Bayatı-Qacar

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Bayatı-Qacar – lad əsası baxımından Rastla eynidir. Bayatı–Qacar müstəqil dəstgah olmaqla yanaşı, eyni zamanda bir şöbə kimi vaxtilə "Dügah"da işlənmişdir. Yeri gəlmişkən, onu da əlavə edək ki, Bayatı–Qacar bir şöbə kimi Şur dəstgahının tərkibində də işlənir. Bayatı–Qacar öz xarakteri etibarilə dinləyicidə qəm-qüssə, kədər hissləri oyadır.[1]

Bayatı–Qacar 8 şöbə və guşədən ibarətdir: Bayatı–Qacar, Çoban bayatı, Bayatı–Türk, Qatar, Bayatı, Gəbri, Hicaz, Şikəsteyi–Fars [mənbə göstərin].

  1. "Muğam Ensiklopediyası - Bayatı-Qacar". 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]