb7yhsukPtYsnxNH1DBeueuCbK4heuakPqXozlECb4l21ioAB3mr/HBNRNld58Zu+KMN6QRJ9rT/iQfBCN7mwlgCUWSAOLFd7EXcNvaguHTxb/ks/4akWWjKKXyeEdbXBXfKZtw==.
  2. 1 2 3 4 "2023 International Women of Courage Award". U.S. Department of State. 8 March 2023. 8 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2023.
  3. "International Women's Day". U.S. Department of State. 8 March 2023. 12 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2023.
  4. 1 2 "Kazakh Opposition Organizing Against Snap Elections". thediplomat.com (ingilis). 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.
  5. "GCIV Member's Only Reception with an International Women of Courage Awardee". Global Atlanta (ingilis). 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.
  6. "Bakhytzhan Toregozhina Testimony". Front Line Defenders (ingilis). 2016-04-17. İstifadə tarixi: 2023-03-12.
  7. AP, Manuel Balce Ceneta-staff. "Jill Biden Women". The Herald Journal (ingilis). 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.
  8. 1 2 "Communication No 2137/2012: Views adopted by the Committee at its 112th session (7-31 October 2014)". United Nations Human Rights Treaty Bodies. 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.
  9. 1 2 "Human Rights Committee Communication No 2137/2012". Office of the United Nations High Commissioner for Human Rights. 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.
  10. "Kazakhstan: Businessman Alleges Torture". Human Rights Watch (ingilis). 2018-02-15. 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.
  11. 1 2 "StackPath" (PDF). www.gherson.com. İstifadə tarixi: 2023-03-12.
  12. "U.S. Lawyer To Defend Jailed Kazakh Businessman 'Tortured' In Custody". Radio Free Europe/Radio Liberty (ingilis). 2018-01-25. 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.
  13. "REPUBLIC OF KAZAKHSTAN EARLY PRESIDENTIAL ELECTION" (PDF). Office for Democratic Institutions and Human Rights. 26 April 2015. 2022-12-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-12.
  14. "Bakhytzhan Toregozhina". Front Line Defenders (ingilis). 2015-11-15. 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.
  15. "Parliamentary Assembly" (PDF). Council of Europe. 2006-03-20. 2023-03-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-12.
  16. "Pandemic and Human Rights: Only Repressive System is Functioning in Kazakhstan". Cabar School (ingilis). 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.
  17. "Kazakh police raided hospitals to round up victims of protest crackdown - report". The Independent (ingilis). 2022-01-21. 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.
  18. "Police In Kazakhstan Raid Youth Group Office". Radio Free Europe/Radio Liberty (ingilis). 2008-04-08. 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.
  19. "Kazakhstan: New Restrictions Put Election at Risk". Human Rights Watch (ingilis). 2005-10-11. 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.
  20. "Kazakhstan: Think before you post: Closing down social media space in Kazakhstan". Amnesty International (ingilis). 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.
  21. Melnychenko, Natalia. "KAZAKHSTAN: The List of Political Prisoners and Other Victims of Political Persecutions". Open Dialogue Foundation (ingilis). 2022-10-20. 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.
  22. "Bakhytzhan Toregozhina". Justice for Journalists (ingilis). 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.
  23. "Kazakhstan Uses Spyware Against Its Own Citizens". www.occrp.org (ingilis). 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.
  24. "Tokayev, Mamin and Sagintayev became objects of spyware surveillance". kaztag.kz (ingilis). 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.
  25. "11 women, girls and women protesting Iranian morality police, honored at IWOC Awards". ABC27 (ingilis). 2023-03-08. 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]